SIĞORTA ÜZVLÜK HAQQI
– sığortaçının
sığortaya görə ödənişidir. Sığorta edənə sığorta
müqaviləsinə, sığorta məbləği vahidinə və ya
sığorta obyektinə qoyulan tarif, qanunvericiliyə
uyğun olaraq, sığortaçının mütləq verməli olduğu
ödənişdir. Sığortalanmanın mütləq növləri üzrə
sığorta
tarifləri
mütləq
sığorta
haqqında
qanunlarla müəyyən edilir. Şəxsi sığortanın
könüllü növləri üzrə əmlak və məsuliyyət
sığortası sığorta edənlər tərəfindən müstəqil
hesablana bilər. Sığorta tarifinin konkret miqdarı
588
tərəflərin razılığı ilə sığorta müqaviləsində
müəyyən edilir.
SIĞORTA
VASĐTƏÇĐLƏRĐ
–
sığorta
şirkətlərinin özü ilə onun müştəriləri arasında
əlaqələndirici bölmədir və onlar bilavasitə sığorta
xidmətini həyata keçirirlər.
Sığorta
vasitəçilərinin
əsas
funksiyaları
aşağıdakılar hesab edilir:
- sığorta şirkətinin fəaliyyətinin xüsusiyyətləri və
sığortanın
şərtləri
haqqında
müştərilərin
məlumatlandırılması, yəni təşviqat funksiyasının
yerinə yetirilməsi;
- sığorta təkliflərinin qəbul edilməsi və ilkin
keyfiyyət
təhlili,
sığorta
müqavilələrinin
bağlanması, yeniləşdirilməsi və sığorta üzvlük
haqlarının inkassasiyası;
- sığorta hadisəsi baş verdikdə, müştərilərə onların
hüquq və vəzifələrinin izah edilməsi.
SIĞORTAÇI
–
sığorta
edənlə
sığorta
müqaviləsi bağlayan, ya da qanuni şəkildə
sığortaçı hesab edilən hüquqi şəxslər və iş
bacarığı olan (hüquqi səlahiyyəti olan) fiziki
şəxslərdir. Sığortaçının sığorta edənlə üçüncü
şəxslərin sığortası haqqında sonuncuların xeyrinə
müqavilə bağlamağa haqqı vardır, həmçinin
sığorta müqaviləsi bağlanan zaman, sığorta
müqaviləsi üzrə sığorta ödəmələrini alacaq fiziki
və hüquqi şəxsləri təyin edə bilər.
Mülkiyyətin müxtəlif növlərinə, iqtisadiyyatın
müxtəlif sahələrinə (bölmələrinə) aid olan
rezidentlər
və
qeyri-rezidentlər,
həm
də
vətəndaşlığı olmayan şəxslər sığortaçı ola bilərlər.
Sığortaçının əsas vəzifəsi müntəzəm olaraq
sığorta haqlarını (mükafatları, ödəmələri) həyata
keçirməkdən ibarətdir.
SĐKKƏ
– pul nişanıdır. Müxtəlif metaldan –
qızıldan, gümüşdən, misdən və mis ərintilərindən,
yeni dövrdə mis, nikel və alüminiumun müxtəlif
ərintilərindən hazırlanır. Tədavül və tədiyyə
vasitəsidir.
SĐMVOLLAR VƏ SƏTĐRLƏR ÜZƏ-
RĐNDƏ ƏMƏLĐYYATLAR
– simvollar və
onların ardıcıllığı (sətirləri) üzərində EHM-in
sistemli komandasını nəzərdə tutan fəaliyyətdir.
SINAĞIN PLANLAŞDIRILMASI
– təsadüfi
səhvlərə məruz qalan göstəricilərin rasional
təşkilini öyrənən riyazi statistikanın bölməsidir.
Sınağın məqsədi - θ naməlum parametrlər
vektorunun bütün və ya bəzi parametrlərinin, ya
da onların funksiyalarının qiymətləndirilməsi və
ya θ parametrləri haqqında bəzi fərziyyələrin
qiymətləndirilməsi hesab edilir.
Sınağın məqsədi
əsasında
sınaq
planının
optimal
meyarı
formalaşdırılır.
Sınağın
planlaşdırılmasının
nəticəsi sınaqda χ dəyişəninə verilən alınmış
qiymətdir. Sınaq aparan, seçimi üzrə χ dəyişəni Χ
çoxluğunun bəzi mümkün qiymətlərini ala bilir.
SINAQ MARKETĐNQĐ (MARKETĐNQ
TƏCRÜBƏSĐ)
-
istehlakçıların
sorğusu,
tələbata bənzər (oxşar) modellərin işlənməsi ilə
uyğunlaşdırılmış, az miqdarda, yeni (təzə) əmtəə
partiyalarının sınaq satışıdır. Sınaq marketinqi
(marketinq təcrübəsi) istehlakçıların fikrinin və
nəyə üstünlük vermələrinin aşkar edilməsi,
tələbatın
operativ
proqnozlaşması,
firmanın
marketinq strategiyasının və qiymət siyasətinin
əsaslandırılması məqsədini daşıyır.
SINAQ MÜŞAHĐDƏLƏRĐ
– əsas müşahidəyə
hazırlıqla bağlı proqram-metodoloji və təşkilati
məsələlərin dəqiqləşdirilməsi məqsədilə aparılan
statistik müşahidədir. Məsələn, əhalinin sınaq
siyahıyaalınması.
SĐNTAKSĐS
- əlifbada olan simvollardan, dilin
ayrı-ayrı
konstruksiyalarının
(komandaların,
operatorların) yaradılmasının formal qaydalarıdır.
Bu
qaydalar
müxtəlif
həll
alqoritmlərini
proqramlaşdırmağa imkan verir.
SĐRK
– dövri olaraq sirk artistləri kollektivinin
dəyişməsi ilə sirk tamaşaları verən, səhnə (manej)
və binaya malik olan tamaşa müəssisəsidir. Sirklər
stasionar (qış və yay), hərəkətdə olan şapito
(səyyar sirk çadırı), səhnədə sirklərə, zoosirklərə
bölünürlər. Sirklərin statistika hesabatlarında
aşağıdakı göstəricilər öz əksini tapır: tamaşaların
və tamaşaçıların sayı, yığımların məbləği. Yekun
məlumatlar ərazilər və sirklərin növləri üzrə
işlənilir.
SĐSTEM
PROQRAMÇISI
-
sistem
proqramlaşdırılması və sistem təminatı üzrə
ixtisaslaşmış şəxsdir.
SĐYAHI
(məlumatların işlənməsində) – eyni
tipli elementlərin (dəyişənlərin) nizamlanmış
dəstidir.
SĐYAHIYAALMA MATERĐALLARININ
ĐŞLƏNMƏSĐ
PROQRAMI
–
əhalinin
əlamətlər üzrə qruplaşdırılması sistemidir. Onların
əsasında əhalinin siyahıyaalınması (müşahidəsi)
zamanı alınmış fərdi məlumatlar ümumi əhalinin
və onun ayrı-ayrı əlamətlərinin sayı, tərkibi,
yerləşməsi və təkrar istehsalını xarakterizə edən
toplu ümumiləşdirilmiş kəmiyyətlər məcmusuna
589
çevrilir. Siyahıyaalma materiallarının işlənməsi
proqramı əhalinin siyahıyaalınması nəticəsində
iqtisadiyyatın ehtiyacları, idarə etmə və elmi
tədqiqatlar üçün zəruri olan məlumatlar dairəsini
və məzmununu müəyyən edir. Onun əsasında
siyahıyaalma proqramının özü, yəni sorğu zamanı
nəzərə alınan əlamətlərin siyahısını və müvafiq
sualların qısa və dürüst ifadəsini müəyyən edir.
Proqramın
hər
bir
cədvəlində
insanların
siyahıyaalma proqramlarının ayrı-ayrı əlamətləri
haqqında məlumatlar olur. Bu əlamətlərin
birləşməsi əhalinin siyahıyaalınması vəzifələrinin
bu və ya digər aspektlərini əks etdirir.
Siyahıyaalma
materiallarının
işlənməsi
proqramının
cədvəlləri
sadə,
qrup
və
kombinasiyalı cədvəllərə bölünür. Cədvəllərin
əksəriyyətində eyni zamanda insanların 3 və daha
çox əlamətlər üzrə bölgüsü verilir. Cədvəllərin
strukturu təkcə siyahıyaalma ilə deyil, eyni
zamanda onların alınması üçün tətbiq olunan
hesablama texnikası vasitələrinin imkanları ilə
müəyyən edilir.
Əhalinin
siyahıyaalınması
materiallarının
işlənməsi proqramı bir neçə əsas mövzuya həsr
edilir. Demoqrafik xarakteristika əhalinin bu və
ya digər kateqoriyasına (daimi və mövcud) aid
olan insanların sayı haqqında; yaş-cins tərkibi və
digər yaş qrupları üzrə bölgüsü; nikah vəziyyəti
haqqında ayrı-ayrı yaş qrupları üzrə, nikahda
olmayanları heç vaxt nikahda olmayanlara, dul və
boşanmışlara
ayırmaqla;
ailələrin
və
ev
təsərrüfatlarının
sayı
və
tərkibi
haqqında
məlumatlar vardır. Etnik xarakteristika müxtəlif
millətlərdən, xalqlardan və etnik qruplardan olan
insanların sayı, ana dili, ayrı-ayrı millətlərə
mənsub olan şəxslərin demoqrafik və sosial-
iqtisadi tərkibi haqqında məlumatları əhatə edir.
Mədəni xarakteristikalarda təhsil səviyyəsi, sorğu
aparılanların cinsi, yaşı, məşğulluğu, konkret
məşğuliyyəti, müxtəlif tip təhsil müəssisələri üzrə
şagirdlərin yaş-cins tərkibi haqqında məlumatlar
göstərilir.
Sosial-iqtisadi
xarakteristikada
insanların yaşayışı üçün gəlir mənbələri üzrə
iqtisadi fəal olanları – iqtisadiyyatın sahələri və
məşğuliyyəti
üzrə
bölüşdürülməsi
haqda
məlumatlar
vardır.
Miqrasiya
haqqında
məlumatlar insanları daimi yaşayış yerində
yaşama müddəti üzrə, doğulduğu yer, yaxud əvvəl
müəyyən dövrdə yaşadığı yer, miqrasiya səbəbləri
üzrə bölüşdürülməklə göstərilir. Siyahıyaalma
məlumatlarına görə, əhalinin təkrar istehsalı,
adətən, qadınların yaşa və doğduğu uşaqların sayı
üzrə bölüşdürülməsi kimi, nikah vəziyyəti və
digər sosial-demoqrafik əlamətlərlə birlikdə
verilir. Əhalinin yerləşməsi, yəni hər bir şəhər və
kənd ərazi vahidləri üzrə qadın və kişilərin sayı,
şəhər və kənd yaşayış məntəqələrinin tipləri və
sakinlərin sayı üzrə qruplaşmanı xarakterizə edir.
Hər cədvəl bu və ya digər ərazi və əlamətə görə
hazırlanır. Siyahıyaalma materiallarının işlənməsi
proqramı onlarla müstəqil cədvəllərdən ibarət olur
və onların qruplaşmaları nəzərə alınmaqla –
milyonlarla
göstəricilərdən
ibarət
çoxsaylı
cədvəllərdən ibarətdir.
SĐYAHIYAALMA MÜDDƏTĐ
– 1) adətən,
bu zaman adamların nisbətən az hərəkəti ilə
xarakterizə olunan, əhalinin siyahıyaalınması
keçirilən təqvim ilinin müəyyən bir müddətidir.
Siyahıyaalmanın məlumatlarına görə, adamların
yerləşməsi adi yerləşməyə uyğun gəlməli və
onların evdə olma ehtimalları daha yüksək
olmalıdır. Siyahıyaalma müddəti həm də əhalinin
siyahıyaalınmasının
digər
müayinələrlə
əlaqəsindən asılıdır; 2) əhali siyahıyaalınmasının
davamiyyəti.
Siyahıyaalma
proqramının,
siyahıyaalma metodunun və siyahıyaalmada uçota
alınacaq əhali kateqoriyasının mürəkkəbliyindən
asılı olaraq, siyahıyaalmanın müddəti bir ayadək
və daha çox ola bilər. Adətən, siyahıyaalmanın
keçirilmə müddəti 10 gün olur.
SĐYAHIYAALMA
PROQRAMI
–
insanların,
ailələrin
(ev
təsərrüfatlarının)
xarakteristikaları üzrə siyahısı, yaxud əhalinin
siyahıyaalınması (müşahidəsi) zamanı onlar
haqqında toplanmış məlumatlardır. Siyahıyaalma
proqramına uyğun olaraq, müşahidə blankına,
sorğu vərəqəsinə və başqa statistik formulyara bir
sıra suallar, əlamətlər (çox vaxt onların siyahısını
da siyahıyaalma proqramı adlandırırlar) daxil
edilir. Siyahıyaalma proqramlarına daxil edilən
əlamətlər sırasında aşağıdakılar ayrılır: 1) ünvan
məlumatları; 2) əhali kateqoriyalarının uçotu ilə
bağlı suallar; 3) ümumi demoqrafik əlamətlər
(cins, yaş, ailə vəziyyəti); 4) vətəndaşlığı, etnik
xarakteristikaları, dini, etiqadı; 5) əhalinin təhsili
(savadlılıq, təhsil səviyyəsi, tədris müəssisələrində
oxuması); 6) sosial-iqtisadi xarakteristikalar
(fəaliyyət sahəsi, məşğuliyyəti, fəaliyyət növü,
məşğulluqda statusu (sahibkar, qulluqçu və s.),
sosial-iqtisadi qrupu, gəlir, məşğulluq sektoru); 7)
nikah və doğum (diri doğulmuş uşaqların sayı); 8)
miqrasiya (doğulduğu yer, əvvəllər müəyyən
dövrdə yaşadığı yer – iş yerinin ünvanı). Bəzi
ölkələrdə siyahıyaalma proqramlarında mənzil
şəraiti haqqında, həmçinin sənayenin, kənd
təsərrüfatının müşahidəsi ilə bağlı suallar, ölkədə
müəyyən edilmiş vaxtda aktual olan spesifik
suallar olur. Müasir siyahıyaalma proqramları
əhalinin sosial-iqtisadi əlamətlərinin daha ətraflı
öyrənilməsi, doğumun, miqrasiyanın öyrənilməsi,
əhalinin sayı və tərkibinin proqnozlaşdırılması
590
hesabına genişlənir. Bir sıra ölkələrdə başdan-
başa və seçmə siyahıyaalma proqramları fərqlənir.
SĐYAHIYAALMA VƏRƏQƏSĐ
- əhalinin
siyahıyaalınması üçün əsas sənəddir, sorğu
vərəqəsidir. Siyahıyaalmanın proqramına uyğun
olaraq, blankda çap olunmuş suallara cavabların
yazılması üçün nəzərdə tutulur. Siyahıyaalmanın
metodundan, sorğu üsullarından və siyahıyaalma
materiallarının
işlənməsindən
asılı
olaraq,
müxtəlif formalı siyahıyaalma vərəqələri tətbiq
olunur.
SĐYAHIYAALMANIN
RAYONLAŞDI-
RILMASI
- siyahıyaalmanın rayon (şəhər)
təşkilat planında əsas bölmə olan, əhalinin
siyahıyaalınmasının keçirilməsi üzrə işin təşkili
üçün siyahıyaalma sahələrinə bölünməsidir.
Siyahıyaalmanın
rayonlaşdırılması
rayonların
xəritələri və şəhər yerlərinin məhəllələri üzrə
sxematik
planları,
həmçinin
siyahıyaalma
işçilərinə düşən yükün müəyyənləşdirilməsi
norması nəzərə alınmaqla, yaşayış məntəqələrində
və onların ayrı-ayrı hissələrində əhalinin mövcud
sayı əsasında aparılır. Ölkə təcrübəsində
siyahıyaalmalarda hər bir rayonun (şəhərin)
ərazisi siyahıyaalma məntəqələrinə, o isə öz
növbəsində təlimatçı məntəqələrinə bölünür,
sonuncular isə sayıcı məntəqələrinə ayrılır. Bütün
siyahıyaalma sahələri şəhər və kənd üzrə təşkil
edilir.
SĐYAHIYAALMANIN SAYICISI (QEYD-
ÇĐSĐ)
– əhalinin siyahıyaalınması (müşahidəsi)
zamanı insanlar, yaxud ailələr (bəzən də
mənzillər) haqqında məlumatları bilavasitə yığan
şəxsdir. Bir qayda olaraq, sayıcı şifahi sorğu
aparmaq bacarığına malik müvəqqəti cəlb olunan
işçilər (adətən, tələbələr, qulluqçular və digər
işçilər) olur. Onlar siyahıyaalmadan əvvəl xüsusi
təlim keçir və təlimatçı-nəzarətçinin rəhbərliyi
altında işləyirlər. Öz sahəsində əhalinin tam uçota
alınması, siyahıya alınanın sorğu vərəqələrində
qeydlərin
keyfiyyətinə
və
toplanmış
fərdi
məlumatın məxfiliyinə məsuliyyət daşıyırlar.
SMETA
– 1) büdcə idarələrinin smetası – idarə
və təşkilatların xərclərini dövlət büdcəsindən
maliyyələşdirmək üçün əsas plan sənədidir;
2) istehsal xərcləri smetası – müəssisənin, birliyin
məhsul istehsalına və xidmətlər göstərilməsinə
sərf
olunmuş
xərclərin
plan
məbləğinin
hesablanmasıdır.
SMETA QĐYMƏTLƏRĐ
– yeni tikintilərin,
fəaliyyətdə
olan
müəssisələrin,
binaların,
tikililərin və obyektlərin yenidən qurulması,
texniki təchiz edilməsi və genişləndirilməsinin
dəyərinin müəyyənləşdirilməsi üçün istifadə
olunan qiymətlər, tariflər, qiymət qoymalardır.
Tikinti
təşkilatları
layihələri
və
smetaları
işləyərkən tikilən obyektlərin smeta dəyərinin
ilkin müəyyənləşdirilməsi üçün hesablama smeta
normalarından və qiymət qoymalarından istifadə
edirlər. Đnvestorlar (sifarişçilər) və tikinti (podrat)
təşkilatları arasında faktiki hesablaşmalar sərbəst
(müqavilə) qiymətlərlə həyata keçirilir.
SMETA NORMATĐVLƏRĐ
(tikintidə) –
normativ sənədlər sistemidir. Smeta normativləri
dövlət, sahə-istehsal, ərazi, firma (istifadəçi
bazasının xüsusi normativi) bölmələrinə ayrılır.
Smeta normativlərinin təyin edilmə qaydaları və
tikintinin dəyəri ilə birlikdə bütün smeta
normativləri tikintidə qiymət qoyma və smeta
normalaşdırma sistemini təşkil edir. Onların cəmi
tikintidə qiymətqoyma və smeta normalaşdırma
sisteminin
smeta-normativ
(normativ-
informasiya) bazasını təşkil edir. Sərbəst (bazar)
qiymətləri, eyni zamanda istehsal-texniki təyinat
məhsulu və xidmətinə nizamlanan qiymət və
tariflər
bu
sistemə
daxil
edilmir.
Smeta
normativləri tikintinin dəyərinin təyin edilməsi ilə
birbaşa əlaqəsi olan şərtlərə cavab verməlidir.
SON GƏLĐRLƏR
– ilkin və törəmə (ikinci)
gəlirlər əsasında formalaşan və iqtisadi prosesin
iştirakçıları tərəfindən son istehlaka və yığıma
istifadə edilən gəlirlərdir.
Planlı iqtisadiyyat dövründə tərtib olunan Xalq
Təsərrüfatı Balansında (XTB) son gəlirlərə faktiki
olaraq maddi nemətlərin istehlakı və yığılmasında
istifadə olunan gəlirlər daxil edilirdi. Onların
kəmiyyəti müəssisələr, təşkilatlar, idarələr və
əhali üzrə müəyyənləşdirilirdi. Onların hamısı
yaradılmış gəlirlərin yenidən bölüşdürülməsində
iştirak
edirdilər.
Dövlət
yalnız
yenidən
bölüşdürmə prosesində iştirak edirdi və son
gəlirlərə malik olmurdu.
Milli Hesablar Sistemində (MHS) isə son gəlirlər
kateqoriyası
sərəncamda
olan
gəlirlər
kateqoriyasına uyğun gəlir. Onlardan əmtəə və
xidmətlərin son istehlakında və yığımda istifadə
edilir. Milli Hesablar Sistemində dövlət yenidən
bölüşdürmənin subyekti kimi, iqtisadiyyatın digər
sektorları ilə yanaşı, sərəncamda olan gəlirlərin
sahibi kimi çıxış edir. Dövlətin son istehlakı
bütövlükdə
cəmiyyətə
göstərilən
kollektiv
xidmətin dəyəri ilə ölçülür.
SON HƏDD (LĐMĐT) XƏRCLƏRĐ
– əldə
edilmiş buraxılış həcmindən əlavə istehsal olunan
məhsul vahidinə sərf edilən xərclərdir. Đstehsalın
591
ümumi həcmindən asılı olaraq, əsasən son hədd
xərclərinin əyrisi U formaya malik olur.
SON ĐSTEHLAK
– ÜDM-dən istifadəni
xarakterizə etdirən, Milli Hesablar Sisteminin
göstəricisidir.
Özündə
fərdi
və
kollektiv
tələbatların ödənilməsi üçün nəzərdə tutulmuş mal
və xidmətlərin dəyərini əks etdirir. Mal və
xidmətlərin son istehlakı ev təsərrüfatlarının,
dövlət
idarəetmə
orqanlarının
və
ev
təsərrüfatlarına
xidmət
göstərən
qeyri-
kommersiya təşkilatlarının son istehlakını əhatə
edir.
Son
istehlak
Milli
Hesablar
Sisteminin
metodologiyası
üzrə
aşağıdakı
kimi
qiymətləndirilir: 1) ev təsərrüfatlarının son
istehlakı: bazardan alınmış mallar və alıcıların
qiyməti ilə xaricdən hədiyyə kimi alınmış oxşar
mallar; şəxsi istehlak üçün istehsal edilmiş kənd
təsərrüfatı və ərzaq malları və əsas qiymətlə
işçilərin əmək haqqı kimi işverənlərdən aldıqları
mallar; faktiki ödəmə ilə - ev qulluqçularının
əməyi; 2) faktiki cari xərclər üzrə - dövlət
idarəetmə orqanlarının və ev təsərrüfatlarına
xidmət göstərən qeyri-kommersiya təşkilatlarının
son istehlakı.
SON ĐSTEHLAKA DÖVLƏT XƏRCLƏRĐ
– həm mal və xidmətlərin şəxsi istehlakına, həm
də xidmətlərin kollektiv istehlakına dövlət
tərəfindən ödənilən şərti hesablanmış məsrəflər də
daxil edilməklə, çəkilən xərclərdir. Bu xərclər
aşağıdakılara bölünə bilər:
a) mal və xidmətlərin şəxsi istehlakına dövlət
idarəetmə orqanlarının xərcləri;
b) xidmətlərin kollektiv istehlakına dövlət
idarəetmə orqanlarının xərcləri.
SON MƏHSUL
– (I) - bir qayda olaraq, makro
səviyyədə istehsalın son nəticəsini xarakterizə
edən göstəricidir. Ölkənin son məhsulu, özündə
müəyyən dövr ərzində (adətən, il ərzində) cari
istehsal istehlakına daxil olan hissəni çıxmaqla,
müəssisə,
təşkilat
və
idarələr
tərəfindən
yaradılmış məhsulun həcmini əks etdirir. MHS-
nin metodologiyasına görə, son məhsul özündə
son istehlaka və ümumi kapital yığımına həmçinin
onların ixracında istifadə olunan, istehsal edilmiş
mal və xidmətlərin dəyərini birləşdirir.
(II) – emal prosesi tamamilə başa çatmış
məhsuldur.
Qeyd: Belə tərif iqtisadi fəaliyyət növləri
təsnifatının
izahlarında
verilmişdir.
Digər
kontekstlərdə bu termin başqa məna verə bilər.
Dostları ilə paylaş: |