FƏNN:AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA
Müvafiq dialoq nümunələri və kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər
Nitqin dialoji və monoloji formaları var. Nitqin dialoji formasına dioloji nitq də demək olar. Dialoji nitq müəyyən situasiyada iki və daha artıq şəxs arasında birbirini izləyən, növbələşən canlı ünsiyyətdir, danışıqdır. Burada danışan şəxs ifadə edəcəyi fikri əvvəlcə daxilən öz-özünə düşünür, sonra onu sözlə ifadə edir. Fikri dinləyən, eşidən şəxs isə əvvəlcə dinləyir, sonra düşünür, düşündüklərini öz nitqi ilə ifadə edir, yəni müsahibinə cavab verir. Monoloji nitqdən fərqli olaraq dialoji nitqdə öncədən hazırlıq görülmür. Ona görə də dialoji nitqdə tərəflər daha fəal olurlar. Ancaq onu da qeyd edək ki, nitqin situasiyasından, təşkili formasından asılı olaraq dialoji nitqdə də hazırlıq görülə bilər

Dialoji nitqin bütün formalarında iştirakçılar hadisəni təfərrüatı ilə danışır, olanlara öz münasibətini bildirir. Dediklərinin daha inandırıcı olması üçün sübutlar, dəlillər gətirirlər. Tərəflər qarşılıqlı söhbət zamanı müraciətlər, ara sözlər, ritorik suallar vasitəsilə ümumi bir bütövlük, fikir vəhdəti yaradırlar. Qeyd etmək yerinə düşər ki, dialoq zamanı leksik təkrarlara, cümlədə sözlərin sırasının pozulması, fikrin elliptik qurulması, pauzalar, suala sualla cavabvermə və s. özünü göstərir. Nitqin bu növündə jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur