Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə177/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   173   174   175   176   177   178   179   180   ...   356
Kitab Turizm

Abstract: 
The main objective of the research is to explore the possibilities of using Spanish experience 
in the development of tourism market in Azerbaijan which is distinguished for its successful activity in this 
area. It is known that the determination of the direction of application of foreign experience in the tourism 
market of Azerbaijan is considered to be topical today. Progress in Azerbaijan’s tourism market is one of 
the most important issues in the country’s economic strategy. The article explored and analyzed the 
possibilities of using models of Spain applied in rural and social tourism as well as Catalonia tourism and 
the “Paradores” hotel concept in Azerbaijan. 
Key words:
 tourism, tourism model, Azerbaijan tourism market, tourism offer, development 
Turizm bazarı turməhsul istehsal edənlərlə və ya turizm xidməti göstərənlərlə həmin məhsula, eləcə də 
xidmətə tələbatı olan insanların qarşılaşdıqları yerdir. Turizm bazarını xüsusi turist motivasiyası ilə turizm 
məhsulunu almaq istəyən real, potensial turistlərin və turməhsul istehsal edən istehsalçıların iqtisadi
hüquqi və sosial əlaqələrinə əsaslanan bir sistem kimi qəbul etmək mümkündür [6, c. 45]. Burada fəaliyyət 
turizm tələbi və təklifi arasında yaranan münasibətə əsasən tənzimlənir. Məlumdur ki, turizm bazarında 
uğurlu şəkildə fəaliyyətin əsası təqdim olunan cəlbedici turizm təklifindən asılıdır. Bu baxımdan dünya 
ölkələrinin turizm bazarında kəskin rəqabət apardığı müşahidə edilir.
 
Müasir dövrdə Azərbaycanda da turizm bazarının inkişaf etdirilməsi və burada müxtəlif turizm 
təkliflərinin həyata keçirilməsini ölkənin iqtisadi strategiyasının tərkib hissələrindən saymaq olar. Qeyd 
etmək lazımdır ki, turizmin ölkə ÜDM-da payı son illər artmaqdadır. Belə ki, 2017-ci ildə Azərbaycanda 
turizmin ÜDM-un formalaşmasına payı 2756,1 min manat təşkil etmişdir. Bu da ÜDM-un 4,2 %-ni təşkil 
edir. AR Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda turizmin ÜDM-un 
formalaşmasında ümumi payı 2017-ci ildə 14,6 %, yəni 9,667,4 min manat olmuşdur və 2028-ci ildə onun 
18,299,2 min manata çatacağı gözlənilir [8, p. 3]. 
Məlumdur ki, turizmin ölkədə inkişafı strateji hədəf rolunu oynayır və bu rolun qiymətləndirilməsi 
zamanı turizmin məşğulluğun təmin olunmasındakı payına da diqqət yetirilir. 2017-ci ilin statistik 
göstəricilərinə görə turizm 173500 iş yeri təqdim edib. 2028-ci ildə bu rəqəm 246000-a bərabər olacaq. 
Qeyd etmək lazımdır ki, Azərbaycanın turizm bazarında təklif olunan məhsullara ziyarətçilərin çəkdikləri 
xərc 5590,3 min manat olmuşdur. 
Azərbaycanın qəbul etdiyi turistlərlə bağlı statistik məlumatlar aşağıdakı şəkildə (Şək. № 1) veril-
mişdir. Buradan məlum olur ki, 2001-ci ildə qəbul edilən turistlərin sayı 820.0 min nəfər, 2006-cı ildə ondan 
17,6 dəfə çox, yəni 14472,0 min nəfər olmuşdur. 2007-ci ildən başlayaraq ölkəmizə gələn turistlərin sayı 
artaraq, 2012-ci ildə 23440.0 nəfərə çatmışdır [1, s.14].

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin