599) Hansı xəstəlik zamanı bir dişdə forma dəyişikliyi müşahidə edilir?
A) Yerli hipoplaziya
B) Qeyri-mükəmməl amelogenez
C) Flüoroz
D) Sistem hipoplaziya
E) Stenton-Kapdepon sindromu
600) Daimi dişlərin sistem hipoplaziyasının əmələ gəlməsinin səbəbi nədir? A) Uşağın həyatının birinci ilində keçirdiyi xəstəliklər
B) Süd dişlərinin çoxsaylı pulpiti
C) Ananın hamiləlik dövründə keçirdiyi xəstəliklər
D) Süd dişlərinin çoxsaylı kariyesi
E) Zərərli vərdişlərin olması
601) Karioz ləkələrin rəngləmə üsulu ilə aşkarlanması məqsədilə hansı preparat istifadə edilir? A) Kaprofer
B) Metilen abısının 2%-li məhlulu
C) Şiller-Pisarev reaktivi
D) Lakmus kağızı
E) Kalium yodid məhlulu
602) Pulpitin hansı növündə pulpanın səthi zondlaması zamanı ağrı olmur? A) Xroniki fibroz
B) Xroniki hipertrofik
C) Kəskin ocaqlı
D) Xroniki qanqrenoz
E) Xroniki pulpitin kəskinləşməsi
603) Kəskin periodontitlə xroniki periodontitin kəskinləşməsinin differensial diaqnostikası üçün hansı üsul istifadə edilir? A) Dişin perkussiyası
B) Anamnez
C) Metilen abısının 2%-li məhlulu ilə rəngləmə
D) Rentgenoloji üsul
E) Şiller-Pisarev reaktivi ilə rəngləmə
604) 15 yaşlı yeniyetmənin neçə dişi olmalıdır? A) 26
B) 28
C) 20
D) 32
E) 24
605) Dişlərin sərt toxumalarının irsi xəstəliklərinə hansı aiddir? A) Minanın və dentinin qeyri-mükəmməl quruluşu
B) Minanın sistem hipoplaziyası
C) Flüoroz
D) Minanın yerli hipoplaziyası
E) Tetrasiklin dişlər