A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə47/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   43   44   45   46   47   48   49   50   ...   182

 

ƏHALĐNĐN MĐQRASĐYA STRUKTURU

 - 

əhalinin  mövcud  yaşayış  yerində  məskunlaşdığı 

müddət  üzrə  bölünməsini  əks  etdirir.  Aşağıdakı 

qruplar  üzrə  bölünə  bilər:  doğulduğu  gündən,  20 

ildən çox, 10-20 il, 10 ildən az. 

 

ƏHALĐNĐN  MĐLLĐ  TƏRKĐBĐ  (MĐLLĐ 



STRUKTUR)

  -  əhalinin  müəyyən  etnik  qrupa 

mənsub 


olma 

əlamətinə 

görə 

bölgüsüdür 



(“Əhalinin etnik tərkibi bax).  

 

ƏHALĐNĐN  MÜLKĐYYƏTDƏN  ƏLDƏ 



ETDĐYĐ  GƏLĐRLƏR

  –  öz  mülkiyyətini 

istehsalın aparılmasına və digər gəlir gətirən işlərə 



 

183


qoyan  mülkiyyətçilərin  (investisiya  qoyanların) 

sahibkar  kimi,  həm  də  əhalinin  qalan  hissəsinin 

əldə etdiyi vəsaitdir.  

 

ƏHALĐNĐN  MÜLKĐYYƏTĐNDƏ  OLAN 



QĐYMƏTLĐ  KAĞIZLAR

  -  əhali  tərəfindən 

alınan  və  ya  özəlləşdirmə  prosesinin  gedişində 

onlar 

tərəfindən 



əldə 

olunan 


səhmdar 

cəmiyyətlərin 

və 

dövlətin 



səhmləri 

və 


istiqrazlarıdır. 

 

ƏHALĐNĐN  NAQĐLLĐ  RADĐO  VERĐLĐŞ-



LƏRĐ  ĐLƏ  ƏHATƏ  OLUNMASI

  –  naqil 

vasitəsi  ilə  verilişlər,  o  cümlədən  çoxproqramlı 

verilişlər 

şəbəkəsinə 

malik 

olan 


yaşayış 

məntəqələrinin  sakinlərinin  sayının  əhalinin 

sayına nisbətidir. 

 

ƏHALĐNĐN  NĐKAH  TƏRKĐBĐ  (NĐKAH 



STRUKTURU)

  –  kişi  və  qadınların  nikah 

vəziyyətinin  -  heç  vaxt  nikahda  olmayanlar, 

nikahda  olanlar,  dullar  və  boşananlar  (bəzən 

ayrılanlarla 

birlikdə) 

kateqoriyaları 

üzrə 


bölgüsüdür.  Sonuncu  3  qrup  nə  vaxtsa  nikahda 

olanlar qrupunu  təşkil edir.  Qanunvericilikdə  ərlə 

arvadın  ayrı  yaşamasına  baxılarsa,  onda ayrılıqda 

yaşayan  ər-arvad  kateqoriyası  ayrılır.  Nikah 

vəziyyətində  cins  və  yaşa  görə  fərqlər  olduqda, 

əhalinin nikah tərkibi kişi və qadının yaş qrupları 

üzrə ayrı-ayrılıqda aparılır.  

 

ƏHALĐNĐN  PERSPEKTĐV  HESABAN-



MASI 

(ƏHALĐNĐN 

SAYININ 

VƏ 

TƏRKĐBĐNĐN 

PERSPEKTĐV  HESAB-

LANMASI)

  –


 

ölkə  və  (və  ya)  onun  hissələrinin 



əhalisinin 

gözlənilən 

sayının 

və 


yaş-cins 

tərkibinin 

hesablanmasıdır. 

Hesablamanın 

komponentləri 

kimi, 

hesablama 



dövrünün 

əvvəlinə  əhalinin  faktiki  cins-yaş  tərkibi  və  ya 

doğum  və ölümün  və  miqrasiya tendensiyalarının 

(demoqrafik  proqnoz)  faktiki  fərziyyə  olunan 

mövcud  səviyyələri  götürülür.  Bu,  komponentlər 

metodu  adlanan  üsulla  həyata  keçirilir:

 

yaş  üzrə 



hərəkət  yolu  ilə

 

hesablama  ilinin  əvvəlinə  sağ 



qalanların  sayından  hər  bir  yaşda  sağ  qalanların 

sayı,  reproduktiv  yaşda  olan  qadınların  sayı  və 

doğum  hallarının  yaş  göstəricisi  haqqında 

məlumatlardan  istifadə  etməklə  isə  -  gələcək 

doğuşların  sayı  müəyyən  edilir.

 

Göstərilənlərdən 



əlavə,  ayrı-ayrı  ərazilər  üçün  əhalinin  perspektiv 

hesablanmasında  gözlənilən  miqrasiya  artımı  da 

nəzərə  alınır.

 

Hesablama,  adətən  gələcəkdə 



hesablama  komponentlərinin  dəyişməsi  haqqında 

müxtəlif fərziyyələrə uyğun olaraq, ilbəil, 10-15 il 

əvvəlcədən bir neçə variantda aparılır.  

 

ƏHALĐNĐN 



PROFĐLAKTĐK 

TĐBBĐ 

MÜAYĐNƏSĐ

  –  həkimlər  tərəfindən  əhalinin 

müayinəsi  və  xəstəliklərin  müəyyən  edilməsi 

məqsədilə  laboratoriya-diaqnostik  tədqiqatların 

aparılması  və  müalicəvi-sağlamlıq  tədbirlərinin 

həyata 


keçirilməsidir. 

Statistik 

göstəricilərə 

müayinə  olunmuşların  sayının  müayinə  olunmalı 

olanların  və  ya  bütün  əhalinin  sayına  nisbəti, 

müayinə  olunmuşların  sayından  aşkar  olunmuş 

xəstələrin sayı daxil edilir.  

 

ƏHALĐNĐN PUL GƏLĐRLƏRĐ



 - əhalinin pul 

gəlirləri  və  xərcləri  balansının  gəlir  hissəsidir, 

özündə  əhalinin  bütün  mülkiyyət  formalarından 

olan  müəssisə  və  təşkilatlardan  daxil  olan  bütün 

pullarını,  nağdsız  hesablaşmalarını  və  vergi 

ödəmələrinə 

və 

digər 


ödəmələrə 

tutulan 


məbləğləri,  əhaliyə  hesablanmış  pul  gəlirləri 

hesabına,  ona  verilmiş  məhsul  və  göstərilmiş 

xidmətlərin  dəyərini  birləşdirir.  Balansda  əhali 

qrupları  arasında  olan  pul  dövriyyəsi  nəzərə 

alınmır. 

 

ƏHALĐNĐN 

PUL 

GƏLĐRLƏRĐ 

VƏ 

XƏRCLƏRĐ  BALANSI

  -  əhalinin  pul 

gəlirlərini,  mənbəyini,  həmçinin  pul  xərclərini

strukturunu  və  əhalinin  əmanətlərini  əks  etdirir. 



Əhalinin  pul  gəlirləri  və  xərcləri  balansı  ölkənin 

ümumi daxili məhsulunun pul gəlirləri formasında 

əhalinin  sərəncamında  qalan,  onlar  tərəfindən 

əmtəələrin 

alınmasında 

və 


xidmətlərin, 

ödənişlərin,  üzvlük  haqlarının  ödənilməsində 

istifadə  olunan  və  bütün  növ  əmanətlərə  (banka 

qoyulan  əmanətlərə,  valyutaların  alınmasına, 

qiymətli  kağızlara  və  s.)  yönəldilən  hissəsinin 

hərəkətini  əks  etdirir.  Pul  gəlirlərinə  daxildir: 

iqtisadiyyatın  müxtəlif  bölmələrində  işləyən 

şəxslərin  əmək  haqqı  şəklində  bütün  pul 

daxilolmaları;  pensiyalar,  təqaüdlər,  müxtəlif 

maddi 


yardımlar; 

mülkiyyətdən 

faizlər, 

dividentlər,  rentalar  və  s.  şəklində  əldə  olunan 

gəlirlər;  səhmlərin  və  digər  qiymətli  kağızların 

satışından daxil olan pullar; əmlakın, mal-qaranın 

və  kənd  təsərrüfatı  məhsullarının  satışından  daxil 

olan  gəlirlər;  sığorta  ödəmələrindən,  ssudalardan 

və s. daxil olan pullar. 

Əhalinin  xərclərinin  əsasını  əmtəələrin  alınması 

və  xidmətlərin  ödənilməsinə,  məcburi  ödəmələrə 

və  müxtəlif  üzvlük  haqlarına,  əmanətlərdəki 

yığımlara,  qiymətli  kağızlara  və  digər  aktivlərə 

çəkilən xərclər təşkil edir.  



Əhalinin  pul  gəlirləri  və  xərcləri  balansının 

aşağıdakı maddələrivardır: 

 

Gəlirlər 

1. Əmək haqqı 



 

184 


2.  Đşçilərin  müəssisə  və  təşkilatlardan  aldıqları 

əmək haqqından başqa gəlirləri 

3. Dividentlər 

4.  Kənd  təsərrüfatı  məhsullarının  satışından  daxil 

olan gəlirlər 

5. Fərdi sahibkarlıq fəaliyyətindən gəlirlər 

6. Pensiya və maddi yardımlar 

7. Təqaüdlər 

8.  Maliyyə  sistemlərindən  daxil  olan  gəlirlər,  o 

cümlədən: 

a) sığorta ödəmələrindən; 

b)  fərdi  yaşayış  tikintisi  və  ya  digər  məqsədlər 

üçün alınan ssudalardan; 

c) istehlak məqsədləri üçün verilmiş ssudalar üzrə 

borcların dəyişməsindən; 

ç) qoyulmuş əmanətlərə görə faizlərdən; 

d) istiqrazlardan, uduşlardan və ödənişlərdən; 

e) lotereyalar üzrə uduşlardan; 

ə)  əmtəələrin  kreditlə  alınmasında  əhalinin 

borclarının dəyişməsindən (artım +, azalma -); 

f)  hüquqi  şəxs  yaratmadan  fəaliyyət  göstərən 

şəxslərin 

ssudalara 

görə 


borclarının 

dəyişməsindən (artım +, azalma -);  

g) əlillərə çəkilmiş xərclərin qaytarılmasından;  

ğ) repressiya olunmuş vətəndaşlara maddi zərərin 

ödənilməsindən. 

9) Xarici valyutanın satışından əhalinin gəliri  

10) Sair gəlirlər: 

a)  əşyaların  komisyon  mağazaları  və  satınalma 

məntəqələri vasitəsilə satılmasından;  

b) 


istifadəyə 

yararlı 


xammalın, 

metal 


tullantılarının  və  s.  satışından  (qeyri-kənd 

təsərrüfatı tədarükləri); 

c) sair gəlirlər. 

11.  Köçürmə  yolu  ilə  alınan  pullar  (köçürülmüş 

və ödənilmiş məbləğ çıxılmaqla) 

Pul gəlirləri - cəmi  

Xərclərin gəlirləri üstələməsi 

Gəlirlərin cəmi 



Xərclər və əmanətlər 

1. Malların alınması və xidmətlərin ödənilməsi  

o cümlədən: 

a) malların alınması; 

b) xidmətlərin ödənilməsi və digər xərclər 

o cümlədən: 

yaşayış və kommunal xidmətlərin ödənişi; 

məişət xidmətlərinin ödənişi; 

təhsil xərcləri;  

sanatoriya  və  istirahət  evlərinə  putyovkalara, 

turizmə və tibbi xidmətlərə çəkilən xərclər;  

kino, teatr və s. tamaşalara çəkilən xərclər;  

bütün növ nəqliyyat vasitələrinə çəkilən nəqliyyat 

xərcləri; 

rabitə xidmətlərinin ödənilməsi; 

sair xərclər.  

2. Məcburi ödənişlər və könüllü üzvlük haqları 

 o cümlədən: 

a) vergi və rüsumlar; 

b) sığortalar üzrə ödənişlər; 

c)  ictimai  və  kooperativ  təşkilatlara  üzvlük 

haqları;  

ç) ssudaların qaytarılması; 

d) lotereya biletlərinin əldə edilməsi; 

e) əmtəə kreditinə faizlər; 

ə) pensiya fonduna məcburi sığorta haqları. 

3)  əmanətlərdə  və  qiymətli  kağızlarda  yığılmış 

pulların artması 

 o cümlədən: 

 a) banklarda əmanətlərin artması; 

 b)  Azərbaycan  Respublikasının  sertifikatlarının  

əldə edilməsi; 

 c)  plastik  kartlardan  istifadə  etməklə  hesablaşma 

üçün  fiziki  şəxslərin  banklarda  depozitə  qoyduğu 

vəsaitlərin artması (azalması); 

 ç) müəssisənin səhmlərinin əldə edilməsi. 

4. Yaşayış yerlərinin alınması 

5.  Xarici  valyutanın  alınmasına  əhalinin  xərcləri 

6.  Köçürmə  yolu  ilə  göndərilən  pullar  (alınan 

məbləğ çıxılmaqla) 

Cəmi pul xərcləri və əmanətlər 

Gəlirlərin xərcləri aşması 

Xərclərin cəmi 

Balans 


Əhalinin  pul  gəlirləri  və  xərcləri  balansı 

göstəricilərindən 

(əhalinin 

pul 


gəlirləri, 

adambaşına 

pul 

gəlirləri 



və 

s.) 


bazar 

iqtisadiyyatına  keçid  şəraitində  bir  sıra  MDB 

ölkələrində  bu  günə  kimi  əhalinin  həyat 

səviyyəsinin  səciyyələndirilməsi  üçün  istifadə 

edilir. 

Azərbaycanda  əhalinin  pul  gəlirləri  və  xərcləri 

balansının  göstəriciləri  2006-cı  ilədək  tətbiq 

olunmuşdur.  Həmin  balansın  strukturu  və 

göstəricilərinin  tərkibi  və  əhatəliliyi  beynəlxalq 

standartların, 

xüsusilə 

də 


Milli 

Hesablar 

Sisteminin  tələblərinə  cavab  vermədiyindən, 

əhalinin  pul  gəlirləri  və  xərcləri  balansı  müasir 

şəraitdə  öz  aktuallığını  itirmişdir.  Əhalinin  pul 

gəlirləri  və  xərcləri  balansında,  MHS-nin  gəlir 

anlayışına 

zidd 


olaraq, 

son 


istehlakın 

maliyyələşdirilməsi  üçün  əhali  tərəfindən  əmlak, 

xarici  valyuta  və  qiymətli  kağızların  satışı,  bank 

hesablarından  pulun  çıxarılması,  kredit  və 

borcların 

alınması 

hesabına, 

başqa 


sözlə, 

sərəncamda  olan  kapitalın  azaldılması  və  ya 

müvafiq  maliyyə  öhdəliklərinin  qəbul  edilməsi 

nəticəsində  əldə  olunan  vəsaitlər  gəlirlərə  aid 

edilir, natura formasında daxilolmalar isə əksinə - 

gəlirlərdə 

nəzərə 

alınmır. 



Bu 

və 


digər 

çatışmazlıqlar  əhalinin  pul  gəlirləri  və  xərcləri 

balansının  göstəriciləri  əsasında  əhalinin  həyat 

səviyyəsinin 

və 

investisiya 



yönəltmə 

qabiliyyətinin 

obyektiv 

təhlil 


imkanlarını 

məhdudlaşdırır. 



 

185


ƏHALĐNĐN  PUL  XƏRCLƏRĐ

  -  əhali 

tərəfindən pul gəlirlərinin xərclənməsi formasıdır. 

Onun  əsas  istiqamətləri  əmtəələrin  alınmasına, 

kommunal,  nəqliyyat,  tamaşa,  məişət  və  digər 

müəssisə 

və 


təşkilatların 

xidmətlərinin 

ödənilməsinə,  vergilərə  və  yığımlara,  sığorta 

ödəmələrinə  və  ictimai  və  digər  təşkilatlara, 

mənzil-tikinti 

kooperativlərinə 

haqların 

ödənilməsinə  yönəldilən  xərclərdən  ibarətdir. 

Əhalinin pul gəlirlərinin bir hissəsi yığılmaq üçün 

əmanət  banklarına,  kommersiya  banklarına  və 

digər maliyyə-kredit (sığorta, maliyyə, investisiya 

şirkətlərinə,  pensiya  fondlarına)  təşkilatlarına, 

təkrar bazarlarda dövlət və sair qiymətli kağızların 

alınmasına, valyutanın alınmasına yönəldilir. 

Əhalinin  pul  xərclərinin  məbləği  və  onların 

istiqamətləri  əhalinin  pul  gəlirləri  və  xərcləri 



balansında müəyyənləşdirilir. 

 

ƏHALĐNĐN  PUL  YIĞIMI



  -  əhalinin  əlində 

olan nağd pulları, əmanət və digər banklarda olan 

əmanətlərini,  istiqrazları,  xəzinə  öhdəliklərini, 

həyatın  dövlət  sığortası  üzrə  sığorta  vəsiqələrini, 



sertifikatları,  səhmləri  və  digər  qiymətli  kağızları 

birləşdirən 

pul 

vasitələrinin 



məcmusunun 

kəmiyyətidir. 

 

ƏHALĐNĐN  REAL  GƏLĐRLƏRĐ

  –  ölkə 

əhalisinin  yaşayış  səviyyəsinin  ümumiləşdirici 

göstəricisidir.  Gəlirlərə  görə  əldə  oluna  bilən 

maddi  rifah  və  xidmətlərin  real  kəmiyyətini 

xarakterizə  edir.  Əhalinin  real  gəlirlərinin 

səviyyəsi  əhalinin  son  gəlirlərinin  həcmindən, 

qiymətlərin,  əmtəə  və  xidmətlərin  tariflərinin 

səviyyəsindən asılıdır. Onun həcmi, son gəlirlərin 

həcminin  istehlak  qiymətləri  indeksinə  bölməklə 

alınan  nisbət  kimi  müəyyən  edilir.  Əhalinin  real 

gəlirinin  ümumi  həcmindən  başqa,  orta  hesabla 

əhalinin bir nəfərinə düşən gəlir də hesablanır. 

 

ƏHALĐNĐN  SAĞLAMLIĞI  STATĐSTĐ-



KASI

  –  əhalinin  ümumilikdə  və  onun  ayrı-ayrı 

kontingentlərinin sağlamlıq vəziyyətinin kəmiyyət 

xarakteristikasını  öyrənir,  əhalinin  sağlamlıq 

səviyyəsinin təbii ətraf mühitin amilləri ilə mənalı 

statistik  əlaqəsini  aşkar  edir.  Əhalinin  sağlamlığı 

statistikasına  xəstəlik,  əlillik,  fiziki  inkişaf, 

uşaqların  sağlamlığının  mühafizəsi  statistikası 

daxildir. 

 

ƏHALĐNĐN SAHĐBKARLIQ FƏALĐYYƏ-

TĐNDƏN ƏLDƏ ETDĐYĐ GƏLĐRLƏR

 – öz 

iqtisadi  fəaliyyəti  nəticəsində  fərdi  sahibkarın 

əldə etdiyi və sonradan istehsal təyinatlı (yığım və 

s.)  məqsədlərə  və  şəxsi  istehlaka  yönəldilmiş 

gəlirin  bir  hissəsidir.  Özü  məşğul  fəaliyyətdən 

(fermerlər,  sənətkarlar,  kiçik  alverçilər)  gəlirlər 

sahibkarlıq  gəlirləri  və  əməyin  ödənilməsinin 

birləşməsini əks etdirir.  

 

ƏHALĐNĐN SAY VƏ TƏRKĐBĐNĐN CARĐ 

HESABLAMALARI

 – əhalinin ümumi sayının 

və  əhalinin  cins  və  yaş  üzrə  sayının  əhali 

siyahıyaalmaları 

arasındakı 

dövrdə 

həyata 


keçirilən hesablamalarıdır. 

Əhalinin ümumi sayı (şəhər və kənd yerləri üzrə) 

bütövlükdə ölkə və onun ayrı-ayrı regionları üzrə 

hesablanır.  Cari  hesablamanın  bazası  kimi, 

müvafiq 

ölkənin 


(dövlətin) 

əhali 


siyahıyaalmalarının,  demoqrafik  proseslərin  cari 

uçotunun  və  əhali  miqrasiyasının  cari  uçotunun 

məlumatları götürülür.  

Əhalinin  cins  və  yaş  strukturu  üzrə  sayının 

hesablanmasının 

əsası 

birillik 



yaş 

üzrə 


siyahıyaalmaların məlumatları olur. Yaş strukturu 

üzrə 


hesablamalar 

müvafiq 


göstəricilərin 

sürüşdürülməsi üsulu ilə aparılır. 

 

ƏHALĐNĐN  SAYININ  QĐYMƏTLƏNDĐ-

RĐLMƏSĐ

  –  ölkənin  bütün  ərazisində  və  ya 

onun  bir  hissəsində  xüsusi  siyahıyaalmalar  və 

uçot 

aparılmadan 



əhalinin 

sayının 


təqribi 

müəyyən 


edilməsidir. 

Adətən, 


axırıncı 

siyahıyaalma  və  ya  əhalinin  birbaşa  uçota  cəlb 

edilməsi, 

bunlar 


olmadıqda 

doğum, 


ölüm 

haqqında  sənədlər,  miqrasiya  hadisələri  (dolayı 

göstəricilərlə) əsasında da aparıla bilər. Bu zaman, 

adətən  göstərilən  məlumatlar  üzrə  düzəlişlər 

edilir.  

 

ƏHALĐNĐN  SƏRƏNCAMINDA  QALAN 



REAL  GƏLĐRLƏR

  –  əhalinin  ümumi  real 



gəlirlərindən  vergilər,  mütləq  ödənişlər  və 

könüllü üzvlük haqları çıxılmaqla müəyyən edilən 

gəlirlərdir. 

 

ƏHALĐNĐN  SIXLIĞI



  -  konkret  ərazidə 

əhalinin  sıxlıq  dərəcəsidir.  Sahə  vahidinə  düşən 

sakinlərin sayı ilə ifadə olunur. 

 

ƏHALĐNĐN 



SĐYAHIYAALINMASI

 

  

müəyyən  vaxt  anına ölkənin,  yaxud  onun  yaşayış 

məntəqələrinin  hər  bir  sakinini  xarakterizə  edən 

demoqrafik,  iqtisadi  və  sosial  məlumatların 



toplanması  prosesidir.  Əhalinin  siyahıyaalınması 

anlayışına 

həm 

də 


bu 

məlumatların 

yekunlaşdırılması,  işlənməsi  və  dərc  edilməsi 

prosesi 


daxil 

edilir. 


BMT-nin 

Statistika 

Komissiyasının  metodologiyasına  uyğun  olaraq, 

əhalinin  siyahıyaalınması  –  “müəyyən  vaxt 

vəziyyətinə  ölkədə  və  ya  ölkənin  məhdud  bir 


 

186 


hissəsində  bütün şəxslərə  aid  coğrafi  demoqrafik, 

iqtisadi  və  sosial,  etnik-mədəni  əlamətlər  üzrə 

məlumatların 

toplanmasının, 

ümumiləşdirilməsinin,  təhlilinin  və  dərc  edilərək 

yayılmasının vahid prosesidir”. 

Əhalinin  siyahıyaalınması  əhali  haqqında  digər 

müşahidələrlə  əldə  oluna  bilməyən  məlumatlar 

(məsələn,  insanların  özlərinin  müəyyənləşdirdiyi 

etnik  mənsubiyyəti,  faktiki  nikah  vəziyyəti) 

barədə  əsas  məlumat  mənbəyidir.  Əhalinin 

siyahıyaalınması materiallarının statistik işlənməsi 

yolu  ilə  əhalinin  müxtəlif  əlamətlərinə  görə 

bölgüsü haqqında məlumatlar alınır.  

Əhalinin  siyahıyaalınması,  istisnasız  olaraq, 

ölkənin bütün sakinlərini, həm də, müvəqqəti qaib 

olanlar  da  daxil  edilməklə,  ölkənin  bütün 

vətəndaşlarını,  ölkə  daxilində  -  hər  bir  ərazinin 

daimi  sakinlərini,  yaxud  müəyyən  anda  həmin 

ərazidə  olanları,  yaxud  həm  onları,  həm  də 

digərlərini  əhatə  edir.  Bir  qayda  olaraq,  əhalinin 

siyahıyaalınması  bilavasitə  yaşayış  yerlərini 

gəzməklə  və  “siyahıyaalınmanın  kritik  anı” 

vəziyyətinə,  hər  sakin  haqqında  sorğu  yolu  ilə 

adbaad məlumat toplamaqla, qısa müddətə (bir-iki 

həftə  ərzində)  həyata  keçirilir.  Bütün  ölkə  əhalisi 

üçün eyni (vahid) proqram əsasında toplanan belə 

məlumatların  dairəsi  siyahıyaalma  proqramı  ilə 

müəyyənləşdirilir.  

 

ƏHALĐNĐN 



SĐYAHIYAALINMASI 

(MÜAYĐNƏSĐ)  METODLARI

  -  əhalinin 



siyahıyaalınması,  yaxud  müayinəsi  prosesində 

adamlar,  yaxud  ailələr  haqqında  məlumatların 

əldə  edilməsi  üsullarıdır.  Bir  qayda  olaraq,  belə 

məlumatları  xüsusi  olaraq  cəlb  edilmiş  işçilər 

(qeydçilər, təlimatçılar və s.) toplayırlar. Odur ki, 

əhalinin 

siyahıyaalınması 

(müayinəsi) 

metodlarında,  qeydçilər  və  məlumat  verən  şəxs 

arasındakı  əlaqə  xarakterinə  (yaşayış  yerlərinin, 

evlərin,  mənzillərin  gəzintisi,  poçt  və  yaxud 

telefonla)  görə,  məlumatların  mənbəyinə  (onlar 

adamların 

özləri, 


onun 

ailə 

və 


ya 

ev 

təsərrüfatlarının  üzvləri,  yaxud  yaşayış  vahidinin 

rəhbərliyi  tərəfindən  verilir)  görə  və  onların 

bilavasitə  əldə  etmə  üsuluna  görə  fərqlənir. 

Məlumatların  əldə  olunmasının  müxtəlif  üsulları 

mövcuddur:  sorğu  edilənlə  şifahi  müsahibə  yolu 

ilə  aparılan  -  şifahi  sorğu;  sorğu  edilənin  ona 

verilmiş,  yaxud  poçtla  (internet  vasitəsilə) 

göndərilmiş  sorğu  vərəqlərinin  şəxsin  özü 

tərəfindən  doldurulması  -  özü  hesablaması  yolu 

ilə. 


Əhalinin 

siyahıyaalınması 

(müayinəsi) 

metodunun  seçilməsi  onu  həyata  keçirən  təşkilati 

imkanlardan,  siyahıyaalma  və  yaxud  müayinə 

proqramlarının 

mürəkkəbliyindən, 

əhalinin 

sorğuya hazırlıq səviyyəsindən asılıdır. 

 

ƏHALĐNĐN  SĐYAHIYAALINMASI  (MÜ-



AYĐNƏSĐ) 

PROQRAMI

 



əhalinin 

siyahıyaalınması,  mikrosiyahıyaalınması  və  ya 

müayinəsi  zamanı  adamların,  ailələrin  (ev 

təsərrüfatlarının)  əlamətlərinin  və  ya  onlar 

haqqında  məlumatların  siyahısıdır.  Əhalinin 

siyahıyaalınması  (müayinəsi)  proqramına  uyğun 

olaraq,  siyahıyaalma  vərəqinə  (müayinə  və  sorğu 

blankına)  lazımı  məlumatlar  (ünvan  məlumatları, 

əhali  kateqoriyalarının  uçotu  ilə  bağlı  suallar, 

demoqrafik  əlamətlər  (cinsi,  yaşı,  ailə  vəziyyəti), 

vətəndaşlıq,  etnik  xüsusiyyətlər  (özünü  hansı 

xalqa  və  ya  etnik  qrupa  aid  edir,  dil),  dini 

mənsubiyyət,  təhsil  və  tədris,  sosial-iqtisadi 

əlamətlər  (fəaliyyət  növü, 

məşğuliyyət  və 

məşğulluq 

vəzifəsi), 

nikahın 


vəziyyəti 

və 


uşaqların  sayı,  miqrasiya  və  s.  haqqında 

məlumatlar)  əldə  etməyə  imkan  verən  bir  sıra 

suallar  və  əlamətlər  daxil  edilir.  Əlamətlər  elə 

seçilir 


ki, 

siyahıyaalınmanın 

materialları 

işləndikdə,  onlar  əhalinin  və  onun  sosial-

demoqrafik qruplarının tərkibi haqqında hərtərəfli 

məlumatların əldə olunmasına imkan versin. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin