Азярбайъан республикасы


partlayışdan mühafizəsi olamayan cihazlarla və həmçinin



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə19/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları


partlayışdan mühafizəsi olamayan cihazlarla və həmçinin
elektrokəsici və – cilalayıcı aparatlarla işlədikdə) işlərin
aparılması qaz təhlükəli işlərə «Tapşırıq – icazə» (Əlavə 12)
əsasında yerinə yetirilməlidir.
1.11.15. «Tapşırıq - icazə» bir briqada və konkret iş
üçün sənədləşdirilir və bir iş növbəsi ərzində qüvvədədir.
Əgər bu işlər təyin olunmuş müddət ərzində başa çatma-
yıbsa və həmçinin şərtlər və briqadanın tərkibi dəyişməyibsə
«Tapşırıq - icazə»-nin müddəti obyektin rəhbərliyi tərəfindən
53


bu işlərin gündəlik yerinə yeğtirilməsi mümkünlüyünün
təsdiqlənməsi haqda müvafiq (gündəlik) imzalar ( qaz təhlü-
kəli işlərin yerinə yetirilməsinə məsul şəxsin, növbə rəisinin,
qazdan xilasetmə xidmətinin (və ya əməyin mühafizəsi və
təhlükəsizlik texnikası xidmətinin) nümayəndəsinin)
toplanıldıqdan sonra artırıla bilər.
1.11.16. Hazırlıq işləri başa çatdıqda iş görüləcək qaz
təhlükəli yerin hava mühitinin analizi aparılmalı və onun
nəticələri «Tapşırıq – icazə»də qeyd olunmalıdır.
Qaz təhlükəli yerlərdə işlərin aparılmasına həmin yerlərin
hava mühitində yanar maddələr (qazlar) olmadıqda və ya
onlar müvafiq normalar həddində olduqda icazə verilir.
1.11.17. Odlu işlər qüvvədə olan müvafiq nomativ sənəd-
lərin tələblərinə uyğun aparılmalıdır.
1.11.18. Quyularda (çalalarda), xəndəklərdə, çənlərdə və
s. işlərin aparılması zamanı maye yanacaqdan (benzin,
kerosin, digər neft məhsulları və onların qarışıqları) istifadə
etmək qadağandır.
1.11.19. Sənaye defektoskopiyası işlərini yerinə yetirən
işçilər bu işlərin qaz təhlükəli mühitdə təhlükəsiz aparılmasına
dair öyrədilərək imtahan verməli və onların bu şlərin yerinə
yetirilməsi hüququnu verən vəsiqəsi olmalıdır.
1.12. Tutumlarda, çənlərdə (rezervuarlarda) 
və aparatlarda işlər
1.12.1. Qurğuların və avadanlıqların normal işləməsinin
təmini məqsədi ilə texnoloji avadanlıqların planlı-xəbərdarlıq
təmirinin illik qrafiki tərtib edilməli və təsdiq olunmalıdır.
1.12.2. Təmir işlərinə başlamazdan qabaq, aparatlar,
çənlər, avadanlıqlar mövcud qaydalara riayət edilməklə hazır-
lanmalı və təmizlənməlidir.
54


1.12.3. Tutumlarda, çənlərdə və aparatlarda təmir
işlərinin (təsdiq olunmuş və planda nəzərdə tutulmuş işlər)
yerinə yetirilməsinə cavabdeh olan şəxs idarənin əmri ilə təyin
olunur.
1.12.4. Tutumlarda, çənlərdə və aparatlarda təmir
işlərinin aparılmasına yalnız bu işlərin hazırlanmasına və
aparılmasına cavabdeh şəxs göstərilməklə «Tapşırıq-icazə»
tərtib edildikdən sonra başlamaq olar.
1.12.5. Qurğuda təmir işlərinin aparılmasına hazırlıq aktı
olduqdan sonra icazə verilir.
Neft və qazın hazırlanması qurğularının ayrı-ayrı avadan-
lıqlarının və ya texnoloji bloklarının akt üzrə təmirə verilməsinə
icazə verilir.
1.12.6. Təmir işləri aparılan yerlərdə təhlükəsizlik plakat-
ları və xəbərdaredici yazılar asılmalıdır.
1.12.7. Təmir işləri aparılarkən işçilər qoruyucu
dəbilqədən istifadə etməlidirlər.
1.12.8. Hündürlükdə təmir işlərinin aparılması üçün
ayaqaltılar və taxtabəndlər (lesa) quraşdırmalıdır (bax bölmə
1.13).
1.12.9. Təmizlənmiş və təmirə hazırlanmış çən,
avadanlıq və ya aparatdan götürülmüş hava nümunəsinin
tərkibində buxar və qaz qarışığının miqdarı buraxıla bilən
sanitar normalarından yüksək deyilsə, oksigenin həcmi
miqdarı 19%-dən aşağı deyilsə və çən, avadanlıq, aparata
kənardan zərərli buxar və qazın daxil olması ehtimalı
yoxdursa, təmir işlərinin əleyhqazdan istifadə etmədən
aparılmasına icazə verilir.
Bu işlərin aparılmasına sahə, qurğu rəisi yazılı icazə ver-
məlidir.
1.12.10. Qaz təzahürü olarsa, həmçinin qonşu qurğuda
və ya obyektdə qəza baş verərsə, təmir işləri dərhal
55


dayandırılmalı və işçilər təhlükə zonasından
kənarlaşdırılmalıdırlar.
Işə yenidən, yalnız hava nümunəsinin təkrar analizindən
sonra, qaz qarışığının buraxıla bilən sanitar normalarından
yüksək olmadığı hallarda başlamaq olar.
1.12.11. Avadanlığın sökülməsi və təmiri zamanı
hissələrin yuyulması üçün yanğın - partlayış təhlükəsi olmayan
xüsusi yuyucu məhlullardan istifadə edilməlidir. Bu məqsədlə
benzin və digər asan alışan mayelərdən istifadə etmək
qadağandır.
1.12.12. Partlayış təhlükəli otaqlarda təmir işləri daima
işləyən sorucu ventilyasiya altında aparılmalıdır.
1.12.13. Təmir işləri sutkanın işıqlı vaxtında aparılmalıdır.
Sutkanın qaranlıq vaxtı bu işlər yalnız qurğu rəisinin yazılı ica-
zəsi ilə aparıla bilər. Təmir işləri sutkanın qaranlıq vaxtı apa-
rıldıqda işçi zona lazımi səviyyədə işıqlandırılmalıdır.
1.12.14. Aparatların, tutumların, boru kəmərlərinin qay-
naq tikişlərindəki qüsur və zədələrin döyülüb pərçimləmə ilə
aradan qaldırılmasına icazə verilmir.
1.12.15. Kolon tipli aparatların təmirində boşqabların sö-
külməsi yuxarıdan aşağıya doğru aparılmalıdır. Boşqabların
hissələri kolondan kənarda yığılmalıdır.
1.12.16. Hər bir elektrik avadanlığının və işıqlandırıcı
qurğunun açılması və təmiri yalnız elektrotexniki heyət
tərəfindən yerinə yetirilməlidir.
1.12.17. Təmirdən sonra bütün aparatlar, tutumlar, boru
xətləri təzyiqə sınanmalıdır. Təzyiqlə sınanma bütün sızmalar
aradan qaldırılanadək davam etdirilməlidir.
1.12.18. Aparılmış təmir işləri barəsində qurğunun
pasportunda qeydiyyat aparılmalıdır.
1.12.19. Aparatların, çənlərin və s. bu kimi avadanlıqların
qapalı fəzasında işləməsi nəzərdə tutulan bütün şəxslər
mümkün təhlükələr, təhlükəsizlik tədbirləri, ilk tibbi yardım
56


göstərilmə və qəza şəraitində hərəkət etmə qaydaları üzrə
təlimatlandırılmalıdırlar.
1.12.20. Qapalı fəzanın daxilində işlərin aparılmasına ha-
zırlıq işləri, texnoloji heyət tərəfindən mümkün təhlükələr haq-
qında mükəmməl məlumatı olan mühəndis-texniki işçinin rəh-
bərliyi altında yerinə yetirilməlidir.
1.12.21. Qapalı fəzada işlər, bir qayda olaraq, sutkanın
işıqlı vaxtında aparılmalıdır. Qəza zamanı işlər sutkanın qaran-
lıq vaxtı aparıla bilər. Hər bir qurğuda qapalı fəzada işlərin sut-
kanın qaranlıq vaxtı aparılması tələb olunan mümkün qəza
hallarının təşkilatın rəhbərləri tərəfindən təsdiq edilmiş siyahısı
olmalıdır.
1.12.22. Qapalı fəzada işlərin yerinə yetirilməsindən əvvəl,
bu işlərin aparılmasına Tapşırıq-icazə tərtib olunmalıdır (Əlavə
12).
1.12.23. Tapşırıq-icazəni verməyə hüququ olan şəxslər
təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunurlar. Bu şəxslər
rəhbər işçilərdən təyin edilir.
1.12.24. Qapalı fəzaya girişə və bu fəzada iş zamanı təh-
lükəsizliyə görə məsuliyyəti Tapşırıq-icazəni verən şəxs daşıyır.
Mümkün təhlükələrin qarşısını almaq üzrə tədbirlər onun
vəzifə borcuna daxildir.
1.12.25. Statik elektrik yükünün yığılmasına yol
verməmək üçün avadanlıqlar və tutumlar yerləbirləşdirməlidir.
1.12.26. Şlam və işlədilmiş yuyucu mayelər onlar üçün
nəzərdə tutulmuş xüsusi yerə yığılmalıdır.
1.12.27. Qapısı və ya lyuku olan qapalı fəza (tutum),
üfürüldükdən sonra açıq saxlanılmalı, fəzanın havası isə böyük
həcmli təmiz havanın vurulmasına hesablanmış mexaniki
sistemli məcburi ventilyasiyanın köməyi ilə dəyişdirilməlidir.
1.12.28. Qapalı fəza təmizləndikdən və havası dəyişdiril-
dikdən sonra belə, yerinə yetiriləcək işin (məsələn: qaynaq və
kəsmə, rəngləmə, üz çəkmə və s.) nəticəsində zərərli
57


qarışıqların təsadüfən bu fəzaya düşməsinin qarşısını almaq
məqsədi ilə, həmçinin çirkləndirici maddələrin və ya yaranmış
istinin kənarlaşdırılması üçün mexaniki ventilyasiya sisteminin
işi davam etdirilməlidir.
1.12.29. Qapalı fəzaya işçiləri buraxmazdan qabaq, bu
fəzanın hava mühitinin analizi aparılmalıdır.
1.12.30. Qapalı fəzadan hava nümunəsinin götürülməsi
(yanar qazların qatılığını, oksigenin çatışmamazlığını, təhlükəli
kimyəvi qatışıqların fiziki mövcudluğunu təyin etmək üçün)
buna icazəsi olan heyət tərəfindən yerinə yetirilməlidir. Bu
məqsədlə işlədilən cihazlar partlayışdan mühafizə icralı olmalı
və yoxlanılmalıdırlar.
1.12.31. Qapalı fəzaya hava nümunəsi götürmək üçün
daxil olan işçi avtonom tənəffüs aparatlarından və ya şlanqlı
əleyhqazdan istifadə etməlidir. Tənəffüs aparatlarının növünü
Tapşırıq-icazə verən şəxs müəyyənləşdirir. Təcridedici
əleyhqazdan istifadə etmək qadağandır.
1.12.32. Hava mühitinin nümunəsinin götürülmə qaydası
və qapalı fəzada hava mühitinin tərkibinin analizinin nəticələri
Tapşırıq-icazədə qeyd edilməli, analizi aparan şəxsin imzası ilə
təsdiq edilməlidir.
1.12.33. Qapalı fəzada işləyən bütün avadanlıqların
intiqalı (məsələn: qarışdırıcı qurğular) və qidalanma mənbəyi
dayandırılmalı, paylayıcı şitdə yerləşən müvafiq elektrik
açarları bloklanmalı və xəbərdaredici nişanlarla təchiz
edilməlidirlər.
1.12.34. Işlərin aparılmasına məsul şəxs işçilərin
bilavasitə qapalı fəzaya daxil olmasından qabaq, sual-cavab
etməklə, onların əhval-ruhiyyəsini yoxlamalı, briqadanın bütün
heyətini təhlükəsiz iş üsulları ilə təkrar təlimatlandırmalı,
alətlərin, FMV-in keyfiyyətinin iş şəraitinə uyğunluğunu
yoxlamalı, hər bir işçinin öz funksiya və vəzifə borclarını
bilmələrinə əmin olmalıdır.
58


1.12.35. Qapalı fəzada bir işçinin işləməsinə icazə verilir.
Işin xüsusiyyətlərindən asılı olaraq qapalı fəzada bilavasitə iki
və ya bir neçə işçinin olması tələb olunarsa, əlavə təhlükəsizlik
tədbirləri işlənib-hazırlanmalı və onlar Tapşırıq-icazədə göstə-
rilməlidir.
1.12.36. Işçi qapalı fəzaya daxil olduqdan sonra, o, me-
xanizmlərin təsadüfən işə düşməsinin qarşısını alan tədbirlər
görməlidir.
1.12.37. Qapalı fəzada işlər aparılarkən mümkün qəza
vəziyyətindən sığorta məqsədi ilə girişdə və ya çıxışda iki
nəfərdən az olmamaqla müşahidəçilər qoyulmalıdır.
1.12.38. Müşahidəçilər qapalı fəzada işləyən işçilərlə
daima əlaqə saxlamalı, şlanqlı əleyhqazın şlanqı və qəbuledici
qolborusunun düzgün vəziyyətdə saxlanılmasını izləməli,
tənəffüs aparatlarını hazır vəziyyətdə saxlamalıdırlar.
1.12.39. Qapalı fəzaya daxil olan şəxslər qayışlı qoruyucu
kəmər taxmalıdırlar.
1.12.40. Qoruyucu vasitələrdə hər hansı bir nasazlıq
aşkar olunarsa və ya işçi özünü pis hiss edərsə, qapalı fəzada
işlər dayandırılmalı, işçi dərhal oradan çıxarılmalıdır.
1.12.41. Qapalı fəzada tez alışan mayelərin və ya
qazların mövcudluğu aşkar olunarsa, işlər dərhal
dayandırılmalıdır.
1.12.42. Hər bir qurğu və ya obyekt üzrə aparatların,
çənlərin və avadanlıqların işə hazırlıq qaydası, məhsullardan,
zərərli maddələrdən boşaldılması, onların buxara verilməsi,
yuyulması, havasının dəyişdirilməsi sxemləri və işçilərin
təhlükəsizliyini təmin edən digər tədbirlər işlənib
hazırlanmalıdır.
1.12.43. Daxili baxış və təmizləmə üçün açılan aparatlar,
çənlər və avadanlıqların işi dayandırılmalı, onlar məhsuldan
boşaldılmalı, işləyən aparatlardan ayrılmalı, buxara verilməli
və havası dəyişdirilməlidir.
59


Buxara verilmənin, üfürülmənin davam etdirilmə
müddəti, su ilə yuyulmanın zəruriliyi, havanın dəyişdirilməsi
hər bir konkret hal üçün ayrılıqda müəyyən edilir.
1.12.44. Açılmalı aparatlarla, çənlərlə və avadanlıqlarla
əlaqəli bütün boru xətləri qapayıcıların və siyirtmələrin köməyi
ilə bağlanmalıdır.
1.12.45. Hazırlıq işləri zamanı aparatlardan, çənlərdən və
avadanlıqlardan neftin və neft məhsullarının istehsalat kanali-
zasiyasına axıdılması qadağandır. Bu məhsullar xüsusi
tutumlara yığılmalıdır.
1.12.46. Çənin (rezervuarın) buxara verilməsi yuxarı
lyuklardan birinin açıq vəziyyətində aparılmalıdır.
1.12.47. Buxar aşağı lyukdan rezin boru vasitəsilə ucluğu
çənin mərkəzinə istiqamətləndirilməklə, çənin diametrinin 1/4
nisbəti məsafəsində yerləşdirilməklə verilməlidir.
1.12.48. Buxara vermə zamanı çənin (rezervuarın) daxi-
lində temperatur 60
0
C-dən yuxarı olmamalıdır. Üzən metal
ponton olduqda çənin yuxarı və aşağı hissələri (pontonun üstü
və altı) ayrı-ayrılıqda buxara verilməlidir.
Sintetik pontonu olan çənin daxilindən buxarın sıxışdırıl-
ması üçün çən su ilə doldurulmalıdır. Çəndən suyu
boşaltdıqdan sonra çənin havasının dəyişdirilməsi üçün yan
lyuklar açılmalıdır.
1.12.49. Rezin şlanqların metal ucluqları və buxar xətləri
yerlə birləşdirilməlidir. Şlanqların ucluqları qığılcım verməyən
metaldan olmalıdır.
1.12.50. Açıq lyukların qapaqları lyuklara iki boltla bağla-
naraq qaykalarla bərkidilməlidir.
1.12.51. Hazırlıq tədbirləri qurtardıqdan sonra (buxara
vermə, yuma və havasının dəyişdirilməsi) çənlərdə və ya
apparatlarda havanın analizini aparmaqla yanar buxarların,
qazların və oksigenin miqdarı müəyyənləşdirilir və Tapşırıq-
icazədə qeyd edilir.
60


1.12.52. Üzən qapaqlı və ya pontonlu çənlərdən analiz
üçün hava nümunəsi çənin aşağı hissəsindən qapağın
(pontonun) altından və yuxarı hissəsindən-qapağın (pontonun)
üstündən götürülür.
1.12.53. Çənlərin və aparatların çirklərdən və çöküntülər-
dən təmizlənməsi üzrə aparılan işlər mexanikləşdirilməlidir. Bu
işləri apararkən işçilər şlanqlı əleyhqazdan istifadə etməlidirlər.
1.12.54. Çənlərin, aparatların və avadanlıqların daxili ba-
xışı və təmizlənməsi üçün açılmasına ancaq bu işlərin
hazırlığına və aparılmasına cavabdeh şəxsin iştirakı ilə icazə
verilir.
1.12.55. Aparatların, çənlərin, tutumların, boru xətlərinin
və armaturun lyuklarının flans birləşmələrində yerləşən qayka-
larının açılması və bağlanması pnevmatik və ya hidravlik
intiqallı qaykabağlayıcı ilə aparılmalıdır.
1.12.56. Kolon tipli aparatlardan hava axımına yol ver-
məmək üçün, onlarda lyukların açılması bir qayda olaraq
yuxarıdan aşağı aparılmalıdır.
1.12.57. Hazırlıq işlərinin aparılması zamanı qızdırılmış
çənlərin və aparatların daxilinə işçiləri buraxmazdan qabaq
çənlər və aparatlar 30
0
C–dək soyudulmalıdır. Işlərin daha
yüksək temperaturda aparılması tələb olunan hallar üçün
əlavə təhlükəsizlik tədbirləri (təmiz havanın fasiləsiz verilməsi,
asbest kostyumlardan və istilik izolyasiyalı ayaqqabılardan
istifadə edilməsi, işdə fasilələrin tez-tez verilməsi və s.) işlənib
hazırlanmalıdır. 
1.12.58. Çənlərin və aparatların təmizləməsi zamanı on-
lardan çıxarılmış çirklərin və bərk çöküntülərin yuxarıdan aşağı
atılması qadağandır. Bu məqsədlə mexanikləşdirilmiş qurğu-
lardan istifadə edilməlidir.
1.12.59. Aparatın alt lyukdan təmizlənməsi zamanı
xüsusi meydançadan istifadə edilməlidir.
61


1.12.60. Hündürlükdə işlərin aparılması zamanı detalların
və alətlərin aşağıda işləyən işçilərin üstünə düşməsinin
qarşısını almaq üçün çənlər və aparatlar xüsusi üst örtükləri ilə
təchiz olmalıdırlar.
1.12.61. Çənlərin və aparatların təmizlənməsi zamanı
bilavasitə qığılcım verməyən materialdan hazırlanmış
alətlərdən (təmizləmə vasitələri) istifadə edilməlidir.
1.12.62. Aparatların və çənlərin daxilinin işıqlandırılması
üçün gərginlikliyi 12 V-dan yuxarı olmayan partlayışdan müha-
fizəli daşınma çiraqlardan istifadə edilməlidir.
1.12.63. Çən, dibində qalmış məhsuldan təmizlənmək
üçün, su ilə doldurulmalı və üzə çıxan məhsul boşaldılmalıdır.
1.12.64. Bloklu üfqi-silindrik aparatların və
çökdürücülərin (çökdürücü çən) çöküntülərdən təmizləmə
işləri, işçilərin təmizləmə işləri zamanı aparatın içərisində
olmalarının qarşısını almaq məqsədi ilə, kiçik ölçülü
hidromonitorlardan istifadə edilməklə hidromexaniki üsulla
aparılmalıdır. Təmizləmə işlərindən sonra aparatlar və çənlər
su ilə yuyulmalıdırlar.
1.12.65. Çənin və ya aparatın daxilində işlər tamamlan-
dıqdan sonra, işçi orada kənar əşyaların olmamasını yoxlamalı,
alətləri, çırağı müşahidəçiyə verməli və bundan sonra
aparatdan kənara çıxmalıdır.
1.12.66. Istilik mübadiləedicilərin və ya kondensatorların
mexaniki üsulla təmizlənməsi zamanı qarşı tərəf çəpərlənməli
və «Təhlükəli zona» xəbərdaredici yazısı olan nişan asılmalıdır.
1.12.67. Hidravlik və ya kimyəvi üsulla təmizləmə işlərin-
dən əvvəl işçilər əməyin təhlükəsizliyi üzrə xüsusi təlimat
keçməli və müvafiq mühafizə vasitələri ilə təmin
olunmalıdırlar.
1.12.68. Kimyəvi təmizləmə işləri aparan işçilər xüsusi
geyimdə, rezin əlcəklər və qoruyucu eynəklər tətbiq etməklə
işləməlidirlər.
62


1.12.69. Dalma kondensator - soyuducunun yeşiyindən
benzin buxarlarının təmizlənməsi üçün, lyuk açılmalı və yeşiyin
havası dəyişdirilməlidir.
Boruların üz səthinin və yeşiyin divarlarının lil və çirkdən tə-
mizlənməsi təzyiq altında olan su şırnağı ilə yerinə yetirilməlidir.
1.12.70. Kondensator-soyuducunun çirkli yeşiyinə şlanqlı
əleyhqazsız düşmək qadağandır.
1.12.71.
Kondensator-soyuducunun
yeşiyinin
təmizlənməsi işləri müşahidəçilərin (iki nəfərdən az
olmayaraq) iştirakı ilə aparılmalıdır.
1.12.72. Kondensator-soyuducunun yeşiyinə düşərkən
yeşiyin daxilində olan nərdivandan istifadə etmək lazımdır.
Yeşiyin daxilinə ilanvari borular vasitəsi ilə düşmək
qadağandır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin