ƏHALĐNĐN ETNĐK TƏRKĐBĐ (ƏHA-
LĐNĐN ETNĐK STRUKTURU)
- əhali
siyahıyaalınmaları və statistik uçotun digər
formaları
zamanı
əhalinin
etnik
(milli)
əlamətlərinə görə bölünməsidir. Əhalinin etnik
tərkibi, ayrılıqda bir ölkə və onun inzibati-ərazi
bölgələri (rayon, şəhər və s.) üçün müəyyən
olunduğu kimi, ölkələr üzrə və bütövlükdə dünya
üçün də müəyyən edilə bilər. Siyahıyaalınmalar
zamanı sorğu olunanlar tərəfindən bilavasitə
müəyyən edilməsindən başqa, etnik mənsubiyyəti
əlavə xarakterizə edən ana dili haqqında
məlumatlardan da istifadə edilir. Etnik statistikası
inkişaf etməyən region və ölkələrdə danışıq dili,
dini mənsubiyyət və digər əlavə göstəricilər
haqqında məlumatlara əsaslanan qiymətləndirmə
və hesablamalar əsasında aparılır.
ƏHALĐNĐN EV TELEFONU APARAT-
LARI
ĐLƏ
TƏMĐN
OLUNMASI
–
mənzillərdə olan telefon aparatlarının ailələrin
sayına (adətən 100 ailəyə) olan nisbətidir. Bu
zaman əsas telefon aparatları nəzərə alınır və
təşkilatlarda olan aparatların sayı isə çıxılır.
ƏHALĐNĐN ƏRAZĐ ÜZRƏ SEÇMƏSĐ
–
cəmiyyətin həyat fəaliyyətindəki yeni iqtisadi və
sosial-demoqrafik hadisələr haqqında etibarlı
məlumatların əldə edilməsi, həmçinin əhali
haqqında
ənənəvi
məlumat
mənbələrinin
genişləndirilməsi,
əlavə
edilməsi
və
dərinləşdirilməsi
məqsədi
ilə,
çoxlu
əhali
müayinələrinin keçirilməsi üçün müəyyən olunan
çoxməqsədli seçmədir. Əhalinin ərazi üzrə
seçməsi – ölkənin, təsadüfi seçilmiş müəyyən
sayda siyahı vahidlərindən, yaşayış yerlərindən
(evlərdən,
mənzillərdən
və
s.),
ev
təsərrüfatlarından
ibarət
əsas
ərazi
vahidi
çərçivəsində altçoxluğudur. Əhalinin ərazi üzrə
seçməsinin
təşkili
zamanı:
1)
əhali
siyahıyaalmalarının; 2) siyahıyaalmalar arası
dövrlərdə
əhalinin
sosial-demoqrafik
müayinələrinin keçirilməsi üçün müəyyən olunan
iri seçmə massivlərinin; 3) müxtəlif növ cari
məlumatların materiallarından istifadə olunur.
Seçmənin əsaslarından və ya ərazi üzrə seçmənin
təşkili zamanı tərtib edilməsinin vacibliyindən
asılı olaraq, üç pilləli seçmədən (birinci pillə -
inzibati-ərazi vahidi; ikinci pillə - ərazinin yaşayış
sahələri, məsələn, sayıcı və ya seçki sahələri;
üçüncü pillə - yaşayış yerləri və ya ev
təsərrüfatları) və ya əgər vacib informasiya
(əhalinin siyahıyaalınmasının və ya digər iri
müayinələrin) elektron daşıyıcılarında olarsa, iki
pilləli seçmədən istifadə olunur (birinci pillə -
siyahıya alınan vahid, məsələn, sayıcı sahəsi;
ikinci pillə - siyahıyaalma blankı və ya ev
təsərrüfatlarına və ya yaşayış ünvanlarına tərtib
edilmiş siyahıyaalma vərəqələri). Əhalinin ərazi
üzrə seçilmə bazası əsasında sosial-iqtisadi,
demoqrafik və sosial problemlərin öyrənilməsi
üçün çoxlu sayda müayinələr keçirilir (ictimai
rəylərin sorğusu daxil olmaqla).
ƏHALĐNĐN GƏLĐRLƏRĐNĐN DĐFEREN-
SĐASĐYASI
(dərəcələrə ayrılması) – əhalinin
müxtəlif
qrupları
tərəfindən
əldə
olunan,
180
nemətlərin
qeyri-bərabər
bölüşdürülməsi
dərəcəsini
ifadə
edən
və
gəlir
payının
müxtəlifliyini göstərən, mövcud istehsal əlaqələri
sistemi
ilə
obyektiv
şərtlənmiş,
gəlirlərin
bölüşdürülməsinin
nəticəsidir.
Əhalinin
gəlirlərinin diferensiasiyası məşğulluq növlərinin
təsiri, ailədə işləyənlərin sayı, uşaqların sayı, ailə
üzvləri ilə işləyənlər arasındakı nisbət kimi
demoqrafik
amillərin,
sosial
transferlərin
səviyyəsinin və s. təsiri altında formalaşır.
Əhalinin gəlirlərinin diferensiasiyasının ifadə
üsullarından biri bölüşdürmə sırasının qurulması
hesab olunur. Sıralanmış və uyğun olaraq
qruplaşdırılmış müşahidə sıraları məcmunun ayrı-
ayrı hissələrinin nisbətlərini əks etdirir. Bunu
bölüşdürmənin histoqramlarında, poliqonlarda,
kumulyasiyalarında
aydın
göstərmək
olar.
Gəlirlərin
diferensiasiyası
haqqında
məlumatlardan təcrübədə istifadə etmək üçün bir
sıra
göstəricilər
hesablanmalıdır:
mərkəzi
tendensiya göstəricilərinə (moda, limit, mediana,
orta
kəmiyyət
və
s.);
diferensiasiyanın
ümumiləşdirici
göstəricilərinə
(dispersiyaya,
kınarlaşmaya).
Diferensiasiyanın
öyrənilməsi
(gəlirlər üzrə qeyri-bərabərlik) bir çox ölkələrdə
sosial-iqtisadi statistikanın ayrılmaz tərkib hissəsi
hesab edilir. Bütün əhali miqyasında gəlirlərin
diferensiasiyasının ümumiləşdirici qiymətini daha
adekvat ifadə edən, gəlirlərin təmərküzləşməsi
(yığılması) indeksi (Cini əmsalı) hesab edilir.
ƏHALĐNĐN GƏLĐRLƏRĐNĐN SEÇMƏ
MÜAYĐNƏSĐ
– ev təsərrüfatlarının müxtəlif
qruplarında şəxsi gəlirlər və onların yaranma
mənbələri haqqında iqtisadi-statistik məlumatların
əldə edilməsini nəzərdə tutan, dövri keçirilən
xüsusi müayinələrdir. Eyni zamanda, əhalinin
cinsi və yaş tərkibi, məşğulluğu, mənzil şəraiti,
mədəni-məişət təyinatlı əşyalarla təmin olunması,
həm də şəxsi yardımçı təsərrüfatları haqqında
məlumatlar yığılır. Müayinələrin materialları
geniş
proqram
üzrə
işlənilir.
Müayinə
məlumatlarının ev təsərrüfatları qruplarında orta
hesabla adambaşına düşən gəlir səviyyəsinə və
digər sosial-iqtisadi əlamətlərə görə işlənməsi
xüsusi əhəmiyyət kəsb edir, çünki belə işləmə
əhali təbəqələşməsini maddi rifaha, yaşayış
şəraitinə,
şəxsi
yardımçı
təsərrüfatlarının
göstəricilərinə və s. görə təhlil etməyə imkan
verir.
Belə
qruplaşmaların
məlumatlarının
əhalinin
sosial
müdafiəsi
tədbirlərinin
hazırlanmasında böyük təcrübi əhəmiyyəti vardır.
Belə seçmə müayinələr üçün ev təsərrüfatları
məcmusunun
formalaşdırılmasında
ikipilləli
mexaniki seçmə metodundan istifadə edilir (baş
məcmuda əhalinin tipik qrupları həddində).
Müayinələrin nəticələri bütövlükdə ölkə üzrə
deyil, həm də müxtəlif regionlar üzrə də kifayət
qədər mötəbər məlumatların alınmasını təmin
edir.
ƏHALĐNĐN
HƏRƏKƏT
ƏMSALI
–
müəyyən dövr (adətən il) ərzində orta hesabla bir
sakinə (yaşayana) düşən səfərin sayıdır. Nəqliyyat
və əlaqə növləri üzrə qruplaşdırmaqla, verilmiş
yaşayış məntəqələri üzrə göndərilmiş sərnişinlərin
ümumi sayının, bu məntəqələrdə yaşayan əhalinin
ümumi sayına bölünməsi ilə tapılır.
ƏHALĐNĐN HƏYAT SƏVĐYYƏSĐ STA-
TĐSTĐKASI
– sosial həyat şəraiti və istehsalın
inkişafı ilə ayrılmaz əlaqədə əhalinin maddi və
mənəvi rifaha tələbatlarının ödənilməsini tədqiq
edir. Əhalinin həyat səviyyəsi statistikası - ölkənin
milli gəlirinin bölünməsi və yenidən bölünməsi
nəticəsində əhalinin gəlirlərinin yaranmasını, bu
gəlirlərin real tərkibini, maddi rifah və mədəni-
məişət təyinatlı xidmətlərin istehlakını, mənzillə
təminatını, əhalinin məşğulluğunu, onların qeyri-
iş vaxtından istifadəsini, səhiyyə, təhsil və bədən
tərbiyəsi, sosial təminat və s. sistemlərin inkişafını
tədqiq edir.
Əhalinin
həyat
səviyyəsi
statistikasının
göstəriciləri ümumilikdə ölkə, onun ayrı-ayrı ərazi
qruplarının, maddi gəlirlərindən asılı olaraq, ev
təsərrüfatlarının növlərinin, həmçinin regionların
iqtisadi, təbii-iqlim, milli və digər xüsusiyyətləri
ilə əlaqədar əhalinin həyat səviyyələri arasındakı
fərqi müəyyənləşdirmək üçün əhalinin faktiki
həyat səviyyəsini əks etdirir. Əhalinin həyat
səviyyəsi statistikasının əsas vəzifələrindən biri –
əhalinin maddi rifah halındakı dəyişikliklərin
meyllərini və qanunauyğunluqlarını öyrənməkdən
ibarətdir.
Bu
məqsədlə,
həyat
səviyyəsi
göstəricilərindəki
dəyişikliklərin
quruluşu,
dinamikası və sürəti; müxtəlif əhali qruplarının
gəlir
və
istehlakın
səviyyəsinə
görə
bölüşdürülməsi
və
müxtəlif
sosial-iqtisadi
amillərin onun dinamikasına təsiri və s. tədqiq
edilir.
Əhalinin
həyat
səviyyəsi
statistikasının
məlumatları sosial normativlərlə müqayisədə
əhalinin maddi nemətlər və müxtəlif xidmətlərə
tələbatının ödənilməsi səviyyəsini təhlil etməyə
imkan verir. Eyni zamanda, Azərbaycanın və
xarici ölkələrin əhalisinin maddi və mədəni rifah
vəziyyəti
haqqında
məlumatların
müqayisə
edilməsi də əhalinin həyat səviyyəsi statistikasının
vəzifələrinə aiddir. Bir çox sahə statistika sahələri,
xüsusi uçotlar, siyahıyaalmalar, seçmə statistik və
sosioloji müayinələr, ekspert qiymətləndirmələri
və s. əhalinin həyat səviyyəsi statistikasının
mənbələri hesab edilir.
181
ƏHALĐNĐN ĐSTEHLAK ETDĐYĐ MADDĐ
NEMƏT VƏ XĐDMƏTLƏRĐN ÜMUMĐ
HƏCMĐ
– həm bütün növ fərdi gəlirlər (dəyər
və natura formasında, əməyin ödənilməsi, şəxsi
yardımçı təsərrüfatdan gəlirlər, həmçinin pensiya,
yardım və təqaüdlərin ödənilməsi də daxil
olmaqla) hesabına, həm də tam və yaxud qismən
dövlət ehtiyatlarından ödənən maddi nemətlərin
və
xidmətlərin
(xəstəxanalarda
qidalanma,
nəqliyyatda pulsuz və ya güzəştli gediş, təhsil,
səhiyyə və mədəniyyətdə ödənişsiz xidmət,
kommunal xidmətlərin ödənilməsi üzrə güzəştlər
və s.) kollektiv istehlakı formasında daxil olan,
əhali tərəfindən istehlak olunan maddi nemətlərin
(mal və maddi xidmətlər) və qeyri-istehsal
xidmətlərinin məbləğidir. Əhalinin istehlak etdiyi
maddi nemət və xidmətlərin ümumi həcmi
əhalinin real gəlirlərinin həcmindən çoxdur. Belə
ki, onda həm pullu, həm də pulsuz qeyri-istehsal
xidmətlərin bütün dəyəri nəzərə alınır. Əhalinin
real gəlirlərinin həcminə gəldikdə isə, onda yalnız
əhaliyə qeyri-istehsal sferasının göstərdiyi pullu,
pulsuz və güzəştli xidmətlərlə əlaqədar maddi
xərclər nəzərə alınır.
ƏHALĐNĐN ĐSTEHLAK XƏRCLƏRĐ
-
əhalinin pul xərclərinin istehlak malları və
xidmətlərinin əldə edilməsinə yönəldilmiş bir
hissəsidir.
ƏHALĐNĐN KASIB HĐSSƏSĐ (ƏHALĐNĐN
MĐLLĐ
YOXSULLUQ
HƏDDĐNDƏN
AŞAĞI YAŞAYAN HĐSSƏSĐNĐN FAĐZĐ)
(Minilliyin
bəyannaməsində
əks
olunmuş
inkişaf göstəricilərindən) - hər hansı bir ölkənin
əhalisinin gəlirlərinin, bu dövlətin hökuməti
tərəfindən müəyyən edilmiş rəsmi yoxsulluq
həddindən (və ya hədlərindən) aşağı olan
hissəsidir. Milli yoxsulluq həddi adətən müxtəlif
ölçülü və müxtəlif tərkibli ev təsərrüfatlarına
uyğun olan diapazon qismində müəyyən olunur.
Rəsmi yoxsulluq həddi müəyyən edilmədiyi
hallarda, onu ev təsərrüfatı üzvlərinin təmin
edilməsi üçün zəruri gəlir səviyyəsi kimi, ya ərzaq
məhsullarının minimum dəsti, ya da ərzaq üstəgəl
ilkin zəruri predmetlər kimi müəyyən etmək olar.
Ev
təsərrüfatlarının
gəlirlərinin
(və
ya
istehlakının)
səviyyəsinin
və
onların
bölüşdürülməsi variantlarının qiymətləndirilməsi
də həmçinin ev təsərrüfatlarının müayinələrinə
əsaslanır. Sonra müxtəlif növ ev təsərrüfatlarının
gəlirləri onların tərkibindən asılı olaraq bu növ ev
təsərrüfatları üçün nəzərdə tutulmuş yoxsulluq
həddi ilə müqayisə edilə bilər. Yoxsulluq həddinin
ev təsərrüfatının bir böyük üzvünün gəlirinin
ekvivalenti formasında və ya hər hansı digər oxşar
göstərici formasında müəyyən edildiyi hallarda,
ev təsərrüfatlarının gəlirləri də eyni əsasda
hesablanmalıdır. Ev təsərrüfatlarının gəlirini
Đqtisadi Əməkdaşlıq və Đnkişaf Təşkilatında
(ĐƏĐT) tətbiq edilən ekvivalentliyin yenidən
baxılmış şkalası ilə ev təsərrüfatının bir böyük
üzvünün gəlirinə ekvivalent kimi, ya da
ekvivalentliyin hər hansı digər şkalasından
istifadə etməklə hesablamaq olar (yuxarıda qeyd
olunan şkalaya uyğun olaraq, ev təsərrüfatlarının
16 yaşdan yuxarı olan bir üzvünə 1 qiyməti, ev
təsərrüfatlarının 16 yaşdan yuxarı olan bütün
digər üzvlərinə 0,5 qiyməti, 16 yaşa çatmamış
bütün digər üzvlərinə isə 0,3 qiyməti verilir).
Sonra
ev
təsərrüfatlarının
gəlirləri
onun
“ekvivalentlik əmsalı üzrə hesablanmış” (məsələn,
ĐƏĐT-in şkalası üzrə ev təsərrüfatının iki yaşlı
üzvü 1,5 ekvivalent ala bilər) üzvlərinin sayına
bölünür və nəticə adama düşən gəlirin miqdarını
verir.
Yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayan
əhalinin
payını
müəyyənləşdirmək
üçün,
yoxsulluq həddində olan ev təsərrüfatlarının
təxmini sayı müəyyən edildikdən sonra bu ev
təsərrüfatlarının
üzvlərinin
ümumi
sayının
tapılması həyata keçirilir.
ƏHALĐNĐN QĐDA KALORĐSĐ MĐNĐMUM
SƏVĐYYƏDƏN AŞAĞI OLAN HĐSSƏSĐ
(Minilliyin
bəyannaməsində
əks
olunmuş
inkişaf göstəricilərindən) - əhalinin kalori üzrə
qida rasionu normal həyat fəaliyyəti üçün vacib
olan minimumdan aşağı olan faizini əks etdirir.
Bu
göstəricini
həm
də
əhalinin
tam
qidalanmamasından əziyyət çəkən hissəsini faizlə
ifadə edən geniş yayılmış tam qidalanmama
göstəricisi də adlandırırlar.
Əhalinin tam qidalanmayan (aclıqdan əziyyət
çəkən)
hissəsinin
hesablanması
digər
dəqiqləşdirmələrlə
yanaşı,
qidaları
onların
kaloriliyi
üzrə
bölüşdürülməsi
xarakterinin
dəqiqləşdirilməsini, həmçinin ərzağın (milli və
dünya
statistika
məlumatları
əsasında)
mövcudluğunun ümumi vəziyyətinin və ərzaq
əldə
etmənin
mümkünlüyündəki
qeyri-
bərabərliyin (ev təsərrüfatları müayinələrinin milli
məlumat bazası əsasında) öyrənilməsini nəzərdə
tutur. Nəzərdə tutulur ki, belə bölüşdürmə birbaşa
və qeyri-bərabərdir. Əhalinin qida kalorisi
minimum səviyyədən aşağı olan hissəsinin
müəyyən edilməsində loqarifmik normal funksiya
və yaxud ayırma nöqtəsi tətbiq edilir. Ayırma
nöqtəsi müxtəlif həddi buluğa çatmış qrupların
kalori tələblərindən asılı olan adambaşına orta
rəqəm qismində və hər yaş qrupu üzrə verilmiş
əhali hissəsi üçün hesablanır.
182
Adətən, ölkələrdə bu formada qiymətləndirmə
məlumatları olmur. BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı (FAO) ölkələr səviyyəsində
belə qiymətləndirici məlumatlar hazırlayır. Sonra
bu məlumatlar toplanır və onların əsasında
regional
və
ümumdünya
qiymətləndirilməsi
aparılır.
ƏHALĐNĐN
MƏNZĐLLƏ
TƏMĐN
OLUNMASI
– bir nəfər sakinə düşən ümumi və
yaşayış sahəsinin miqdarıdır; ilin axırına bütün
yaşayış fondunun sahəsinin həmin tarixə daimi
əhalinin orta sayına nisbəti kimi hesablanır.
ƏHALĐNĐN MƏRKƏZLƏŞDĐRĐLMĐŞ SU
TƏCHĐZATI ĐLƏ TƏMĐN OLUNMASI
–
bir nəfər sakinə orta günlük su buraxılışıdır; il
ərzində əhaliyə və kommunal-məişət ehtiyacları
üçün buraxılan suyun, həmçinin ildəki təqvim
günlərinin sayı nəzərə alınmaqla əhalinin orta illik
sayına nisbəti kimi hesablanır.
ƏHALĐNĐN
MƏŞĞULLUĞU
ÜZRƏ
DÖVLƏT XĐDMƏTĐ
– ölkə ərazisində digər
dövlət
hakimiyyəti
orqanları
və
yerli
özünüidarəetmə orqanları ilə birlikdə əhalinin
məşğulluğuna
yardımçı
dövlət
siyasətinin
hazırlanmasını və tətbiqini həyata keçirən, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tərkibində fəaliyyət göstərən dövlət xidmətidir.
Əhali məşğulluğunun dövlət xidmətinin əsas
vəzifələri bunlardır: vətəndaşlara müvafiq iş
axtarışında, işverənlərə isə - lazımlı işçilərin
seçilməsində yardımçı olmaq, işsiz vətəndaşların,
ehtiyac olarsa, peşə istiqamətlərini, hazırlıqlarını,
ixtisas artırmalarını və yenidən hazırlanmalarını
təşkil etmək; işsizliyə görə müavinət şəklində
sosial ödənişlərin verilməsini, məşğulluq xidməti
orqanlarının göndərişi ilə dərs dövründə tələbələrə
müavinətlərin verilməsini həyata keçirmək, işsiz
vətəndaşlara və onların ailə üzvlərinə maddi və
digər yardımlar göstərmək; əhali məşğulluğunun
qiymətləndirilməsi
və
proqnozlaşdırılması,
bazarda işçi qüvvəsinin vəziyyəti haqqında
məlumatlandırmanı həyata keçirmək; əhalinin
məşğulluğuna yardım haqqında dövlət, ərazi və
digər məqsədli proqramlar (işdən azad olmaq riski
altında olan işçilərin məşğulluğuna yardım
proqramı daxil olmaqla) hazırlamaq.
ƏHALĐNĐN
MĐQRASĐYA
ARTIMI
(XALĐS MĐQRASĐYA, SALDO (QALIQ)
MĐQRASĐYA)
– müəyyən dövr ərzində (rüb, il,
əhali siyahıyaalmaları arasındakı dövrdə və s.) hər
hansı bir əraziyə gələnlərin sayı ilə həmin
ərazidən gedənlərin sayı arasındakı fərqdir. Əhali
artımı komponentlərindən biridir.
Aşağıdakılar fərqləndirilir: xarici miqrasiyanın
saldosu və daxili miqrasiyanın saldosu; müsbət,
mənfi və sıfıra bərabər miqrasiya saldosu; şəhər
və kənd yerləri, iqtisadi rayonlar və s. arasında
miqrasiya saldosu. Hesablama metodikasının
seçimi miqrasiya uçotunun dolğunluğu, əhalinin
təbii hərəkətinin, həmçinin əhalinin sayının dəqiq
müəyyənləşdirilməsi ilə təyin edilir. Miqrasiya
saldosu əhalinin ayrı-ayrı cins-yaş, sosial və digər
qrupları üçün hesablana bilər.
ƏHALĐNĐN MĐQRASĐYA ƏMSALLARI
–
miqrasiyanın təhlili üçün tətbiq edilən nisbi
göstəricilərdir. Mövcud ərazidə əhalinin yaşayış
yerinin dəyişməsi hallarının tezliyini, yəni
miqrasiyanın
intensivliyini
xarakterizə
edir.
Mövcud ərazidə əhalinin orta illik sayı ilə
miqrasiyanın mütləq göstəricilərinin (gələnlərin
sayı, gedənlərin sayı, miqrasiya artımı və
miqrasiya dövriyyəsi) müqayisəsinə əsaslanır. Bu
və ya digər dövr üçün hər 1 000 və 10 000 nəfər
adama hesablanır. Əhalinin miqrasiya əmsalları
həm bütün əhali üçün, həm də onun ayrı-ayrı
qrupları üçün – cins, yaş, milliyyət və digər
əlamətləri üzrə hesablana bilər.
Ən çox aşağıdakı ümumi miqrasiya əmsallarından
istifadə edilir:
Gəlmə intensivliyi əmsalı - K
g
=G/Ə;
Getmə intensivliyi əmsaı - K
get
=Get/Ə;
Miqrasiya artımının intensivlik əmsalı - K
a
=(G-
Get)/Ə;
Miqrasiya dövriyyəsinin intensivlik əmsalı -
K
d
=(G+Get)/Ə.
Burada: G - əraziyə gələnlərin ümumi sayı; Get -
ərazinin sərhədlərindən çıxanların ümumi sayı; Ə
- ərazidə əhalinin orta illik sayıdır.
Bunlarla yanaşı, bir neçə ərazi arasında miqrasiya
axınını və onların hər birində əhalinin sayını
nəzərə alan əhalinin digər miqrasiya əmsalları da
tətbiq edilir.
Dostları ilə paylaş: |