1.10. Korroziyaya qarşı mübarizə işləri
1.10.1. Ingibitorlarla korroziyaya qarşı mübarizə
1.10.1.1. Ingibitorlar yüksək toksikoloji xassələrə malik
birləşmələrdən ibarət olmamalıdır.
1.10.1.2. Ingibitorlar yanğın-partlayış təhlükəsizliyi
nöqteyi – nəzərindən aşağıdakı tələblərə cavab verməlidir:
-alovlanma temperaturu 55
0
C yuxarı olmalı;
-alışma temperaturu 65
0
C yuxarı olmalı;
-öz-özünə alışma temperaturu 200
0
C yuxarı olmalıdır.
1.10.1.3.
Ingibitorlar
sabit
(dəyişməyən)
komponentlərdən ibarət olmalı və minimum 1 il ərzində öz
qoruyucu xassələrini və fiziki-kimyəvi göstəricilərini
saxlamalıdır.
1.10.1.4. Ingibitorlar, korroziyadan qorunan sistemlərdə
və basqı (vurucu) quyularının quyudibi zonasında sulfat
bərpaedici bakteriyaların inkişafına şərait yaratmamalıdır.
1.10.1.5. Onlar neft veriminin artırılmasında istifadə olu-
nan səthi aktiv maddələrlə kimyəvi reaksiyaya girməməlidir.
1.10.1.6. Ingibitorlar 100-120
0
C qədər temperaturda qo-
ruyucu xassələrini saxlamalı, boru kəmərlərinin və aparatların
divarlarında qətran çökmələri və yanıq əmələ gətirməməlidir.
1.10.1.7. Ingibitorlar avtosisternlərdə və ağzı klapanlarla
təchiz olunmuş tutumlarda nəql edilməlidir. Tutumlar saz və
germetik olmalıdır.
Bu məqsədlər üçün istifadə olunan avtosisternlərin və tu-
tumların üzərində silinməyən açıq rənglə «Zəhər», «Oddan
təhlükəlidir!» və yanar məhlullar üçün qəbul olunmuş digər
xəbərdaredici yazılar və işarələr olmalıdır. Avtosisternlər
mütləq ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
1.10.1.8. Ingibitorlar doldurulan və boşaldılan ərazidə si-
qaret çəkmək və oddan istifadə etmək qadağandır.
46
1.10.1.9. Ingibitorların doldurulması və boşaldılması
işinə, onların təhlükəli xüsusiyyətləri haqqında xüsusi təlim
keçmiş fəhlələr buraxılır.
1.10.1.10. Işlənmiş qazların səsboğucu borusu qığılcım-
söndürənlə təchiz olunmalı və avtosisternin mühərrikindən
qabağa çıxarılmalıdır.
1.10.1.11. Avtosisternlərin ingibitorlarla doldurulması,
boşaldılması prosesini azı iki nəfər yerinə yetirməlidir.
1.10.1.12. Avtosisterni ingibitorla doldurarkən partlayış
təhlükəli qatılığın əmələ gəlməsinin qarşısını almaq üçün təh-
lükəsizlik tədbirləri görülməlidir. Tutum qabaqcadan su buxarı
və ya təsirsiz qazla üfürülməli və ya müvafiq texniki yuyucu
vasitələrlə yuyulmalıdır.
1.10.1.13. Avtosisterndə lyukun açılması və dirsəyin bər-
kidilməsi zamanı işçilər küləkdöyən tərəfdə dayanmalıdırlar.
1.10.1.14. Bu proseslər zamanı doldurma estakadasının
100m radiusunda bütün təmir işləri dayandırılmalıdır.
1.10.1.15. Ingibitorlar avtosisternə doldurularkən və qu-
yuya vurularkən odlu işlərin aparılması, siqaret çəkilməsi qada-
ğandır.
1.10.1.16. Avtosisterni doldurduqdan sonra şlanq tam
boşaldılmalı, ingibitorun yerə tökülməsinə yol verilməməlidir.
1.10.1.17. Ingibitorlar üzvi həlledici əsaslı olduqda,
onların nəql edilməsində istifadə olunan boru kəmərləri və
doldurma estakadalarının dayaqları yerləbirləşdiriciyə
bərkidilməlidir.
1.10.1.18. Avtosisterni ingibitorla dolduranda və ya bo-
şaldanda onun gövdəsi yerləbirləşdirici qurğuya, əgər o
yoxdursa, 0,5 m-dən az olmayan dərinliyə sancılmış daşınma
yerləbirləşdirici milə etibarlı bərkidilməlidir.
Avtosisterni, yalnız doldurma, boşaldılma prosesi qurtar-
dıqdan sonra yerləbirləşdirici qurğudan ayırmağa icazə verilir.
47
1.10.1.19. Boşaldıcı rezin şlanqlar, diametri 2 mm-dən az
olmayan mis məftillə sarınmalı, sarğının addımı 100 mm-dən
çox olmamalı, məftilin bir ucu boşaldılan boruya, digər ucu isə
şlanqın ucluğuna bərkidilməlidir. Şlanqın ucluğu zərbədən
qığılcım yaratmayan metaldan olmalıdır.
1.10.1.20. Üzvi həlledici əsaslı ingibitorların boru kəmər-
lərinə və tutumlara verilmə sürəti aşağıdakı göstəricilərdən
artıq olmamalıdır:
a) xüsusi həcmi elektrik müqaviməti 10
5
Om.m –dən çox
olmayan mayelər üçün – 10 m/san;
b) xüsusi həcmi elektrik müqaviməti 10
5
Om.m-dən çox,
10
9
Om.m-dən az olan mayelər üçün – 5m/san;
c) xüsusi həcmi elektrik müqaviməti 10
9
Om.m-dən çox
olan mayelər üçün – 1,2 m/san (boru kəmərinin diametri
200 mm-ə qədər olanda).
1.10.1.21. Statik elektriklənmənin qarşısını almaq üçün
avtosisternə yerin səthinə toxunan zəncir bərkidilməlidir.
1.10.1.22. Ingibitorun tənəffüs klapanı ilə təchiz
edilməmiş tutumda saxlanılması qadağandır.
1.10.1.23. Ingibitorla doldurulmuş tutumların və
quyuların yanında yerləşdirilmiş qurğuların üzərində müvafiq
xəbərdaredici işarələr olmalıdır.
1.10.1.24. Ingibitor saxlanılan yer mütləq hasarlanmalı,
bənd çəkilməli və yanğın təhlükəsizliyi qayda və normalarına
uyğun lazımi yanğınsöndürücü vasitələrlə təchiz edilməlidir.
1.10.1.25. Ingibitorun quyuya vurulmasından əvvəl gö-
rüləcək işlərin planı tərtib olunmalı və cavabdeh rəhbər şəxs
təyin edilməlidir. Iş planı hər quyu üçün ayrılıqda tərtib
olunmalı, neft və qazçıxarma idarəsinin baş mühəndisi
tərəfindən təsdiq edilməli və yanğın təhlükəsizliyi xidməti ilə
razılaşdırılmalıdır.
1.10.1.26. Işə başlamazdan əvvəl işçilər mütləq aşağıda-
kılarla tanış olmalıdır:
48
a) görüləcək işlərin xarakteri, baş verə biləcək təhlükəli
hallar və təhlükəsizlik tədbirləri;
b) qurğuların və quyu ağzının birləşmə sxemləri və ingi-
bitorların vurulmasının texnoloji rejimi;
c) qəza halları baş verərsə, görüləcək tədbirlər.
1.10.1.27. Işlərin təhlükəsizliyini təmin etmək üçün ingi-
bitoru vurmazdan əvvəl avadanlıqların, mexanizmlərin, siqnal,
nəzarət-ölçü cihazlarının və başqa qurğuların saz olmasını
yoxlamaq lazımdır.
1.10.1.28. Vurucu aqreqatı quyuağzı armatura birləşdir-
dikdən sonra basqı xəttinin germetikliyi reagent
vurulmamışdan əvvəl su ilə gözlənilən işçi təzyiqdən 1,5 dəfə
artıq təzyiqlə sınanmalıdır.
1.10.1.29. Ingibitor verilən zaman basqı xəttində əks
klapan, bağlayıcı qurğu, quyuağzı armaturda isə manometr ol-
malıdır. Əks klapan, bağlayıcı qurğu və manometr dozator na-
sosunda da qoyulmalıdır.
1.10.1.30. Ingibitoru quyuya vurarkən işçilərin quyu ağ-
zında və basqı xəttinin yaxınlığında dayanması qadağandır.
1.10.1.31. Ildırım çaxan zaman ingibitorun boşaldılması,
doldurulması və quyuya vurulması dayandırılmalıdır.
1.10.1.32. Ingibitorları quyuya vurarkən onların buxarla-
rının və qazlarının qurğuların yerləşdiyi sahədə və quyu
ağzında yol verilən qatılığı (YVQ) sanitariya normalarından çox
olmamalıdır. Qazların qatılığı səyyar qaz analizatoru ilə
ölçülməlidir. Qazların qatılığı YVQ-dən çoxdursa, onların
azaldılması üçün tədbirlər görülməlidir.
1.10.1.33. Ingibitorla işləyən zaman bu Qaydaların və
həmçinin [8, 9, 291]-in tələblərinə əməl olunmalıdır.
Dostları ilə paylaş: |