Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə53/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   49   50   51   52   53   54   55   56   ...   356
Kitab Turizm

Key words:
recreational resources, economic region, historic and cultural resources, tourism 
destinations, natural resources. 
 
 
Giriş 
Ölkəmizin təbii və tarixi-mədəni rekreasiya ehtiyatları ilə zəngin olan səfalı bölgələrindən biri də 
Dağlıq Şirvan turizm bölgəsidir. Böyük Qafqaz vilayətinin Şamaxı və Qobustan-Abşeron rayonları 
ərazisində yerləşən bölgə Böyük Qafqazın cənub yamacı Girdimançay dərəsindən şərqə doğru xeyli 
genişlənib Şamaxı-Qobustan sahəsini əmələ gətirir. Səhəsi 6,06 min km
2
olmaqla Respublika 
ərazisinin 7%-ni təşkil edir. Əhalisi isə ümumi ölkə əhalisinin 3.2%-ni təşkil etməklə 310 mindən 
artıqdır. Buraya Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonları daxildir [1, s.6]. 
Əsas hissə 
Bölgəyə daxil olan rayonlardan biri Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində, 
Respublikamızın şərq hissəsində, Bakıdan 101 km məsafədə yerləşən Qobustan rayonudur. Qobustan 
sözü “qobu” (türk mənşəli söz olub, qurumuş geniş çay vadisi deməkdir) və “stan” (yer) sözlərinin 
birləşməsindən yaranmış və qobuluq və ya qobular olan yer deməkdir. İnzibati rayonunun ərazisi 
dağlıq sahə olmaqla mürəkkəb relyefə malikdir. Ərazisi oroqrafik quruluşuna görə dağlıq yayla, təpəli 
öndağ və düzənlik olmaqla 3 yerə bölünür. Rayonunun çox hissəsi düzənliklərlə əhatə olunduğundan 
günəşli günlərin də miqdarı çox olur. Rayonda yayı quraq keçən mülayim isti iqlim səciyyəvidir. 
Rayon ərazisində 50-dən artıq quru çay və çay dərələri (qol) vardır. Qobustan rayonundakı çayların 
minerallaşma dərəcəsi 1000 mq-dır. Sumqayıt (155km), Ceyrankeçməz (100 km) çayları rayonun əsas 
çaylarıdır. Cəngi kəndindən şərqdə hələ də izləri olan və mənbəyini 2400 m yüksəklikdən götürən 
Pirsaat çayının suyundan bir neçə yaşayış məntəqəsi, o cümlədən Süptü kəndində suvarma və məişətdə 
istifadə olunur. 
İnzibati rayonunun şimal və şimal-qərbi həmçinin mineral bulaqları ilə da zəngindir. Xilmilli, 
Nabur, Cəyirli, Sündü, Çalov, Çuxalı, Təklə və s. kəndlərində müalicə məqsədilə istifadə olunan 
mineral bulaqlara rast gəlmək mümkündür.
Qobustan rayonu dedikdə, ilk ağlımıza gələn palçıq vulkanları olur. Rayonun relyefində palçıq 
vulkanları xüsusi xarakterə malikdir. Ərazidə Ərəbqədim, Nabur, Şeyxzərli, Kolanı, Hilmilli 
(Xilmilli), Qoduqqıran, Cəyirli, Şorsulu kimi təbii halda mövcud olan palçıq vulkanları vardır. Hər il 
minlərlə turist bu vulkanları görmək və müalicəvi məqsədlərlə istifadə etmək üçün buraya gəlir. 
Rayonunun tarixi ticarət yollarının üzərində yerləşməsi onun təbii rekreasiya ehtiyatları ilə yanaşı 
tarixi-mədəni abidələrlə də zəngin olmasına gətirib çıxarmışdır. Rayonun tarixi-mədəni abidələri 
sırasında Nabur kəndi ərazisində yerləşən Növur qala, Cəyirli kəndi ərazisində Govurqala, Şıxlar 
kəndi ərazisindəki Cavanşir qalası, Bədəlli kəndi ərazisində yerləşən Qalacıq, Kolanı kəndi ərazisində 
Qalacıq, Poladlı kəndi ərazisindəki Kühül qaya evlər, Nabur kəndi ərazisində yerləşən Pir Abdulkərim 
türbəsi, XIV əsr aid olan Sofu Həmid türbəsi, XVI əsr abidəsi «Qaraçı» karvansarası, XVII əsr 
yaradılmış Şeyx Əyyub türbəsi, VIII- IX əsr aid olan Şeyxbərgü abidələri, Şıx düzü kurqanları, 1961-
ci ildə aşkar edilmiş, Dağ Kolani kəndində yerləşən və b.e.ə. VIII-I əsrlərə aid qədim insan 
məskənlərinin qalıqları, Şah Abbas karvansarayının qalıqları və s. qeyd etmək olar[4]. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin