5.6.3. Bütün metal aparatlar, çənlər, neft kəmərləri, qaz
xətləri, doldurma – boşaltma qurğuları, içərisində asan alışan
(AAM) və yanar mayelər (YM) olan qurğular, binanın daxilində
və xaricində yerləşməsindən asılı
olmayaraq, yerləbirləşdiril-
məlidir.
5.6.4. Sexlərdə, bina xaricində yerləşdirilmiş qurğularda,
estakadalarda və s. quraşdırılmış avadanlıq və boru kəmərləri
bütün uzunluqları boyunca arası kəsilməyən zəncirvari şəkildə
yerləbirləşdirici qurğulara qoşulmalıdır.
5.6.5. Tək (ayrıca) quraşdırılmış tutum, aparat və aqre-
qatların fərdi yerləbirləşdiricisi olmalı və ya onlar ayrı-ayrılıqda
aparatın yaxınlığından
keçən ümumi yerləbirləşdirmə
magistral xəttinə qoşulmalıdırlar.
Bir neçə yerləbirləşdirici aparatın,
aqreqat və boru kə-
mərlərinin yerləbirləşdirmə xəttinə ardıcıl qoşulması
qadağandır.
5.6.6. Işçi heyətin sənaye tezlikli elektrik cərəyanı
zədələnməsindən və ya ildırımdan
mühafizəsi üçün nəzərdə
tutulmuş yerləbirləşdirici qurulaşlardan
statik elektrik
yüklərinin ötürülməsi üçün istifadə edilə bilər.
5.6.7. Yalnız statik elektrik
yüklərinin ötürülməsi üçün
nəzərdə tutulmuş yerləbirləşdirici quruluşların müqaviməti 100
Om-dan çox olmamalıdır.
5.6.8. AAM və YM-lər doldurulub-boşaldılan avtosistern-
lər və vaqon-sisternlər doldurma-boşaltma əməliyyatından qa-
baq və bu əməliyyat aparılan müddətdə yerləbirləşdirmə quru-
luşuna qoşulu olmalıdır. Yerləbirləşdirici keçirici (naqil) kimi en
kəsiyi 16 mm
2
-dan az olmayan elastik (çox damarlı) mis məf-
tildən istifadə edilməlidir.
Keçiricilər avtosisternlərin və vaqon sisternlərin gövdələ-
rinə (korpusuna) bolt vasitəsilə etibarlı birləşdirilməlidir. Yerlə-
birləşdirmə pozularsa qüsur aradan qaldırılana qədər
doldurma-boşaltma əməliyyatı dayandırılmalıdır.
371
5.6.9. AAM-in və YM-in çənlərə,
sisternlərə və qablara
sərbəst düşən şırnaqla doldurulması qəti qadağandır. Onların
tutumlara vurulması və doldurulması bu tutumlardakı mayenin
səviyyəsindən aşağı, tutumlar boş olduqda isə rezin şlanqın
ucu tutumun dibindən 0,2
m məsafədən çox olmayan
səviyyədə saxlanılmaqla aparılmalıdır.
5.6.10. Çənlərin buxara verilməsi üçün nəzərdə tutulmuş
rezin şlanqların metal ucluqları şlanqın xaricindən və ya daxi-
lindən keçirilmiş (dolanmış) elastik çoxdamarlı (telli) mis məftil
vasitəsilə yerləbirləşdirilməlidir. Yerləbirləşdirici məftilin digər
ucu buxar ötürən kəmərin metal hissəsinə birləşdirilməlidir.
Şlanqın ucluqları zərbədən qığılcım verməyən mis, tunc və s.
materialdan olmalıdır.
Dostları ilə paylaş: