16
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Azərbaycan Respublikası təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli 8/2 qərarı
əsasında Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətlən-
dirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası təsdiq olunmuşdur.
Qiymətləndirmə təlim prosesinin ən mühüm mərhələlərindən biridir. Şagird
nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik, şəffaf olmalıdır.
Fənn kurikulumlarına görə, qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldil-
məsinə yönəldilir, onu idarə edən vacib amil kimi meydana çıxır.
Məzmun standart-
larının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəy-
yənləşdirilmişdir. Məktəbdaxili qiymətləndirmə
diaqnostik
,
formativ
və
summativ
qiymətləndirmələrdən ibarətdir.
Diaqnostik qiymətləndirmə
dərs ilinin və ya fənn üzrə tədris resurslarında
nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və
bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi
məqsədi ilə aparılır.
Diaqnostik qiymətləndirmədə tapşırıqvermə, müşahidə (müəllim tərəfindən
şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından
istifadə olunur.
Söhbət
Kompüter nədir? Kompüterin əsas qurğuları hansıdır?
Müşahidə
Dərs zamanı hər hansı bir məsələ barədə öz şəxsi fikrini,
təsəvvürlərini, fərziyyələrini, proqnozlarını və s. bildirir.
Müsahibə
Sözü anlamaq və ifadə etmək bacarığının yoxlanılması
(informasiya resursları və s.).
Tapşırıqlar
Şagirdlərə verilmiş hər hansı bir sualın yazılı cavabının tələb
olunması, kompüterdə yerinə yetirilməsi, təqdimatların
hazırlanması və s.
Diaqnostik qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər
(nəticələrin qısa təsviri) təhsilalanın fərdi qovluğunda saxlanılır.
Dostları ilə paylaş: