Pedaqogikanın



Yüklə 13,76 Kb.
tarix02.01.2022
ölçüsü13,76 Kb.
#47975
2. Sosial - iqtisadi həyatda milli pedaqogikanın rolu.


Pedaqogikanın həm pedaqoji səviyyədə, həm də fəlsəfi səviyyədə başa düşüldüyündən göründüyü kimi, Azərbaycanın sosial-iqtisadi və mənəvi-siyasi həyatında onun əhəmiyyəti böyükdür. O, uşaq bağçalarında, müxtəlif tipli məktəblərdə, məktəbdənkənar uşaq müəssisələrində və başqa ictimai yerlərdə pedaqoji prosesin məzmununu, üsullarını, təşkili formalarını, prinsiplərini müəyyənləşdirir, müəllimləri və digər tərbiyəçiləri elmi pedaqoji bilik və bacarıqlarla silahlandırır.

Azərbaycan ailələrində uşaq tərbiyəsi təcrübəsini öyrənib ümumiləşdirən, bu sahədə uğurların və yol verilən nöqsanların səbəblərini öyrənən milli pedaqogika düzgün istiqamət götürməkdə valideynlərə də köməklik göstərir.

Milli pedaqogika mədəni-maarif müəssisələrində kütləvi tərbiyə işlərinin səmərəliliyini üzə çıxarmaqda həmin müəssisələrin işçilərinə yardım edir.

Pedaqoji elmin əhəmiyyəti istehsalat müəssisələrində həyata keçirilən tərbiyə işinin səmərəsində də özünü göstərir. Tərbiyə- nin əsaslandırılmış pedaqoji tövsiyyələrə uyğun qurulduğu müəssisələrdə adamların əsəbləri gərginləşmir, şən əhval- ruhiyyə olur, əmək məhsuldarlığı artır. İctimai həyatın digər sahələrində də belədir.



Demokratiyanın genişləndiyi indiki şəraitdə ictimai-siyasi təşkilatların fəaliyyətində milli pedaqogikanın rolu xeyli artır. İnzibati amirlik üslubu öz yerini inandırmaya verir: “Yaxşı tərbiyə ən yaxşı mirasdır”.

Hərbi hissələrdə pedaqoji prosesin spesifik xüsusiyyətlərini tədqiq edən hərbi pedaqogika xeyli faydalı iş görür.

Deməli, milli pedaqogika ictimai həyatın əksər sahələrinə nüfuz edir, orada təşkil edilən təlim, tərbiyə, təhsil problemlərini öyrənir, əsaslandırılmış tövsiyələr verir, bu yolla adamların mədəniyyətini artırır, mənəviyyatını zənginləşdirir, cəmiyyətin sonrakı inkişafını surətləndirməyə köməklik göstərir.
Yüklə 13,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin