THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
91
linorinin mərkəzi hissəsi Azərbaycanda Tfan antiklinorisi və Şahdağ – Xızı
sinklinorisi ilə əhatə olunub. Yarımadanın cənub qanadı Zaqatala-Qovdağ
sinklinorisi və digər tərəfdən cənub-şərqdə bir neçə antiklinori və sinklinori ilə
mürəkkəbləşən Şəki – Vəndam antiklinorisi mövcuddur. Həmçinin Abşeron
yarımadasında gözə çarpan Şərqi-Azərbaycan minimumu müşahidə olunur
və qeyd olunan bu minimum cənub-qərbdən Azərbaycan maksimumu ilə hü-
dudlanır. Tədqiqat sahəsinin qravitasiya minimumu Buge anomaliyası xəritə-
sində sahənin şimal-şərqində müşahidə edilir. Bu minimum cənuba doğru
uzanır və izoxəttlər Sumqayıt – Sanqaçal rayonu ərazisində gözlənilmədən
qərbə doğru dönürlər. Dübrar nisbi maksimumu tədqiqat rayonunun şimal-
qərbini əhatə edir. Buge reduksiyalı qravitasiya anomaliyalarının geoloji –
tektonik sxemlə müqayisəsi onların səth tektonikası ilə korrelyasiyasının
olmadığını göstərir.
Furye çevrilmələrinə əsaslanaraq sıxlığın dərinliyə görə dəyişdiyi üçöl-
çülü vəziyyət üçün tezlik sahəsində Parker-Oldenburq alqoritmi daha da
inkişaf etdirildi. Buna əsasən sıxlığın üfüqi və şaquli olaraq dəyişdirilə biləcəyi
cazibə interfeysinin inversiyası düsturu əldə edildi. Cazibə məlumatlarının
nümunə dəstinin nəticələri göstərir ki, təklif edilən metod sıxlıq interfeysləri-
nin inversiyasında yüksək praktiki əhəmiyyətə malikdir və yüksək dəqiqlik ve-
rir. Bir şeyi qeyd etmək lazımdır ki, qravitasiya anomaliyası ilə sıxlıq interfey-
sinin inversiyası cazibə potensialı sahəsinin işlənməsi və interpretasiyasında
mühüm rol oynayır. Sıxlıq interfeysləri regional tektonika və neftli-struktur-
larla sıx əlaqəlidir və buna görə də sıxlıq interfeyslərinin dalğalanma və ya
dərinlik dəyişməsinin hesablanması regional tektonik tədqiqatlarda və neft
yataqlarının kəşfiyyatında mühüm rol oynayır. Metodun tarixi haqqında da-
nışdıqda qeyd etmək olar ki, 1973-cü ildə Parker potensial sahə interfeysinin
hesablanmasına Furye transformasiyasını təqdim etdi və buna əsaslanaraq
1974-cü ildə Oldenburq sıxlıq interfeysinin tezlik sahəsinin inversiya meto-
dunu işləyib hazırladı , Furye çevrilməsi sayəsində daha sürətli nəticələr verdi.
Qravitasiya sahəsinin Parker-Oldenburq üsulu ilə inversiya hesablamalar
nəticəsində Abşeron yarımadası üçün Moxoroviç sərhədinin üçölçülü səthi
qurulmuşdur. Səthin dərinliyi 40-46 km arasında dəyişir.