1.14.3.7. Işçiləri yükqaldıran mexanizm və kranlardan is-
tifadə etməklə bir yerdən başqa yerə köçürmək qadağandır.
1.14.3.8. Avtokranın sürücüsü və cavabdeh şəxs kranın
qəzasız işinə, ilməkçi və yükvuran fəhlələrin əməyinin təhlükə-
sizliyinə, həmçinin kranın yanğından mühafizəsinə və yüklərin
təhlükəsiz yüklənib-boşaldılmasına, daşınmasına cavabdehdir.
1.14.3.9. Iki kranla yüklərin qaldırılmasına yalnız kranları
istismar edən müəssisənin mühəndis-texniki işçisinin rəhbərliyi
altında icazə verilir.
1.14.3.10. Yükləri domkratla qaldırmaq üçün domkratın
və yükün altına mütləq taxtadan yastı araqatı qoymaq
lazımdır.
1.14.3.11. Dayanıqsız yüklər, onların etibarlı tutulmasını
təmin edə bilən və yükqaldırma həddi göstərilən, xüsusi ilmək-
lərlə ilməklənməlidir.
1.14.3.12. Mexanikləşdirilmiş vasitələrlə yükləmə və bo-
şaltma işləri aparılan zaman qadağandır:
-sürücünün kabinəsinə yüklərin gətirilməsi və aparılması;
-yüklərin istiqamətləndirilməsi
və onun səmtləşdirilməsi
məqsədi ilə avtokranın banında fəhlələrin olması;
-sürücünün avtomobilin kabinəsində olması (əgər kabinə
xüsusi mühafizə örtüyü ilə örtülməyibsə), eləcə də,
avtomobilə texniki xidmət və onun təmir edilməsi;
-yükqaldırıcı mexanizmin yükqaldırma
qabiliyyətindən
ağır olan yüklərin qaldırılması;
-iki yük arasındakı dar yerdə,
donmuş və ya torpaq
altında qalmış yükü, eləcə də, kranın oxu altında olan yükü
dartmaq məqsədi ilə yükqaldırıcı mexanizmdən istifadə
edilməsi;
-asılmış halda olan yüklərin, yüklər daşınan zaman qaldı-
rıcı qurğuların və ya ilməklərin vəziyyətinin düzəldilməsi;
-mexanizmlərinin təmiri, yağlama işlərinin aparılması;
70
-yükün üstündə adam olduqda onu qaldırmaq və yerini
dəyişmək.
1.14.3.13. Paket halında yığılmış
yüklər elə
ilməklənməlidir ki, onları yüksəkliyə qaldırarkən, ayrı-ayrı
hissələrinin və ya yüklərin bütünlükdə düşməsi halları istisna
olunsun. Uzunölçülü yükləri mütləq travers tətbiq etməklə iki
ilməklə bağlamaq lazımdır.
1.14.3.14. Yük qaldırılarkən və yerə endirilərkən qadağan-
dır:
-yük bərkidilmiş burazdan tutmaq;
-qaldırılan yükün altında və ya onun hərəkəti
istiqamətində olmaq;
-divarla yük arasında olmaq.
1.14.3.15. Açıq havada yükqaldırıcı
kranla işləyərkən
11m/san və daha çox küləkli havada yükləmə-boşaltma işləri
tam dayandırılmalıdır.
1.14.3.16. Yüklərin yerdəyişməsi ilə bağlı yükqaldırıcı
mexanizmlər vasitəsi ilə yerinə yetirilən yükləmə-boşaltma
işləri və digər işlər zamanı krançılar bu əməliyyatları yalnız
siqnal üzrə yerinə yetirməlidirlər.
Dostları ilə paylaş: