Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə192/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   188   189   190   191   192   193   194   195   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
152
Baku, Azerbaijan


yaşayan türk birliklərinin bir-birini daha yaxından tanımasına vəsilə olacaqdır. Bu vəziyyət müxtəlif 
mədəniyyətlərin bənzərliyinin tanınması ilə birliyin və əməkdaşlığın gücləndirilməsində son dərəcə 
əhəmiyyətlidir. 
Qərbin diqqətini xüsusilə çəkən İpək Yolu üzərində yer alan ölkələrin turist səyahətlərini planlayarkən 
bir turda bir neçə ölkəni səyahət etmə imkanlarının olmasıdır. Xarici turistə bir paketdə bir neçə ölkəni 
səyahət etmə imkanı təqdim olunsa turistlər üçün cəlbedici paket, yeni İpək Yolu tur paketinin üstünlüyü 
olar. Yeni İpək Yolu ortaq tur paketi proqramını reallaşdırmaq qərarı Qazaxıstan, Türkiyə, Azərbaycan və 
Qırğızıstanı əhatə edirki, bu proqram da turizm sahəsinin inkişafına müəyyən bir ölçüdə pay qatacağı 
düşünülməkdədir. YUNESKO tərəfindən dəstəklənən, Azərbaycanın da iştirak etdiyi İpək Yolu online 
platforması adlı proqram isə 2013-cü ildən etibarən həyata keçirilir. Həmin proqram sayəsində İpək Yolu 
üzərindəki əsas dövlətlər tarixi və mədəni miraslarını virtual aləmdə turistlərə öncədən nümayiş etdirirlər. 
Tarixi dəhlizin bərpası ilə YUNESKO tərəfindən dəstəklənən digər əhəmiyyətli layihələrdən biri “İpək 
Yolu Abidələrinin Ümümdünya İrs Siyahısında Nominasiyası” adı ilə hallanır [6]. Azərbaycanda Qobustan 
qayaüstü təsvirlərinin, İçərişəhər memarlıq kompleksinin bu siyahıda yer alması, zəngin maddi-mədəni irsi 
ilə turizmdə nailiyyətlər əldə etməsinə səbəb olur. 
2014-cü il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Bodrum zirvə görüşündə Azərbaycan, Türkiyə, 
Qazaxıstan, Qırğızıstan rəhbərlərinin razılığı ilə “Müasir İpək Yolu” turizm paketi layihəsini reallaşdırmağı 
qərara aldılar. Dörd ölkə üzrə təşkil olunan turun müddətinin hələlik 14 gün davam etdirilməsi nəzərdə 
tutulur[7]. Bu layihə turizmdə gəlir əldə etməkdən daha çox müasir İpək Yolu xəttinin təbliği funksiyasını 
daşıyır. Bu layihə çərçivəsində turizm iqtisadiyyatında əməkdaşlığın genişlənməsi düşünülür. İstanbuldan 
başlayan turlar Azərbaycan, Qırğızıstan səfərindən sonra Qazaxıstanda yekunlaşır. Müasir İpək Yolu 
turizm paketi layihəsi Naftalan, Gəncə, Şəki, Qəbələ, Bakı şəhərlərini əhatələməklə, turizm imkanlarını, 
mədəniyyəti tanıtmaqla turistlər üçün maraqlı məkan obrazı yaradır. 
İpək Yolunun dünya sivilizasiyalarının inkişafında apardığı rolun əhəmiyyətini nəzərə alaraq 
YUNESKO bu barədə hər il fərqli layihələr həyata keçirir. 2018-ci il bu təşkilat “İpək Yolu diyaloq 
yolunun kompleks tətqiqi” adlı proqramının 30 illiyini qeyd etmişdi. Həmin proqram çərçivəsində İpək 
Yolu marşrut xətləri ilə ekspedisiya təşkil edilib Yaponiya, Çin, Monqolustan, Nepal, Özbəkistan
Azərbaycan, İran kimi dövlətlərdə tarixi yolun elmi mərkəzləri yaradılıb və şəhərlərin turizm 
destinasiyaları baxımından cəlbediciliyi ilə bağlı əsərlər nəşr etdirilib. Azərbaycan İpək Yolu ilə bağlı 
layihə və proqramlara aktiv qoşulmaq və potensialdan faydalanmaq üçün YUNESKO ilə əməkdaşlıq 
fəaliyyətini səmərəli şəkildə təşkil edir. Mütəmadi olaraq Azərbaycanda həyata keçirilən “İpək Yolu 
Beynəlxalq Musiqi Festivalı”, “İpək Yolu Sərgisi” turizm baxımından ölkənin regionda tanıdılması üçün 
üstünlükdür [8]. Onu da qeyd edək ki, hər il “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Azərbaycanda 
fərqli dövlətlərdən olan gənclərin yaradıcılıq fəaliyyət forumlarını və səyahət seminarlarını bir-birləri ilə 
bölüşmələrinə və tanıtmalarına imkan yaradır.
Azərbaycan da daxil olmaqla 34 ölkənin qatıldığı 2010-2017-ci illəri əhatə edən BMÜTT-ın İpək 
Yolu proqramı dövlət və özəl sektor arasında güclü tərəfdaşlıq quraraq, İpək Yolunu bir səyahət markası 
kimi genişləndirdi. Bu proqram sayəsində Turizmdə birlikdə tətqiqat, birlikdə potensialın istifadəsi, tarixi 
marşrutlarda turizmi təbliğ etmək kimi ölkələr arasında müsbət nəticələrə nail olunub. TRASEKA 
beynəlxalq dəhlizi çərçivəsində BMÜTT-ın dəstəklədiyi müasir İpək Yolu proqramına görə İpək Yolu 
beynəlxalq səviyyədə tanınan, birbaşa səyahət təcrübəsidir. Təşkilatın İpək Yolu layihəsi dövlətlərin 
birlikdə təşəbbüsü ilə İpək Yolu marşrutu əhatəsində turizmin davamlı inkişafını təmin etməkdədir. 
Həmçinin layihə Azərbaycanda turizm sektoruna sərvət qazandıran sərmayələrin artırılmasını dəstəkləyir 
və TRASEKA ölkələrini ümumi qazanc üçün qarşılıqlı əlaqədə birləşdirir. Nəticədə, Azərbaycanda İpək 
Yolu turizmdə mədəni münasibətlərin inkişafına və ətraf mühitin yaxşı idarə olunmasına 
istiqamətləndirilərək, subregionda xalqlararası mədəni anlayışı və sülhü inkişaf etdirmək üçün vasitədir. 
Hazırda Azərbaycanda turistlərə təklif olunan ən mükəmməl turizm xidmətləri antik İpək Yolu 
şəhərlərini araşdırmaq, İpək Yolunda YUNESKO-nun Dünya İrsini səyahət etmək, milli festivallara və 
hadisələrə qoşulmaq, incəsənət qalereyaları, muzeyləri ziyarət etməkdir. Bu gün Azərbaycanda BMT-nin 
Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən müəyyənləşdirilən İpək Yolu marşrutu və ya “Miras 
Dəhlizləri” iqtisadi mənfəət, fayda təklif etmək və turizmi inkişaf etdirmək yolu ilə mədəni mübadilə 
keçmək potensialına malikdir. 
Azərbaycanda İpək Yolunun şəhərlərinin mədəni mirası turizm üçün inanılmaz imkanlar yaradır. 
Azərbaycan İpək Yolu proqramına 2010-cu ildə qoşulandan bəri, hədəflərini TRASEKA dəhlizi 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin