insanlardır, ona görə də, məhsulun irəliləməsində (satılmasında) əldə olunan
nailiyyətlərin səbəbi
məhsulun özündən qabaq müştəri ilə səmimi münasibətləri yaratmağı bacaran satıcının intellektindən,
bacarığından, personalın xüsusi keyfiyyətlərindən asılıdır. [7]
Aparılan müşahidələr göstərir ki, alıcılarla əlaqələrin kəsilməsinə səbəb olan hallann 68 %-i
müştəriyə qarşı diqqətsiz və kobud rəftar nəticəsində baş verirsə, 14 %-i məhsulun keyfıyyətinə olan
narazılıqdan doğur. Buradan aydın olur ku müştəri haqqında düşünmək, ona qayğıkeşlik fəlsəfəsi çox
vacib tədbirlərdən biridir. Personal müştəri müəssisəsinə daxil olanda onu xoş məramla və gülər üzlə
qarşılamağı, diqqətlə onun arzu və istəkləri ilə tanış olmağı, problem yaranarsa, ondan çıxış yollannı
tapmağı bacarmalıdır. [6]
Turizm firmalarının marketinq mün
asibətləri daxilində müxtəlif növ alıcı qruplarına qarşı
yaradılan münasibətlər müxtəlif səviyyələrdə ola bilər. Müştərilərlə yaradılacaq münasibətlər aşağıda
verilən səviyyələrdə ola bilər:
Passiv münasibətlər – satış meneceri yalnız məhsulun satışı ilə kifayətlənir;
Həssas reaksiya verən – satış meneceri satışı həyata keçirdikdən sonra mütəriyə hər hansı bir
problem yaranacağı təqdirdə müraciət edə biləcəyini bildirir.
Məsuliyyətli münasibətlər – satış meneceri satışı həyata keçirdikdən sonra alıcı ilə əlaqə
saxlayaraq təəsürratlarını öyrənir.
Aktiv münasibətlər – satış meneceri alıcı
ilə daima əlaqədə olur, ona müəssisə təklifləri
haqqında mütəmadi məlumatlar verir;
Partnyorluq münasibətləri – satış meneceri müştərini sadiq müştəriyə
çevirmək üçün daim
onunla əlaqə saxlayır;
Qısacası, marketinq münasibətləri konsepsiyası alıcıların göstərilən xidmətdən tam olaraq razı
qalmasını hədəfləyir. Nəticələrin faydalılığı məhz alıcının əldə etdiyi məhsul və xidmətdən hansı
dərəcədə razı qaldığı ilə müəyyən olunur.
Turizm Marketinqi: 1975-ci ildə Kanadanın Ottava şəhərində keçirilən Dünya Turizm
Təşkilatının tədbirində bu formada ifadə olunmuşdur. “Turizm marketinqi, bir turist stansiyasının ya
da turizm müəssisəsinin ən yüksək qazanc əldə
etmək məqsədinə uyğun olaraq, turizm məhsulunun
bazarda yaxşı bir yer tutmasını təmin etmək məqsədi ilə turizm tələbinin xüsusiyyətlərini də diqqətə
alaraq turist məhsulu ilə əlaqəli araşdırma, təxmin və şeçim etməyi hədəfləyən və bu mövzularda
alınacaq qərarlarla əlaqəli bir idarə fəlsəfəsidir”.
Turizm marketinqinin hədəfləri: Beynəlxalq turizmin çatdığı həcm baxımından
müasir dövrdə
turizmdə marketinqi əhəmiyyətli edən və lazımlı edən bir neçə səbəb vardır ki bu səbəbləri ölkə,
cəmiyyət və idarə səviyyəsində qiymətləndirmək mümkündür.
a) İdarə səviyyəsində hədəflər
İdarə menecerinin əsas hədəfi, istifadə edəcəyi amillərin miqdarı ilə, məhsul və xidmət miqdarı
arasında ən uyğun əlaqə yaratmaqdır. İdarə səviyyəsində marketinq hədəfləri aşağıdakılardır:
- Müəssisənin istehsal etdiyi məhsul və xidmətlər üçün istək yaratmaq,
- Bazarda rəqabət üstünlüyü təmin etmək,
- Firmanın istehsal etdiyi məhsul və xidmətlərin istehlakçıya aktiv olaraq çatdırılması,
- İstehsal olunan məhsul və ya xidmətlərin daha yaxşı tanıtdırılması,
- Bazar payının qorunması və artırılması və eyni zamanda
yeni daha çox bazarlara girmək,
- İstehlakçıya uyğun yeni məhsul inkişaf etdirmək və mövcud məhsulların istifadəsi daha aktiv
vəziyyətə gətirmək,
- İdarə baxımından maksimum qazanc və satış hədəfinə çatmaq,
- İstehsal fəaliyyətini artırmaq və rentabelli məhsulu inkişaf etdirmək-rentabelsiz
məhsulu tərk
etmək,
- Bazarda daimi araşdırmalar edərək bir tərəfdən istehlakı istək və seçimlərindəki dəyişmələri
izləmək digər tərədən isə bu istəklərə uyğun məhsul inkişaf etdirmək,
- Yeni hədəf qruplarnı müəyyən etmək,
- İdarənin satış gücünü artırmaq, inkişaf etdirmək,
- İstehsalı, paylamanı dogru təşkil etmək,
- Məhsulların bazara uyğunluğunu
təmin etmək ,
- Rəqiblərlə bazarda mübarizə aparmaq.
b) Ölkə səviyyəsində hədəflər
Dostları ilə paylaş: