Tourism and recreation in the XXI century: problems and prospects


Cədvəl 2.Turizm üçün xarakterik sahələr üzrə əsas göstəricilər



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə88/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   84   85   86   87   88   89   90   91   ...   356
Kitab Turizm

 
Cədvəl 2.Turizm üçün xarakterik sahələr üzrə əsas göstəricilər 
İllər 
Çalışan işçilərin 
sayı, nəfər
Yaradılmış əlavə dəyər, 
milyon manat
Əlavə dəyərin ölkənin ümumi daxili
məhsulunda xüsusi çəkisi, faizlə
İnvestisiyalar,
milyon manat
2012 
38 839 
1 478,2 
2013 
40 892 
2 080,2
3,6
1 371,0
2014 
41 886 
2 404,2
4,1
2 204,0
2015 
49 449 
2 437,3
4,5
1 063,9
2016 
43 477 
2 746,1
4,5
363,0
2017 
46 837 
3 151,0
4,5
267,3
Aqroturizm təsərrüfatlarında yaradılan yüksək səviyyəli şərait əcnəbilərin də diqqətini kəndə cəlb 
edər. Əcnəbi turistlərin axını gənclərimizin xarici dilləri öyrənmələrinə zərurət yaradar. Bütün bunlar 
da əmək ehtiyatlarının və regionun iqtisadiyyatının diversifikasiyasına gətirib çıxara bilər. 
Şəkil 3.
İstehsal və gəlirlərin yaranması hesabı ilə kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıqda və
turistlərin yerləşdirilməsi, ictimai iaşədə əlavə dəyərin, cari qiymətlərlə illər üzrə dəyişməsi. 
Rayonlarda aqroturizmin kəndin və kənd təsərrüfatının malik olduğu resurslardan istifadə edərək 
əlaqəli şəkildə inkişafı fərdi sahibkarlıq vərdişlərinin aşılanmasına, kənd yerlərində kommunal
kommunikasiya xidmətlərin inkişafına, əhalinin, xüsusilə gənclərin və qadınların məşğulluğunun 
artırılmasına nail olmaq mümkündür. Bu işdən kənd evi sahibləri, turistlərə birbaşa xidmət göstərən 
(məsələn, bələdçilik, nəqliyyat, ov və s.) digər kənd sakinləri, turistlərin ehtiyaclarını ödəmək üçün 
ərzaq və suvenir hazırlayan xidmət sahələri də fayda əldə edərlər. Aqroturizmin (mikro və makro 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
69
Baku, Azerbaijan


səviyyədə), məşğulluq, yerli ərzaq məhsulları, təhsil, kənd şəhər inteqrasiyasının, mədəni irs və kənd 
landşaftının qorunması kimi əhəmiyyəti vardır.
Azərbaycanda bu forma turizmin inkişafı üçün bütün şərtlər var, sadəcə olaraq əlaqədar 
təşkilatların birgə səyi ilə aqroturizmin inkişafına nail olmaq mümkündür.
Düşünürük, aqroturizmin inkişafı Azərbaycanda regionların inkişafının istənilən perspektiv 
planlarının təbii və ayrılmaz elementi olmalıdır. Çox inanmaq istərdik ki, sadalanmış əlverişli 
imkanlar diqqətdən kənarda qalmayacaq və yaxın zamanlarda biz aqroturizm ideyalarının Azərbaycan 
Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan
 
Respublİkasının
 
Dövlət Turizm Agentliyinin,
 
Mədəniyyət 
Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, həmçinin regionların 
icra hakimiyyətlərinin yardımı ilə həyata keçirilməsinin şahidi olacağıq. Dərk etmək vacibdir ki, 
aqroekoturizm nəinki ölkəyə səyahətçiləri cəlb edəcək, insanlara sevinc bəxş edəcək, həm də dövlətin 
və xalqımızın rifahı naminə işləyəcək.
Nəticə 
Kəndin və kənd təsərrüfatının sosial-iqtisadi inkişafında aqrotourizm aşağıdakı mühün təsirləri olar: 
Yaxşı təşkil edilmiş aqroturizm əhalinin az ödənişi hesabına keyfiyyətli istirahət və sağlamlığın 
bərpası imkanını yaradar, yeni məşğulluq sahələri hesabına kənd yerlərindən miqrasiyanı azaldar, ailə-
kəndli, fərdi sahibkarlıq, adət-ənənə davamlı inkişaf edər. Odur ki, yerli iqtisadiyyatın və ənənəvi kənd 
təsərrüfatı təcrübəsinin inkişafı üçün aqroturizmin inkişaf strategiyasının hazırlanması məqsədəuyğun olar. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin