43
Məsələn, D3 xanasında =B3+C3 düsturu yazılsa, onda həmin xanada B3 və C3 xanalarında olan
ədədlərin cəmi görsənəcəkdir. Xanaya informasiya daxil etməyə başlayan kimi, orada
əvvəlcədən olan məlumatlar silinir.
Xananın tərkibini aşağıdakı üsullarla redaktə etmək olar.
1. Mausun sol düyməsini xananın üzərində iki qat sıxmaqla.
2. Xana üzərində F2 düyməsini sıxmaqla.
3. Kursoru düstur sətrinə gətirmək və orada redaktə etmək.
Misal:
Xananın tərkibinin redaktə edilməsi.
1.A1 xanasından başlayaraq aşağıdakı cədvəli yığın.
2.
A1 xanasına keçin.
3. F2 düyməsini sıxın və "Murad" sözünü “Aytac” sözü ilə əvəz edin.
4. Enter düyməsini sıxın.
5. B2 xanasına keçin.
6. Mausun oxunu formula sətri üzərinə gətirin və sol düyməni sıxın.
7. 168.9 ədədini dəyişərək 161.2 edin və Enter düyməsini sıxın.
8. Mausun sol düyməsini C1 xanası üzərində ikiqat sıxın və 487 ədədini dəyişərək 421.56 edin
və Enter düyməsini sıxın.
Bu əməliyyatlardan sonra cədvəl aşağıdakı kimi olacaqdır.
Bir neçə xanaya eyni vaxtda
eyni məlumat daxil etmək üçün, əvvəlcə həmin xananı seçib,
hər hansı bir sözü yazın. Sonra mausun oxunu 1- ci xananın
sağ küncünə gətirib, ox “+”
formasını alanda aşağıya doğru çəkin.
downloaded from KitabYurdu.org
44
Əgər işçi səhifədə yan - yana və alt - alta yerləşmiş xanaya ardıcıl məlumatlar daxil
etmək
istəsəniz, əvvəlcə ilk iki ardıcıl məlumatı ilk iki xanaya daxil edib, sonra onu seçin və
mausun oxunu 2-ci xananın sağ küncünə gətirib, ox “+” formasını alanda aşağıya doğru çəkin.
Əgər qeyd olunmuş xanada ədəd yazılıbsa dartma zamanı “Ctrl” düyməsi basılarsa ilkin
xanadakı ədəd 1 vahid artırılaraq digər xanalara yazılacaq.
Dostları ilə paylaş: