-giriş özübağlanan qaz buraxmayan 1 zonası
istiqamətində açılan qapılardan yerinə yetirilirsə;
-ventilyasiya 0 zonasına nisbətdə izafi təzyiqi təmin
edirsə;
-idarəetmə postunda, daimi növbətçilik təşkil olunmaqla,
ventilyasiya dayandıqda, dərhal işə düşən siqnalizasiya sistemi
nəzərdə tutulubsa (varsa).
5.8.10. Bilavasitə 0 zonası ilə əlaqəsi olan bağlı otaq aşa-
ğıdakı şərtlərlə partlayış təhlükəsiz hesab oluna bilər:
-giriş, bufer hava mühiti əmələ gətirən (hava axını ventil-
yasiya vasitəsilə vurulur), ikiqat, özübağlanan, qaz
buraxmayan qapılardan yerinə yetirilirsə;
-ventilyasiya partlayış təhlükəli sahəyə (otağa) nisbətdə
izafi təzyiqi təmin edirsə;
-idarəetmə postunda, daimi növbətçilik təşkil olunmaqla,
ventilyasiya dayandıqda, dərhal işə düşən siqnalizasiya sistemi
olduqda.
Asan alışan və yanar mayelərin nəql edildiyi boru kəmər-
lərinin ancaq ayrı-ayrı
hissələri otaqlardan keçirsə, orada
birləşdirici flanslar yoxdursa,
borular divarlardan gilizlərdə,
kipləşdirilmiş halda çəkilmişsə və partlayış təhlükəli qatışıqların
otaqlara daxil olmasını istisna edirsə, həmin otaqlar partlayış
təhlükəsiz hesab edilirlər.
5.8.11. 1 zonası ilə bilavasitə əlaqəsi olan bağlı otaq
aşağıdakı şərtlərlə partlayış təhlükəsiz hesab oluna bilər:
-giriş özübağlanan, qaz buraxmayan, təhlükəsiz zonaya
açılan qapıdan yerinə yetirilirsə;
-ventilyasiya partlayış təhlükəli sahəyə (otağa) nisbətdə
izafi təzyiqi təmin edirsə;
-idarəetmə postunda, daimi növbətçilik təşkil olunmaqla,
ventilyasiya dayandıqda, dərhal işə düşən siqnalizasiya sistemi
olduqda.
378
5.8.12. Partlayış təhlükəli zonalarda quraşdırılan elektrik
avadanlığı normativ sənədlərin tələblərinə müvafiq
seçilməlidir.
5.8.13. Partlayış təhlükəli zonaları olan otaqlarda ventil-
yasiyanın quruluşu müvafiq tələblərə cavab verməlidir.
5.8.14. Partlayış təhlükəli qatışıqların siqnalizatorlarının
vericiləri və nümunəgötürücü qurğuları aşağıdakı
yerlərdə
quraşdırılmalıdır:
-otaqların ventilyasiyası üçün hava götürülən yerlərdə;
-AAM və ya qazma məhlulunu vuran hər bir nasosun
yanında;
-quyuağzı ərazidə, döşəmədən 0,5 m çox olmayan hün-
dürlükdə;
-qazma məhlulunun hazırlandığı açıq tutumun üstündən
0,2 m-dən çox olmayan məsafədə və eyni zamanda tutumla
yanaşı, döşəmədən 0,5 m hündürlükdə;
-vibroələyin yaxınlığında – ondan 1 m-dən çox olmayan
məsafədə olmaqla 0,5 m-dən çox olmayan hündürlükdə;
-texnoloji aparatların yanında – buxar və qazların ayrılma
ehtimalı olan yerlərdə, neft qazları üçün mənbədən 0,5-0,7 m-
dən
çox olmayan hündürlükdə, neft buxarları üçün
döşəmədən 0,5 m hündürlükdə;
-qazpaylayıcı batareyaların seksiyalarının yanında –
otağın azı 2 yerində (nöqtəsində), mənbədən 0,5-0,7 m-dən
çox olmayan hündürlükdə;
-AAM və yanar qazlar saxlanılan anbarlarda – hər otaqda
azı 1 ədəd;
-qazma meydançasının altında – qazma məhlulunun axı-
nını dəf edən qurğu yerləşən yerdən 1 m-dən çox olmayan
məsafədə, azı 4 nöqtədə.
Hidrogen sulfid qazının YVQ-sini qeydə alan qaz analiza-
torunun verici və ya nümunəgötürücü qurğuları qazma mey-
379
dançasının altında (bilavasitə qazma məhsulu çıxan yerdə) və
onun ayrılması ehtimal olunan otaqlarda quraşdırılmalıdır.
Dostları ilə paylaş: