zonalar sərhəddi hündürlükdən əşya düşməsinin mümkün
olması ilə əlaqədar olaraq 20m-ə qədər hündürlük üçün - 7m,
70-m-ə qədər hündürlük üçün - 10m
müəyyən edilməli və
ətrafındakı təhlükəli zona rəngli (ağ-qırmızı, sarı-qırmızı)
lentlərlə işarələnməlidir.
1.13.3. Hündürlükdə işlərin görülməsi üçün nəzərdə
tutulmuş işçi meydançalar bu Qaydaların 1.5.48
bəndinə
uyğun olmalıdır.
1.13.4. Işçinin hündürlükdən düşmə təhlükəsi ilə
əlaqədar olan işlər qoruyucu kəmərlərdən
istifadə edilməklə
yerinə yetirilməlidir.
1.13.5. Qoruyucu kəmərlər və fallar istehsalçı-zavodun
istismar təlimatına uyğun olaraq statik yük verməklə ildə 2 də-
fədən az olmayaraq sınaqdan keçirilməli və müvafiq akt tərtib
edilməlidir. Istismar təlimatında belə məlumatlar olmadıqda sı-
naq 3000 N (300 kq) statik yük verməklə 5 dəqiqə
müddətində keçirilməlidir.
1.13.6. Yanğın-partlayış təhlükəli istehsalatlarda (neftin
hazırlanma qurğularında, rezervuarlar parkında və s.) taxta
döşəmələrin tətbiqi qadağandır.
Avadanlıqlar, aparatlar və qurğular tamamilə dayandırıl-
dıqdan sonra, təmir zamanı taxtabəndlərdə işləyəndə qalınlığı
40mm-dən az olmayan
taxtalardan ibarət döşəmənin
müvəqqəti quraşdırılmasına yol verilir.
Dostları ilə paylaş: