288) Kəskin herpetik stomatit xəstəliyində selikli qişada zədələr əmələ gəlməzdən əvvəl hansı simptom müşahidə edilir? A) Nevralgik ağrı
B) Çənəaltı limfadenit
C) Baş ağrıları
D) Əzginlik
E) Dəri örtüyünün hiperemiyası
289) Dodağın qırmızı haşiyəsini zədələyən virus mənşəli xəstəlik necə adlanır? A) Anqulyar xeylit
B) Qlandulyar xeylit
C) Xroniki residivləşən herpes
D) Xroniki residivləşən aftoz stomatit
E) Atopik xeylit
290) Xroniki residivləşən herpesin diaqnozunu dəqiqləşdirmək üçün əlavə hansı müayinə metodu tətbiq edilir? A) Dəri-allergik sınaq
B) Sialoqrafiya
C) Histoloji
D) Sitoloji
E) Bakterioskopiya
291) Sadə herpesin sitoloji müayinəsində yaxmada nə aşkarlanır? A) Çoxnüvəli giqant hüceyrələr
B) Akantolitik hüceyrələr
C) Limfositlər
D) Plazmatik hüceyrələr
E) Nekrobiozun müxtəlif mərhələsində olan polimorf nüvəli neytrofillər
292) Epitelin tikanlı qatında hüceyrələr arasına infiltratın toplanması necə adlanır? A) Spongioz
B) Papillomatoz
C) Akantoz
D) Leykositoz
E) Parakeratoz
293) Xroniki residivləşən herpesin ilkin zədə elementi hansıdır? A) Pulcuq
B) Erroziya
C) Papula
D) Qartmaq
E) Qovuqcuq
294) Xroniki residivləşən herpesin müalicəsində qeyri-spesifik desensibilizasiya məqsədi ilə nə tətbiq edilir? A) Hipnoterapiya
B) Askorbin turşusu
C) Histaqlobulin
D) Vitaminoterapiya
E) Dietaterapiya
295) Xroniki residivləşən herpetik stomatit zamanı ikincili zədə elementi