Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə57/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   53   54   55   56   57   58   59   60   ...   356
Kitab Turizm

3-4 May 2019
41
Baku, Azerbaijan


mərkəzində yerləşir. Rayon ərasizisi tariximizdə mövcud olmuş ən uzun müddətli dövlətlərdən biri 
olan Albaniyanın (e.ə.IV-eramızın VIII əsrləri) tərkibində olmuşdur. Rayonun adı “su meyilli” yəni 
dağlar arasında yerləşməsi səbəbilə su yığılan yer deməkdir. Hətta yaşlı əhali İsmayıllını hələ də “su 
meyilli” adlandırır. Rayon kimi 1931-ci il 24 noyabr tarixində təşkil olunmuş İsmayıllının inzibati 
mərkəzi ilk zamanlar Basqal kəndi daha sonra isə İsmayıllı şəhəri olmuşdur. Bakıdan 185 km 
məsafədə yerləşən İsmayıllı rayonu Bakı-Balakən, yəni şimal-qərb marşrutuna daxildir. 
Relyefi əsasən dağlardan ibarət olan İsmayıllı rayonunun çox hissəsini dağətəyi və orta dağlıq 
qurşaq, şimal hissələrini isə yüksək dağlıq qurşaq əhatə edir. Əsasən subtropik və qismən də mülayim 
iqlim qurşağında yerləşir. 
Müaliyim iqlimə, əlverişli coğrafi şəraitə, füsunkar gözəlliyə sahib təbiəti olan İsmayıllı şimal-
qərb marşrutu üzərində olan və təbii rekreasiya ehtiyatları ilə zəngin olan bölgələrimizdən biridir. 
Rayonda olduqca gözəl mənzərəsi olan meşəli dağlar, qayalar, çaylar, göllər, şəlalər, mineral su 
bulaqları mövcuddur. Rayon ərazisində axan və əhali tərəfindən suvarma işləri üçün geniş şəkildə 
istifadə olunan çaylara Göyçay, Girdiman, Ağsuçayı, Pirsaatçay, Axoxçay, Lahıcçay, Müdürsəçay, 
Əyriçay kimi çaylar və saysız-hesabsız qolları adi edilir. Rayon ərazisində hündürlüyü 50 m olan və 
Şahdağ Milli Parkı ərazisində yerləşən Qalacıq, hündürlüyü 50 m olan Burovdal, hündürlüyü 25 m 
olan İstisu, hündürlüyü 30 m olan Çayqovuşan və hündürlüyü 25 m olan Müdrüsə, Pirbənövşə kimi 
eyni adlı kəndlər yaxınlığında yerləşən şəlalələr vardır. Heyrətamiz gözəlliyə sahib olan bu şəlalələr 
yay aylarında təbiət qoynunda dincəlməyi sevən yerli və xarici turistlərin istirahəti üçün ən mükəmməl 
məkanlardandır. Rayonunun təbii rekreasiya ehtiyatları incilərinə həm də Babadağ yaxınlğındakı dəniz 
səviyyəsindən 3500 m yüksəklikdə yerləşən üç yanaşı təbii göl, o cümlədən gözəl mənzərəli, suyu göz 
yaşı kimi dupduru olan Qaranohur gölü, Kürdmaşı və Aşıqbayramlı kəndləri yaxınlığındakı 2 süni göl 
də daxildir. Gözəl mənzərəli bu göllər balıq tutmağı sevən balıq ovu həvəskarları üçün çox münasib 
yer hesab olunur [2, s.276]. 
Azərbaycanın, o cümlədən Dağlıq Şirvan bölgəsinin mineral sularla zəngin rayonlarından biri də 
məhz İsmayıllı rayonudur. Rayon ərazisində müalicəvi əhəmiyyəti düyna şöhrətli alimlər tərəfindən 
yüksək qiymətləndirilmiş, Diyallı, Gəndo, Bədo, Həftəsiyab, Namazgah, Qalacıq, Basqal, Lahıc, 
Zərgəran kəndlərində yerləşən, sulfatlı, kalsiumlu, maqneziumlu, hidrokarbonatlı və kükürdlü suyu 
olan təbii mineral su bulaqları vardır. Mineral bulaqların suyundan bir çox xəstəliklərin müalicəsi üçün 
istifadə etmək olar.
İsmayıllı Dövlət Təbiət Yasaqlığı 1981-ci il 1 iyun tarixində yaradılmış İsmayıllı Dövlət Təbiət 
Qoruğu ərazisində fəaliyyət göstərir. Qoruq təbii meşə kompleksi, qiymətli meşə bitkiləri nümunələri, 
nəsli kəsilmək təhlükəsi altında olan flora və faunanın qorunması, çoxaldılması və öyrənilməsi, torpaq 
örtüyünü zənginləşdirmək, qorumaq, ekoloji tarazlığı təmin etmək məqsədilə Böyük Qafqazın cənub 
yamacının mərkəzi hissəsində, 600-2500 metr yüksəklikdə yaradılmışdır. Ölkə Prezidenti İlham 
Əliyevin 8 dekabr 2006-cı il tarixli Sərəncamı ilə İsmayıllı DTQ Şahdağ MP-nın ərazisinə daxil 
edilmişdir. Milli Parkın 37146 ha sahəsi rayon ərazisində yerləşir [3, s.237]. 
İsmayıllı rayonunun qədim tarixini özündə əks etdirən, turistlərə rayon haqqında, o cümlədən 
onun keçmişi barədə geniş təsəvvür yaradan çoxlu sayda arxeoloji və tarixi-memarlıq abidələri var. 
Rayonun Kürdüvan kəndi yaxınlığındakı naməlum şəhər xarabalığı maraqlı arxeoloji abidələrdəndir. 
Xarabalığın tarixi erazmızın I əsrinə gedib çıxır. Burada aparılan çoxsaylı tədqiqat işləri nəticəsində 
şüşə qablar, kaşılar, saxsı məmulatları, qala divarları, bir çox qəbir abidələri, daş və bişmiş kərpicdən 
inşa olunmuş bina və s. aşkar edilmişdir.
Qalacıq kəndi ərazisində I-V əsrlərə aid yaşayış yeri və küp və təknə qəbirlər, Mollaisaqlı 
kəndindəki eramızından əvvəl III-I əsrlərə aid edilən qədim yaşayış yeri və qəbiristanlıq, İsmayıllı 
kəndi yaxınlığındakı VII-VIII əsrə aid Həzrə qəbiristanlığı və s. arxeoloji abidələr rayon ərazisində 
qədim zamanlardan bəri yaşayışın mövcud olduğunu sübut edir. 
Rayon ərazisində 230-dan artıq tarixi-mədəni abidə qorunub saxlanılır. Talıstan kəndi 
yaxınlığında yerləşən VII əsrə aid edilən Cavanşir qalası, Xanəgah kəndindəki Qız qalası, Sulut 
kəndində yerləşən və adı ilə bağlı bir çox rəvayətlər olan Fitdağ qülləsi (XVIII əsr), həmin kənd 
ərazisindəki Haram qalası, Xankəndində yerləşən, XII-XIII əsrlərə aid olan Xan qalası, Qalacıq 
kəndindəki Qasımxan qalası, Pirərdəbil kəndindəki XIX əsrə adi Gümbəz, Basqal kəndi ərazisində 
XVII əsrə aid edilən məscid, Lahıc qəsəbəsindəki XVIII əsrə aid Bədöyün, 1791-ci ildə inşa olunmuş 
Zəvəro məscidi, Ağoli məscidi, Ərəgit kəndi yaxınlığında yerləşən və XIX əsrə aid olan Aşağı və 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin