Kənd təsərrüfatında, kənd yerlərində və əlaqəli sahələrdə COVID-19 təsirinin azaldılması
“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” ENI 2019/409-167(EC) Layihəsi: 5 saylı Məlumat vərəqəsi, 10 İyul, 2020-ci il. Layihə Avropa İttifaqı tərəfindən maliyələşdirilmiş və FAO tərəfindən icrası həyata keçirilir.
Giriş. Hazırda COVID-19 pandemiyasının təsiri XXI əsrin ən böyük qlobal sosial - iqtisadi və digər problemlərinə çevrilməkdədir.Bu, insanların həyatına, dolanışığına, ərzaq təhlükəsizliyinə və qidalanmasına, qida təchizatı zəncirlərinə, əkinçilik təcrübəsinə və bazarlara təsir göstərir və təəssüf ki, kiçik sahibkarlar, qadınlar, gənclər və yoxsul ev təsərrüfatları daxil olmaqla digər insanlara xüsusilə qloballaşan və mürəkkəb logistika səbəbindən beynəlxalq ticarətə güclü təsir göstərməkdədir.Covid-19 pandemiyasının dalğasının qarşısının alınması və təsirinin azaldılması tədbirlərinin icrasına ehtiyac duyulur. Bunlardan biri, təsərrüfat subyektlərinin logistika obyektlərinə və bazarlara daxil olma ehtimalı barədə vaxtında məlumat vermək və daha səmərəli maddi-texniki təminat təmin etməklə yerli ərzaq dəyər zəncirinin yaxşılaşdırılmasına təcili ehtiyacdır. Uzun və qloballaşan qida zəncirləri ilə müqayisədə, əsas nəticələr onu göstərir ki, yerli bazarların böyük əksəriyyətini təşkil edən ailə təsərrüfatı - ölkədə əhalinin istehlak etdiyi qida məhsullarının əsas hissəsini təmin edir. Həmin fermerlərin və digər məhsul istehsalçılarının birlikdə səyləri və dövlətin dəstək tədbirləri çətinliklərin öhdəsindən gəlmək və insanlara sabitlik təmin etmək üçün ilk mənbədir.
Əsas məqamlar:
Hökümətin əhaliyə sosial və sağlamlıq dəstək tədbirləri
COVID-19 pandemiyası zamanı dünya miqyasında geniş və yerli kənd təsərrüfatına dair yaxşı təcrübələr
Məhsul yığımı dövründə fermerlərin qarşılaşdığı çətinliklər
Avropa İttifaqının maliyələşdirdiyi və FAO tərəfindən icra olunan “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” Layihəsi çərçivəsində fermerlər və əkinçilik xəbərləri