SƏRNĐŞĐN
– yerüstü, su və ya hava
nəqliyyatından istifadə etməklə səfər edən şəxsdir.
Nəqliyyat müəssisələrində muzdla işləyən şəxslər,
məsələn, sürücülər və ya pilotlar sərnişin hesab
edilmirlər.
Şəxsi
avtomobillərin
sürücüləri
“sərnişin” kateqoriyasına aid edilirlər.
SƏRNĐŞĐN AXINI
– dövr ərzində (adətən, il
ərzində)
konkret
yola
salma
və
təyinat
məntəqələri arasında daşınan sərnişinlərin sayıdır.
Nəqliyyat növü üzrə sərnişin axını stansiyalararası
(limanlararası),
yollararası
və
rayonlararası
sərnişin
daşımalarının
korrespondensiyası
şəklində əks etdirilir. Dəmir yolu şəbəkəsinin
bölmələrində
sərnişin
axını
sərnişinlərin
daşınmasının bölmə sıxlığı göstəricisini əks
etdirir.
SƏRNĐŞĐN DAŞIMA STATĐSTĐKASI
–
müəyyən
dövrdə
və
dinamikada
sərnişin
daşımalarının
həcmini,
strukturunu
və
coğrafiyasını öyrənən nəqliyyat statistikasının
bölməsidir. Müşahidə vahidi – biletlərin satılması
haqqında
sənədlərə
əsaslanan
sərnişinlərin
gedişləridir.
Sərnişin
daşıma
statistikasının
göstəricilər sisteminə sərnişinlərin göndərilməsi,
gəlməsi, daşınması, sərnişin dövriyyəsi, sərnişin
daşınmasından əldə olunan gəlirlər, daşımaların
orta uzunluğu, daşımaların sıxlığı, orta gəlir
dərəcəsi və s. daxil edilir. Əsas qruplaşdırma
əlamətləri – daşımanın mövqeyi, nəqliyyat növü
(gəmi səfəri), daşımanın uzaqlığıdır.
SƏRNĐŞĐN VAQONLARINDA SƏRNĐ-
ŞĐNLƏRĐN SIXLIĞI
(orta) – vaqonun
hərəkəti zamanı bütün yol boyu orta hesabla
vaqondakı sərnişinlərin sayıdır. Đl üzrə, sərnişin
dövriyyəsinin kəmiyyətinin sərnişin qatarlarındakı
sərnişin
vaqonlarının
qaçışının
kəmiyyətinə
nisbəti kimi hesablanır.
SƏRNĐŞĐNLƏRĐN DAŞINMASI
– müəyyən
dövr ərzində daşınan sərnişinlərin sayıdır.
Nəqliyyatın,
əlaqənin
növləri,
daşınmanın
istiqamətləri üzrə uçota alınır.
Sərnişinlərin
daşınması
statistikasında
müşahidə
vahidi
sərnişin
gedişləri
(səfərləri)
hesab
edilir.
Sərnişinlərin yola salınma anı ayrı-ayrı nəqliyyat
növlərində eyni qaydada müəyyənləşdirilmir: ya
biletin alınması anı üzrə (dəmir yolunda,
avtomobildə), ya da nəqliyyat vasitəsinin yola
düşməsi anı üzrə (su və hava nəqliyyatında)
müəyyənləşdirilir.
Sərnişinlərin
daşınması
statistikasında hava nəqliyyatı istisna olmaqla,
təcrübədə gəlib çatma anından istifadə olunmur.
SƏRNĐŞĐNLƏRĐN DAŞINMASININ OR-
TA MƏSAFƏSĐ (UZAQLIĞI)
– orta hesabla
bir sərnişinin daşındığı məsafədir. Ayrı-ayrı
sərnişin daşıma məsafəsinin orta kəmiyyət kimi
sərnişin-kilometrlə müəyyənləşdirilən sərnişin
dövriyyəsinin
daşınmış
sərnişinlərin
sayına
bölünməklə, ümumilikdə, nəqliyyat növləri və
əlaqə növləri üzrə hesablanır.
SƏS (VƏ TĐTRƏYĐŞ)
- ətraf mühitin
xarakteristikalarından biridir. Bu göstəriciyə səs
585
və titrəyişin (vibrasiyanın) qarşısının alınması, səs
və vibrasiyanın səviyyəsinin onların mənbələrində
azaldılması, səs və vibrasiyadan izolə edilməsi və
onların
monitorinqi
daxildir.
Đş
yerlərinin
mühafizəsi
məqsədilə
səsin
səviyyəsinin
azaldılması bu göstəriciyə daxil edilmir.
SĐFARĐŞ ÜZRƏ ÇƏKĐLĐŞLƏR
– göstəricisi
abunəçinin sifarişi ilə proqram kataloqundan
seçilmiş televiziya və ya audiovizual proqramların
(bədii filmlərin) təcili verilməsidir.
SĐFARĐŞÇĐ
–
investisiya
prosesinin
iştirakçısıdır. Sifarişçi investorlar (bir işə və ya
müəssisəyə investisiya qoyan şəxslər), həmçinin
investorlar
(investor)
tərəfindən
yeni
müəssisələrin, obyektlərin, binaların tikintisini,
fəaliyyət göstərənlərin isə yenidən qurulmasını,
genişləndirilməsini, texnika ilə yenidən təchiz
edilməsini, habelə digər işləri həyata keçirməyə
vəkil edilmiş fiziki və hüquqi şəxslər ola bilər.
Bununla yanaşı, əgər onlar (sifarişçi və podratçı)
arasında bağlanmış müqavilədə (sazişdə) başqa
hal nəzərdə tutulmayıbsa, sifarişçi investisiya
prosesinin başqa iştirakçılarının sahibkarlıq və
digər fəaliyyətlərinə qarışmamalıdır. Sifarişçi
layihə sənədlərinə, tikinti və quraşdırma və digər
işlərin keyfiyyətinə və həcminə dair tələbləri
formalaşdırır, podrat hərraclarının aparılması
haqqında qərar qəbul edir və onlarda iştirak edir,
son şərtləri müəyyənləşdirir və hərracın qalibi ilə
müqavilə (saziş) bağlayır (“Əsaslı tikintiyə podrat
müqaviləsi”nə bax), obyektin istismara qəbul
edilməsini təşkil edir. Əgər sifarişçi investor
deyilsə, bu zaman o, qüvvədə olan qanunvericilik
nəzərə alınmaqla müqavilədə müəyyən edilmiş
dövrdə və səlahiyyətləri həddində investisiyalara
mülkiyyətçi, ondan istifadə və sərəncam vermə
hüququna malik olur.
SĐFARĐŞÇĐNĐN MATERĐALLARI VƏ
XAMMALI
– digər müəssisələrə məhsulun
emalı və ya istehsalı üçün sifarişçi tərəfindən
verilmiş,
sifarişçinin
material
ehtiyatlarıdır.
Đstehsalçı-zavod tərəfindən sifarişçinin haqqı
ödənilməmiş material və xammalının dəyəri
istehsalçı-zavodun məhsulunun həcminə daxil
edilmir.
Belə
hallarda
istehsalçı-zavodun
məhsulunun
həcminə
yalnız
sifarişçinin
materiallarının emalı üzrə sənaye xarakterli işlərin
dəyəri daxil edilir.
SĐFARĐŞÇĐNĐN ÖZ MATERĐALLARIN-
DAN
HAZIRLANAN
XAMMAL
–
sifarişçiyə
mənsub
olan
və
bağlanmış
müqavilələrə uyğun olaraq, ondan məhsul
istehsalı üçün digər müəssisələrə sənaye emalına
verilən xammaldır. Son illərdə ayrı-ayrı sahələrdə,
xammal sahibinə kompensasiya kimi, alınan
məhsulun bir hissəsinin sonradan verilməsi ilə
sifarişçinin
öz
materiallarından
hazırlanmış
xammal idxalının təkrar emalı geniş yayılmışdır.
SĐFARĐŞÇĐ-SERVER TEXNOLOGĐYASI
- hər biri öz məsələsini həll edən, müxtəlif
məntiqi komponentlər üzrə tətbiqi proqramların
bölüşdürülməsidir.
SĐFARĐŞLƏRĐN DAXĐL OLMASI (YENĐ
SĐFARĐŞLƏR)
– bu termin artıq yazılmış
hesab-faktura və ya silinməli olan məbləğə aid
edilir. Hesabat vahidi tərəfindən hesabat dövrü
ərzində qəti qəbul olunmuş, alınmış sifarişlər və
dövriyyə kimi, eyni yolla müəyyənləşdirilir. Bu o
deməkdir ki, hesabat ayı ərzində qəbul edilmiş və
dərhal ehtiyatlardan yerinə yetirilmiş sifarişlər,
prinsip etibarı ilə, sifarişlərin bu kateqoriyasına
daxil edilirlər. Sifarişlər haqqında statistik
məlumatların toplanmasında məqsəd tələbatın
gələcək inkişaf səviyyəsinə dair məlumatları
olduqca tez, nəticə etibarı ilə, istehsalçı sifarişçi
ilə qəti müqavilə fazasına daxil olduğu anda
təqdim etməkdən ibarətdir. Sifarişlərin sayı və
dəyəri
qısa
biznes
statistikasının
əsas
göstəricilərindəndir.
SIĞORTA
- sığortalanmış müəyyən hadisələr
baş verdikdə, zərərin ödənilməsinə istifadə
olunan, həmçinin vətəndaşlara onların həyatında
bəzi hadisələr baş verdikdə göstərilən köməyə
görə
yaradılan
pul
vəsaitlərinin
məqsədli
fondlarının
formalaşdırılmasının
forma
və
metodları sistemidir. Bazar iqtisadiyyatına keçid,
sığortanın ictimai istehsalda rolunun əhəmiyyətli
dərəcədə artmasını təmin edir və sığorta xidməti
sahələrini xeyli genişləndirir.
Sığortanın könüllü və mütləq sığorta formaları
mövcuddur. Könüllü sığorta sığortaçı ilə sığorta
olunan arasındakı müqavilə əsasında həyata
keçirilir. Könüllü sığorta, onun aparılmasının
ümumi şərt və qaydalarını müəyyənləşdirən
qanunlara, Azərbaycan Respublikasında sığortaçı
tərəfindən “Sığorta haqqında” Qanuna uyğun
olaraq, müstəqil təsis edilir. Sığortanın konkret
şərtləri sığorta müqaviləsi bağlandığı zaman
danışılır. Qanunun gücünə həyata keçirilən sığorta
mütləq
sığortadır.
Mütləq
sığortanın
keçirilməsinin növləri, şərt və qaydaları normativ
aktlara uyğun olaraq nizama salınır. Məsələn,
sığorta obyektləri - sığortaçının və ya sığorta
olunan şəxsin həyatı, səhhəti, əmək qabiliyyəti və
təqaüd təminatı ilə bağlı (şəxsi sığorta); əmlaka
malik olmaq, istifadəsi, idarə olunması ilə bağlı
(əmlak sığortası); sığortaçının zərər verdiyi şəxsə
586
və ya fiziki şəxsin mülkünə, həmçinin zərər
verdiyi hüquqi şəxsə zərərin ödənilməsi ilə bağlı
(məsuliyyət
sığortası)
qanunvericiliyə
zidd
olmayan mülkü maraqlar ola bilər.
SIĞORTA AGENTLƏRĐ
– sığorta edən
adından və onun tapşırığı ilə, ona verilmiş
səlahiyyətlərə uyğun olaraq, öz fəaliyyətini həyata
keçirən fiziki və ya hüquqi şəxslərdir.
SIĞORTA AUDĐTĐ
– sığorta şirkətlərinin,
dərc etdirdiyi (nəşr etdirdiyi) və ya yuxarı
təşkilatlara təqdim etdiyi maliyyə hesabatlarının
məlumatlarının hüquqi, iqtisadi və mühasibat
cəhətdən qiymətləndirilməsi də daxil olmaqla,
maliyyə-təsərrüfat
fəaliyyəti
nəticələrinin
kompleks
yoxlanmasıdır
(ekspertizasıdır).
Sığortanın auditinin məqsədi sığorta şirkətlərinin
hesabatlarının
dürüstlüyünün
və
onların
apardıqları maliyyə-təsərrüfat əməliyyatlarının
normativ aktlarla uyğunluğunun təyin edilməsidir.
Sığorta auditi daxili və xarici auditdən ibarətdir.
Xarici
sığorta
auditi
sığorta
şirkətlərinin
hesabatlarının, qiymətli kağızların və valyuta
əməliyyatlarının emissiyasının yoxlanması və
təsdiqini özündə birləşdirir. Daxili sığorta auditi
uçot siyasətinin seçilməsi, mühasibat uçotunun
aparılması, sığorta şirkətinin fəaliyyətinin auditor
hissəsi və bir sıra lisenziyalaşdırma məsələləri ilə
bağlıdır.
Sığorta auditinin göstərilən hər bir istiqaməti
sərbəst həyata keçirilə bilər, lakin bəzi hallarda
onlar
bir-birini
qarşılıqlı
tamamlayır
və
genişləndirir. Bu onunla bağlıdır ki, auditin
vəzifəsi və üsullarından asılı olmayaraq, onun
həyata
keçirilməsində
ümumi
əlamət
və
problemlər vardır. Onlara sığorta şirkətlərinin
maliyyə-təsərrüfat fəaliyyətinin, onların uçot və
hesabatlarda
əks
olunmasına
uyğunluğunun
mütləq yoxlanması aiddir. Belə ki, sığorta
şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyəti sığorta
fəaliyyəti ilə əlaqəlidir. Xarici audit keçirilərkən
auditor sığorta şirkətlərinin hesabatlarından uçota,
uçotdan
maliyyə-təsərrüfat
əməliyyatlarının
xarakterinə doğru gedir. Daxili auditin keçirilməsi
zamanı isə tədqiqat məntiqi qaydada əks
istiqamətdə tətbiq olunur: sığorta şirkətinin ilkin
əməliyyatlarından onların uçot və hesabatlarda
əks etdirilməsinə doğru.
Sığorta təşkilatının auditi prosesində sığorta edən
idarənin gəlirlərinin tərkibinə daxil olan məbləğin
(sığorta və təkrar sığortalar üzrə sığorta mükafatı,
alınmış komisyon haqqı və broker mükafatları,
investisiya fəaliyyətindən və digər sığorta
fəaliyyətindən əldə edilən gəlirlərin) tamlığı və
dürüstlüyünün;
həyata
keçirilmiş
xərclərin
əsaslılığının və məqsədəuyğunluğunun (sığorta
məbləğinin və verilmiş broker mükafatlarının və
komisyon haqlarının əvəzinin, işin aparılmasına
çəkilmiş
xərclərin
ödənilməsinin);
sığorta
ehtiyatlarının
formalaşdırılmasının
düzgünlüyünün, aşkar edilmiş və yazılmışların
maliyyə nəticələrinin hesabatlarında reallığının
yoxlanması zəruridir.
Sığorta auditinin xüsusiyyətlərinə, həyat sığortası
üzrə sığorta haqlarının ehtiyatlarının və digər
sığorta
növləri
üzrə
texniki
ehtiyatların
yaradılmasının və xərclənməsinin düzgünlüyünün
yoxlanmasının zəruriliyini aid etmək lazımdır.
Sığorta şirkətlərinin vergi qoyma sistemi və
beləliklə də, vergi qoyma bazasının müəyyən
edilməsi də öz xüsusiyyətlərinə malikdir.
Sığorta auditinin keçirilməsi və yekunlarının
rəsmiləşdirilməsi qaydası digər audit formalarında
olduğu kimidir.
SIĞORTA BAZARI
– pul münasibətlərinin
xüsusi sahəsidir ki, burada alqı-satqının obyekti
kimi spesifik xidmət – sığorta müdafiəsi çıxış
edir, ona təklif və tələb formalaşdırılır.
SIĞORTA BROKERLƏRĐ
– sığorta üzrə öz
adından sığorta edəninin, ya da sığorta edilənin
tapşırığı ilə vasitəçilik fəaliyyətini həyata keçirən,
sahibkar
kimi
müəyyənləşdirilmiş
qaydada
qeydiyyatdan keçmiş hüquqi və ya fiziki
şəxslərdir.
SIĞORTA EDƏN ĐDARƏ
– qanunvericilikdə
nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini
həyata keçirmək üçün yaradılan və ölkə ərazisində
sığorta fəaliyyətini həyata keçirilmək üçün sığorta
fəaliyyətinə
nəzarət
xidmətindən
qoyulmuş
qaydalara uyğun olaraq lisenziya alan ixtiyari
təşkilati-hüquqi formalı hüquqi şəxsdir. Đstehsal,
ticarət-vasitəçilik və bank fəaliyyəti sığorta
idarələrinin birbaşa fəaliyyət predmeti ola bilməz.
Sığorta edənlər dövlət, səhmdar, xüsusi və ya
birgə sığorta təşkilatları ola bilərlər. Sığorta
edənlər sığorta fəaliyyətini birbaşa və ya sığorta
agentləri və sığorta brokerləri vasitəsilə həyata
keçirə bilərlər.
SIĞORTA
HADĐSƏSĐ
–
sığorta
müqaviləsində
qanunda
nəzərdə
tutulmuş
hadisənin baş verməsidir. Bu zaman sığorta
idarəsinin sığortaçıya, sığorta olunana, xeyir
götürənə və ya digər üçüncü şəxsə sığorta
ödənişlərini vermək vəzifəsi meydana çıxır.
SIĞORTA
QĐYMƏTĐ
–
1)
obyekt
sığortalandıqda onun müəyyən edilən dəyəridir;
2) sığortalanan obyektin dəyərinin müəyyən
edilməsi prosesidir.
587
SIĞORTA MƏBLƏĞĐ
– sığorta müqaviləsi
ilə müəyyən edilmiş və ya qanunla təyin edilmiş
pul məbləğidir və qanunvericiliyə uyğun olaraq,
sığorta haqlarının və sığorta ödənişinin miqdarı
müəyyən edilir. Əmlakın sığortalanması zamanı,
sığortanın məbləği müqavilənin bağlandığı an
üçün əmlakın həqiqi dəyərini (sığorta dəyərini)
aşa bilməz. Əgər sığorta müqaviləsi ilə təyin
edilmiş sığorta məbləği əmlakın sığorta dəyərini
aşarsa, onda müqavilənin bağlandığı ana əmlakın
həqiqi dəyərini aşan sığorta məbləği hissəsi
qanuna görə etibarsız sayılır. Sığorta məbləği
əmlakın sığorta dəyərindən az olduğu halda,
sığorta ödəməsinin miqdarı sığorta məbləğinin
əmlakın sığorta dəyərinə olan nisbəti qədər
azaldılır.
SIĞORTA MÜQAVĐLƏSĐ
– sığortaçı ilə
sığorta
edən
arasında
razılaşmadır.
Bu
müqaviləyə görə, sığorta hadisəsi baş verdikdə,
sığorta edən sığortaçıya və ya digər, xeyrinə
sığorta
müqaviləsi
bağlanan
şəxsə
sığorta
ödənişini ödəmək, sığortaçı isə sığorta üzvlük
haqlarının müəyyən edilmiş müddətə vermək
öhdəliklərini öz üzərlərinə götürürlər. Sığorta
müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə
müəyyən olunmuş digər şərtlər də ola bilər və
həqiqi sövdələşmə ölkənin qanunvericiliyində
nəzərdə tutulan ümumi şərtlərə cavab verməlidir.
Sığorta müqaviləsi, əgər müqavilə və ya qanunla
digər bir şey nəzərdə tutulmayıbsa, sığortaçının
birinci üzvlük haqqını ödədiyi andan qüvvəyə
minir. Sığorta müqaviləsinin bağlanma faktı,
sığorta edənin sığortaçıya sığorta qaydaları ilə
birlikdə sığorta şəhadətnaməsinin verilməsi ilə
(polislə, sertifikatla) təsdiq edilir.
SIĞORTA ÖDƏMƏSĐ
– sığorta hadisələri ilə
əlaqədar
olaraq,
sığorta
edən
tərəfindən
sığortaçıya, sığorta olunmuş şəxsə, xeyir əldə
edənə və ya başqa üçüncü şəxslərə ödənilən pulun
məbləğidir.
Əmlakla sığorta hadisəsi baş verərsə,
ödəmə sığorta ödənişi şəklində həyata keçirilir;
sığortaçı şəxslə və ya üçüncü şəxslə sığorta
hadisəsi baş verərsə - sığorta təminatı şəklində
verilir. Sığorta müqaviləsinin şərtlərində sığorta
ödənişini, zərərin kompensasiyasının sığorta
ödəməsi məbləği hüdudlarında natura şəklində
ödənişlə əvəz etmək nəzərdə tutula bilər.
SIĞORTA
STATĐSTĐKASI
–
sığorta
bazarının
inkişafını
təhlil
etməyə,
sığorta
təşkilatlarının fəaliyyəti üzərində müşahidəni
həyata keçirməyə imkan verir.
SIĞORTA ŞĐRKƏTLƏRĐ TƏRƏFĐNDƏN
QƏBUL EDĐLMĐŞ ÜMUMĐ SIĞORTA
ÖHDƏLĐKLƏRĐ
- maliyyə ilində sığorta
təşkilatları tərəfindən həyata keçirilmiş bütün
tədiyyələr, üstə gəl sığorta tələbləri üçün
ehtiyatlara ayrılmış məbləğlər, çıxılsın əvvəlki
ildə sığorta tələbləri üçün ehtiyatlara ayrılmış
məbləğlərin yekunundan ibarətdir. Bu məbləğlərə
daxil olmalıdır: annuitetlər (sığorta təqaüdləri),
sarrenderlər
(müqavilə
vaxtından
əvvəl
pozulduqda, sığortaçıya ödənilən məbləğ), sığorta
tələbləri üçün digər sığorta şirkətlərindən alınan
və onlara verilən ziyanlı ehtiyatların çıxarılması
və yaradılması, sığortanın daxili və xarici
tələblərinin idarə edilməsinə çəkilən xərclər və
sığorta şirkətləri tərəfindən qəbul edilən, lakin
elan edilməyən sığorta tələblərinə olan məsrəflər.
SIĞORTA ŞĐRKƏTLƏRĐNĐN ÜMUMĐ
ĐNVESTĐSĐYALARI
– sığorta şirkətlərinin
mühasibat balanslarının əksər hissəsini (80%-ə
yaxınını) təşkil edir və sığorta şirkətlərinin ən
böyük uçot mövqelərini əks etdirir. Buraya torpaq
və
binalar,
əlaqəli
müəssisələrə
qoyulan
investisiyalar və kapitalda iştirak, həmçinin
müəssisənin
verilməsi
ilə
digər
maliyyə
investisiyaları və depozitləri daxildir.
SIĞORTA TARĐFĐ
– aktuar hesablamalar
əsasında
hesablanan
sığorta
xidmətlərinin
qiymətidir. Sığorta maliyyə hesablamalarının
köməyi ilə və risklər nəzəriyyəsinin əsasları ilə
bağlı, sığorta hadisələrinin baş verməsi tezliyinin
statistik hesablamaları bazasında müxtəlif sığorta
növləri üçün müxtəlif bazar seqmentlərində, bir
sıra xarici və daxili amillərdən asılı olaraq sığorta
tarifinin
miqdarı
müəyyən
edilir.
Sığorta
subyektləri arasında bağlanan müqavilə üzrə tarif
dərəcəsi
brutto-dərəcə
adlanır.
O
netto-
dərəcədən (sığorta riskinin qiyməti) və yükdən
(ehtiyat
fondlarına
ayırmalar
və
mənfəət
elementləri daxil olmaqla sığorta edənin sığorta
işinin
təşkilinə
və
həyata
keçirilməsinə
xərclərdən) ibarətdir.
Dostları ilə paylaş: |