Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ( 2001 )
1 avqust
ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Ölkəmizdə Azərbaycan dilinin
hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin
gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin
nəticəsidir. Azərbaycan SSR
-in 1978-
ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul
edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. 1993
-
cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci
dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm
qoymuşdur. 1995
-
ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk
Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin Ana dilimizə dəyişməz mövqeyinin
daha bir parlaq nümunəsi olmuşdur. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və
qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edilmişdi. “Dövlət dili işinin təkmilləşdirilməsi
haqqında” 18 iyun 2001
-
ci il tarixli Fərman, yeni əlifbaya keçidin 2001
-
ci ilin avqustuna kimi ölkəmizdə
bütünlüklə təmin edilməsi ulu öndərin öz doğma dilinə bağlılığını bir daha təsdiq etmişdi. Ümummilli
liderin 9 avqust 2001-
ci il tarixli Fərmanı ilə avqustun 1
-
i ölkəmizdə “Azərbaycan dili və Azərbaycan
əlifbası günü” kimi qeyd olunur. 2002
-
ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət
dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili
kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addımdır. Bu
ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir.
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
( 01.08.2001
) münasibətilə
kitabxanalarda müxtəlif başlıqlarda sərgi təşkil edilməli, məruzə və mühazirə,dəyirmi masa,söhbət
keçirilməlidir
.
Söhrab Tahir
- 90
Söhrab Əbülfəz oğlu Tahiri
1926-
cı il avqust ayının 6
-
da (bəzi mənbələrdə may ayının 27) Cənubi
Azərbaycanın Astara şəhərində anadan olmuşdur. İlk mətbu şeiri olan “Yaşa qüdrətli qoşun” 1949
-cu
il
də “Azərbaycan” qəzetində dərc olunmuşdur.
1952-1957-
ci Azərbaycan Dövlət Universitetinin (indiki
BDU) filologiya fakültəsində təhsil almış, 1959
- 1961-
ci illərdə Moskvada M.Qorki adı
-
na Ali Ədəbiyyat
kurslarında müdavim olmuşdur. Uzun illər müxtəlif vəzifələrdə çalışmışdır.
1993-
cü ildən Yeni
Azərbaycan Partiyasının üzvüdür
.
İnqilabi, ədəbi
-
ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və
bir sıra medallarla, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 2010
-
cu ildə
Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı
-
tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif olunmuş
dur. 1984-
cü ildən
Azərbaycanın Əməkdar mədəniyyət işçisi, 1998
-
ci ildən Xalq şairidir. 200
6-
cı ildə Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür.
Əlisa Nicat
- 80
Əlisa Qulam oğlu Hüseynov
1936-
cı il avqust ayının 10
-
da Azərbaycanın Lerik rayonunun Yuxarı
Gədik kəndində anadan olmuşdur. Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamış, “Bircə söz”
adlı ilk şeiri 1955
-
ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdur. 1961
-ci il
də “Gecəniz
xeyrə qalsın, ulduzlar” adlı ilk hekayəsi, 1964
-
cü ildə ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970
-
ci ildə
isə “Bir qız, üç çinar” adlı ilk hekayələr kitabı nəşr edilmişdir. 1967
-1972-
ci illərdə Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri
Komitəsində redaktor vəzifəsində çalışmışdır. 1974
-1983-
cü illərdə “Elm
və həyat” jurnalında ədəbi işçi və daha sonra şöbə müdiri olmuşdur. “Nağıllara dönən tarix” (1993),
“Ruhların söhbəti” (1994), “Dünya sərkərdələri” (1995), “Dünya filosofları” (1995), “Kədər şərabı”
(1997), “Dünya tarixçiləri” (1998), “Yüz böyük Azərbaycanlı” (1999), “Karvan” (2000), “Tarixin qürubu”
(2009)
“Qızılbaşlar”, “Fenomen”, “Çaldıran” kitablarını nəşr etdirmişdir. Tarixi romanlar və fəlsəfi
antologiya-
ensiklopediyalar müəllifi kimi tanınır.
1999-
cu il aprel ayının 28
-
də Azərbaycan Milli Elmlər
Akademiyasının Fəlsəfə və Hü
quq İnstitutunun Elmi şurasının qərarı ilə səmərəli elmi və elmi
-
maarifçilik fəaliyyətinə görə fəlsəfə elmləri üzrə Fəxri Doktor adına layiq görülmüşdür.
Ələviyyə Babayeva
- 95
Ələviyyə Hənifə qızı Babayeva
1921-
ci il avqust ayının 12
-
də Bakıda anadan olmuşdur. Orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil almışdır.
1951-1973-
cü illərdə “Azərbaycan qadını” jurnalında məsul katib, 1973
-1976-
cı illərdə “Gənclik”
nəşriyyatında Müasir ədəbiyyat şöbəsinin müdiri, 1976
-1985-
ci illərdə baş redaktor olmuşdur. 1951
- ci
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Ələviyyə xanım bədii yaradıcılığa 1936
-
cı ildə “Ədəbiyyat
qəzeti”ndə dərc olunmuş “İki həyat” adlı hekayəsi ilə başlamışdır.
1979-
cu ildə “Azərbaycanın
Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. Ələviyyə Babayeva 2014
-
cü il sentyabr
ayının 23
-
də vəfat etmiş
dir.
“”Mən tək deyiləm”
. 1961,
“
Tut
ağacı”
,1967,
Povestlə
r. 1969,
“
Adamlar
və
talelər”,
1973,
“
Hardasan dost, harda
”,
1977,
“Səni
axtarıram”,
1985,
“Küləyin tərkində”
,1983,
“
Yanar
su
”,
1986,
“
A
nadil ağlayırdı”
1987
və başqa kitabları nəşr edilmişdir.
Qabil - 90
Qabil Allahverdi oğlu İmamverdiyev
1926-
cı il avqust ayının 12
-
də Bakıda anadan olmuşdur. 1948
-
ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) dil və ədəbiyyat fakültəsini bitirmişdir. 1954
-
1956-
cı illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyya
t
kur
slarında müdavim olmuşdur.
Qabil 1976-
cı ildə Azərbaycan Dövlət mükafatı laureatı olmuş, 1984
-
cü ildə “Əməkdar incəsənət xadimi”, 1992
-
ci ildə isə “Azərbaycanın Xalq şairi” fəxri adları
na layiq
görülmüşdür. 1996
-
cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri və anadan olmasının 70
illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə “Şöhrət”
ordeninə, 1998
-
ci ildə Ədəbiyyat Fondunun
Rəsul Rza mükafatına layiq görülmüş, 2006
-
cı ildə “İstiqlal”
ordeni ilə təltif edilmişdir. Xalq şairi Qabil 2007
-
ci il aprel ayının 3
-
də vəfat etmiş, Fəxri Xiyabanda dəfn
edilmişdir.
Onun
Seçilmiş əsərləri.
2004.
“Mənim mavi Xəzərim”
1959,
“Ömrüm boyu”
1962,
“Nəsimi”
1980 (I-III kitab),
“Ömrün həbləri”
1989,
“İlahi qisməti”
2001
, “Dostlarım, tanışlarım”
2002
. Kitabıları
nəşr olunmuşdur.
Seyfəddin Dağlı
-95
Seyfəddin Əliağa oğlu Abbasov
1921-
ci il avqust ayının 27
-
də (bəzi mənbələrdə avqust ayının 21)
Abşeronun Xızı kəndində, yoxsul kəndli ailəsində anadan olmuş
- dur. 1956-1959-
cu illərdə Dövlət
Radio Komitəsində baş redaktor, “Bakı” telestudiyasının direktoru və sədr mü
-
avini, “Kirpi” satirik
jurnalının baş redaktoru olmuşdur. 19
76-
cı ildə “Azərbaycanfilm” kinostudiyasında ssenari
redkollegiyasının üzvü, 1980
-
cı ilin may ayından ömrünün sonuna qədər “Yazıçı” nəşriyyatında
redaktor vəzifəsində çalışmışdır. 1948
-
ci ildə Azərbaycan dövlət nəşriyyatı “Dəniz kəşfiyyatçısı” adlı ilk
kit
abını sonralar isə “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər”, “Dağlı məhəlləsi” və s.
kitablarını
nəşr etdirmiş və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Əsərləri rus və digər xarici dillərə
tərcümə olunmuşdur. Yazıçının dram əsərləri “Adı sənin, dadı mənim” (1963), “Aydınlığa doğru”
(1965), “Mənziliniz mübarək” (1971), “Təzə gəlin” (1975), “Kölgələr pıçıldaşır” (1976) respublikanın
müxtəlif teatrlarında tamaşaya qoyulmuşdur. “Bahar kimi solmaz” (1979) ədəbi ssenarisi əsasında film
çəkilmişdi
r.
Seyfəddin Dağlı 1983
-
cü il yanvar ayının 28
-
də vəfat etmişdir. Bakı küçələrindən birinə
onun adı verilmişdir
. “Söhrab Tahir
-
90”, “Əlisa Nicat
-
80 “, “Ələviyyə Babayeva
-
95”, “Qabil
-
90”, “Seyfəddin Dağlı
-
95” adlı
dolğun sərgilər yaradılmalı, həyat və
yaradıcılığından biblioqrafik icmal hazırlanmalı, oxucu
konfransları
,dəyirmi
masa,
əsərlərindən
kitab
müzakirəsi
təşkil
edilməli,şeir
gecəsi,söhbət,məruzə,ədəbi
-
bədii gecə keçirilməlidir.
Kitabxanalarda yaşadığınız əraziyə (şəhər,qəsəbə,kənd) aid
qeyri-
maddi mədəni irsə dair
(əfsanələr,rəvayətlər,lərifələr,tapmacalar,atalar sozləri,cəld,iti danışıqlar,el arasında əsrlər boyu
yaşayan mahnılar,qədim oyunlar,milli mətbəximiz,adət
-
ənənələrimiz) haqqında məlumatlar
toplanmalıdır.
Metodiki işlər şöbəsi.