Ölkədə aparılan məqsədyönlü işlərin nəticəsi olaraq hər sahədə oduğu kimi turizm sahəsində də xeyli
əhəmiyyətli dəyişikliklərin olması və turizm infrastrukturunun müasir standartlara uyğun inkişaf etməsi
müşahidə olunmaqdadır. Dövlət tərəfindən qeyri neft sektorun inkişafına artan diqqət və qayğı
əhali
arasında turizm sektorunun inkişafına səbəb olmuş, xüsusəndə region əhalisi daha çox bu sahəni inkişaf
etdirməsinə marağlıdır və regionların mövcud coğrafi vəziyyəti, təbiəti, iqlim şəraəti və ətraf mühütü də
buna imkan verir (1). Ölkə ərazisinin 11 faizi meşə, 60 faizi isə dağlıq ərazi olduğundan turizmin inkişafı
üçün yeni imkanlar açır. Yüksək dağlıq ərazilərdə qış fəsilinin qarlı, yay aylarının mülayim hava şəraiti,
dağətəyi ərazilərdə sıx meşələrin füsunkar gözəlliyi və dənizkənarı çimərlik ölkə daxilində turizmin
formalaşıb inkişaf etməsinə stimul verir və tezliklə ölkə iqtisadiyyatın ən
vacib sahələrindən birinə
çevirəcək.
Turizm sahəsində dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında 2002-2005 ci
illərdə turizmin inkişafı üçün Dövlət Proqramı” və ardıcıl həyata keçirilən bir neçə “Regionların sosial-
iqtisadi inkişafı üzrə Dövlət Proqram” ları regionlarda zəngin infrastrukturun qurulmasına və ölkəmizin
beynəlxalq turizm bazarına inteqrasiyasının təməlinin qoyulması üçün yeni imkanlar yaratdı.
2011- ci ili Azərbaycandan “Turizm ili” elan olunması ilə turizmin müxtəlif sahələrində inkişafa nail
olunmuş, turizmdə xidmətin keyfiyyəti yaxşılaşmış, turizmin sahələri üzrə kadırlar hazırlanmış və region-
larda turizmin inkişafı üçün strateji yol xəritəsi planlaşdırılmışdır. Həmdə bazar iqtisadiyyatın tələblərinə
uyğun olaraq ölkə daxilində turizm bu sahəyə olan artan təlabata və əhalinin gəlirlərinə nəzərən təşkil
olunur. 2015-ci ilin statistik hesabatlarına nəzər saldıqda Azərbaycan Respublikası üzrə 536 mehmanxana
və mehmanxana tipli müəssisə fəaliyyət göstərmişdır. Umumilikdə həmin müəssisələrin birdəfəlik tutumu,
(yeri) 37278 olmaqla 17953 nömrə xidmət göstərmişdir. Həmçinin yerli və xarici turistlər üçün səyahət və
turların təşkili məqsədilə 243 səyahət agenti və turoperatorlar da qeydə alınmışdır (2).
Hazırda turizm yaratdığı gəlirə görə neft və avtomabil sənayəsindən sonra dünyada üçüncü yeri tutur.
Turizm cəmiyyətin
mənəvi dəyəri olmaqla gəzmək, istirahət etmək və əylənmək kimi təlabatı əsasında
formalaşır. Nəzərə alsaq ki, turizm əhalinin müəyyən vaxt müddəti ərzində, planlaşdırılmış şəkildə yerinin
dəyişməsi kimi qəbul etsək, onda ölkə daxilində turizmin inkişafı regionların təklif etdiyi əmtəə və
xidmətlərin keyfiyyətindən daha çox aslıdır (3). Təklif olunan əmtəə və xidmətlərin keyfiyyəti və
qiymətləri, tələbin yəni əhalinin gəlirləri və zövqləri ilə uyğunlaşarsa, turizm daha da inkişaf edib genişlənə
bilər. Regionların coğrafi qurluşu və göstərilən xidmətlərin müxtəlifliyi daxili turizmin iqtisadi potensialın
yüksək olduğunu bir daha təsdiqləyir.
Azərbaycanda turizm sahəsi ilə bağlı BMT-nin İnkişaf Proqramının layihəsi
çərçivəsində keçirilən
sorğunun maraqlı nəticələri artıq xaricilərin ölkəmizə diqqətinin artdığını göstərir. BMT-nin İnkişaf
Proqramının "Turizm xidmətlərindən istifadə ilə bağlı tədqiqat" layihəsi çərçivəsində aparılan araşdırma
Azərbaycanda sırf turizm bölgəsi kimi tanınan və üstünlük verilən rayonlarla bağlı olub. Sorğu zamanı
ölkənin turizm xəritəsini ortaya çıxarmaq məqsədilə respondentlərdən ən çox üç rayonun Quba, Qəbələ və
İsmayıllı rayonları turizm rayonu kimi qeyd edilməsi diqqətə çatdırılıb. Turizmin inkişafı üçün amillərin
zənginliyi Quba rayonunda daha çoxdur (53.3 faiz). Azərbaycanın iqtisadi rayonları üzrə turizm xəritəsini
müəyənləşdirdikdə məlum olur ki, Bakı-Xaçmaz turizm marşurutu üstündə yerləşən Quba-Xaçmaz iqtisadi
rayonu beynəlxalq turizm mərkəzlərinin və dağ turizm bazasının yaradılmasında böyük əhəmiyyətə
malikdir (4).
Quba – Xaşmaz rayonunun böyük kurort-rekreasiya ehtiyatlarından, müalicə əhəmiyyətli mineral
bulaqlarından səmərəli istifadə onun iqtisadiyyatının inkişafına əsaslı təsir göstərə bilər. İqtisadi rayonun
çox əlverişli coğrafi imkanları olması turizmin inkişafı üçün hərtərəfli imkanlar açır. Regionda mövcud
olan qədim yaşayış məskənləri, fərqli dinlərə ibadət edən, zəngin adət - ənənələri, müxtəlif mədəniyyətləri
olan çoxlu sayda azsaylı xalqlar yaşayırlar və öz dadlı ( yerli ) mətbəxtləri ilə
yerli və xarici turistlərin
bölgəyə cəlb edilməsində və bunun vasitəsilə yeni iş yerlərinin açılmasında, yoxsulluq səviyyəsinin aşağı
salınmasında rayonun iqtisadi həyatında böyük əhəmiyyət kəsb edir. İqtisadi rayon ərazisinin coğrafi
qurluşun görə də fərqliliyi yəni yüksək dağlıq, orta dağlıq, dağ ətəyi və düzən olması həmçinin dənizkənari
ərazilərin də olması turizmin bütün sahələr üzrə inkişaf etməsinə şərait yaradır.
Quba-Xaçmaz iqtisadi rayonu insanlarda estetik zövq, xoş əhval ruhiyyə yaratmaq, müalicə sağlamlıq
baxımından böyük əhəmiyyət kəsb edən amillərə, təmiz hava,
könül açan çəmənliklər, çay dərələri,
şəlalələr, çəmənliklər, əlverişli iqlim şəraiti, müalicə
əhəmiyyətli mineral sular, idman və ovçuluq üçün
əlverişli şərait və digər kurort-rekresiya ehtiyatları ilə zəngin olduğundan daxili və xarici turizmin regional
və beynəlxalq səviyyədə inkişafı və turizm mərkəzlərin yaradılması üçün geniş perespektivlərə malikdir.
Dostları ilə paylaş: