1.9.3.1. Qaz qurudulma qurğularında nasos təsərrüfatı
(DEQ vurulması üçün) partlayış yanğın təhlükəli otaqların ava-
danlıq və qurğularına
olan tələblərə və o cümlədən
aşağıdakılara cavab verməlidir:
a) DEQ təzyiqlə (püskürdülməsində) vurulmasında və da-
xildə vurma işlərində istifadə olunan nasoslar bir-birindən
bütöv divarla ayrılmalıdır;
b) naqillər və elektrik mühərrikləri partlayışdan
mühafizəli olmalıdır.
1.9.3.2. Nasos yerləşən otağın
döşəməsi nefti özünə
hopdurmayan quru, təmiz və yanmayan materialdan olmalıdır.
1.9.3.3. Təmirdən qabaq,
nasosdan əvvəl və sonra
yerləşən siyirtmələri bağlamaqla (qapayıcılar quraşdırılmaqla)
nasos boru kəmərindən açılmalıdır (təcrid olunmalıdır).
1.9.3.4. Yeni gətirilmiş DEQ, avtosisterndən stasionar tu-
tuma, boşaltma meydançasından azı 10 m məsafədə
quraşdırılmış boşaltma dayağı
və nasos vasitəsi ilə
vurulmalıdır.
1.9.3.5. DEQ-in verilməsi dayandırıldıqda texnoloji xətt
açılmalı və eyni vaxtda işıq siqnalizasiyası işə düşməlidir.
1.9.3.6. DEQ-in regenerasiya (bərpaedici) qurğusu texnolo-
ji avadanlıqdan (yanğından)
təhlükəsiz məsafədə
yerləşdirilməlidir.
1.9.3.7. Təmirdə olan regenerator ancaq boru
kəmərindən açıldıqdan sonra sökülməlidir.
1.9.3.8. Regeneratora baxış
və onun təmiri mühəndis-
texniki işçinin rəhbərliyi ilə azı iki fəhlədən ibarət heyətlə
yerinə yetirilməlidir.
1.9.3.9. DEQ-in regenerasiya qurğularının odluğundakı
yanma prosesinə təhlükəsiz
və rahat nəzarət etmək üçün
baxış pəncərəsi olmalıdır.
1.9.3.10. Məşəl söndüyü halda DEQ-in regenerasiya qur-
ğusu texnoloji xətdən ayrılmalıdır.
41
1.9.3.11. Odluğun buxarlandırıcısını ağacın ucuna
sarınmış əski ilə və ya buna bənzər digər üsullarla yandırmaq
qadağandır.
Yandırılma fitil vasitəsi ilə yerinə yetirilməlidir.
1.9.3.12. Qaz kəmərində təzyiq qəflətən enərsə və ya
qalxarsa,
qaza kondensat düşərsə, buxarlandırıcıda
temperatur yüksələrsə və texnoloji prosesin pozulduğu digər
hallarda odluqda yanma dayandırılmalıdır.
1.9.3.13. Qızdırıcının istismarı [12]–in tələblərinə uyğun
aparılmalıdır.
Dostları ilə paylaş: