olaraq həyata keçirirlər. Odlar yurdu Azərbaycanda tolerantlıq mühitinin yaranmasında İslam dininin
böyük təsiri olmuşdur. Çünki, islam dinində dözümlülük mənəvi dəyər
və mədəniyyət kimi qeyd
olunur. Tarixin bütün dövrlərində İslam dininin tərəfdarı olan müsəlmanlar digər dinlərə səmimi
yanaşmış və bu dinlərə etiqad edən insanlara qayğı göstərmişdir. Belə ki,
digər dinə mənsub olan
şəxslər üçün ibadət ocaqlarının tikilməsində, dini ayinlərinin azad şəkildə həyata keçirilməsində onlara
yardımçı olmuşlar. Ona görə də ölkəmizdə başqa dinlərə etiqad edən müxtəlif azsaylı xalqlara təsadüf
olunur. Azərbaycan ərazisində yeni eranın başlanğıcında xristianlıq dini yayılmışdır. İlk xristianlıq
kilsəsi də Şəki rayonunun Kiş kəndində tikilmişdir. 313-cü ildə isə xristianlıq
dövlət dini kimi elan
edilmişdir. Bu dövr Roma imperatorunun xrsitianlığa etiqada olan qadağanın götürülməsi ilə eyni
dövrə təsadüf edir. Alban hökmdarı olan Urnayr bu qadağa götürüldükdən sonra xristianlığı
dövlət
dini kimi elan etmişdir. Xristianlıq elə bu dövrdən başlayaraq Azərbaycanda yayılmışdır.
XIX əsrin 40-cı illərində Bakı şəhərində tikilmiş “Mixail-Arxangel” pravoslav kilsəsi qədim kilsələr-
dən biridir. Bu kilsə Rusiya Könüllü Donanmasının və Polkunun şefinin şərəfinə tikilmişdir. Ona görə də
bu kilsəyə əvvəllər “Donanma kilsəsi” də deyilirdi. Pskov memarlıq üslubu ilə inşa olunan kilsədə müxtəlif
dini ikonalar vardır. Bu ikonalar içərisində iki ikona daha çox diqqəti cəlb edir. Bunlardan Yaşaran İlahi
Ana ikonası və Müqəddəs Mitropolit Moskovskiy Aleksiy daha məhşurdur və buraya gələn turistlərin
diqqətini daha çox cəlb edir. Kilsə 1936-cı ildə yataqxana kimi istifadə olunmuşdur və bu dövrlərdə burada
ibadət olunmurdu. 1946-cı ildə yenidən kilsə Rus Pravoslav kilsəsi nəzdində fəaliyyət göstərməyə başladı.
1887-ci ildə Gəncə şəhərində “Aleksandr Nevski” pravoslav kilsəsi tikilmişdir. Bizans memarlıq
üslubunda kərpicdən tikilən bu kilsənin inşası yerli müsəlman və pravoslavların ianələri hesabına
olmuşdur. Sovet hakimiyyəti illərində kilsə bağlanır. Bağlanmazdan əvvəl isə Baş Kilsə statusunu almışdır.
Bu kilsə də 1946-cı ildə yenidən din xadimlərinin ixtiyarına verilir. Kilsədə bir çox ikonalar vardır.
Bunların içərisində Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena ikonaları xüsusilə seçilir. Kilsədə
əsas ibadət günləri şənbə və bazar günləridir. Bundan başqa bu kilsədə pravoslav bayramlarında da ibadət
edilir.
Nəticə
Belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında dini turizmin inkişafı üçün hər cür şərait
vardır. Həm İslam dininə, həm də digər dinlərə məxsus olan abidələr turizm üçün olduqca əhəmiyyətlidir.
Hələ qədim zamanlarda Azərbaycan ərazisi müxtəlif xalqların, etnik və dini qrupların
rahat şəkildə
yaşadıqları bir məskən olmuşdur. Bunun səbəbi torpaqlarımızın təkcə əlverişli mövqedə olması deyil, eyni
zamanda burada mövcud humanizm ənənələri ilə sıx bağlıdır.
Bu günkü günümüzdə əsası Ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin
Respublikamızın prezidenti İlham Əliyev cənabları tərəfindən davam etdirilməsi
burada yaşayan milli
azlıqların və azsaylı xalqların rahat, sərbəst yaşamasına və dini tarixi abidələrə xüsusi qayğının
göstərilməsinə səbəb olmuşdur.Dini abidələrə göstərilən qayğını burada aparılan təmir və bərpa işləri bir
daha sübut edir.
Dini turizmin Azərbaycanda daha da yaxşı inkişaf etdirilməsi üçün turizm şirkətləri və turoperatorlar
ekskursiya proqramlarına dini obyekləri daha çox daxil etməlidirlər. Əhalinin maariflənməsi,
abidələrin
tanıdılması məqsədilə KİV-də, internet portallarında, turizm saytlarında daha çox məlumatlar verilməli,
abidələr broşurlar,
metodik vəsaitlər, turist kitabçaları çap edilməlidir. Əcnəbi turistlərin bu məlumatları
əldə edə bilməsi üçün həmin materiallar müxtəlif dillərə tərcümə olunmalıdır.
Dostları ilə paylaş: