1.19.1. Dəniz neft-qaz mədən tikililərində (DNQT – DDÖ,
EYM, ÜQQ, ÖQQ) görünən yerlərdə həyəcan cədvəlləri
asılmalı və həmin cədvəllərlə obyektlərin bütün işçiləri müvafiq
jurnalda imza atmaqla tanış olmalıdır.
Bundan başqa daimi dəniz özüllərində (DDÖ), üzən
qazma qurğularında (ÜQQ) və özüqalxan qazma qurğularında
(ÖQQ) «Sağ qalmaq üçün mübarizə üzrə operativ plan»
olmalıdır. Sağ qalmaq üçün hazırlığa
və mübarizəyə ümumi
rəhbərliyi DDÖ (ÜQQ, ÖQQ) rəisi həyata keçirir.
1.19.2. DNQT-də keçidləri, göyərtəni və iş yerlərini işlə
əlaqəsi olmayan əşyalarla qalaqlamaq qadağandır.
1.19.3. Müəssisə üzrə əmrlə qəza və yanğın
siqnalizasiyası vasitələrinə, qazlılığa
nəzarət vasitələrinə və
xilasetmə vasitələrinə nəzarət edən və onların sazlığına cavab
verən, vəzifə təlimatlarında bu barədə qeyd aparılmış, şəxslər
təyin olunmalıdır.
1.19.4. DNQT rəisi iş üçün obyektə gəlmiş işçiləri,
müvafiq jurnalda qeyd aparmaqla (onların imzası ilə)
daxili
nizam – intizam əmək qaydaları, həyəcan siqnalları və
bununla əlaqədar vəzifə borcları ilə tanış edir və həmçinin
xilasetmə qayığının nömrəsini göstərir.
1.19.5. DDÖ-nün (ÜQQ, ÖQQ) heyəti və buraya gəlmiş
şəxslər yaşayış blokundan kənarda qoruyucu dəbilqədə olmalı-
dırlar.
1.19.6. DDÖ-də (ÜQQ, ÖQQ)
hər gün bu obyektdə
olanların qeydiyyatı aparılmalıdır.
DDÖ-nün (ÜQQ, ÖQQ) rəisinin icazəsi olmadan orada
olmaq qadağandır.
DDÖ-yə (ÜQQ, ÖQQ) gəlmiş şəxslərin qeydiyyatı, onların
obyektə gəlmə müddətindən asılı
olmayaraq, xüsusi təyin
olunmuş şəxs tərəfindən aparılmalıdır.
92
1.19.7. Dəniz obyektlərində
işləyən heyətin müəyyən
olunmuş formada tibbi kitabçaları olmalıdır və onlar vaxtaşarı
müvafiq qaydada tibbi müayinədən keçməlidirlər.
1.19.8. DNQT-ə daxil olmuş hidrometeoroloji məlumat
xüsusi təyin olunmuş şəxs tərəfindən hava haqqında məlumat
jurnalında qeyd olunmalıdır.
1.19.9. DNQT -də olarkən dənizdə çimmək, balıq tutmaq
və quş ovlamaq, spirtli içkilər qəbul etmək qadağandır.
Dostları ilə paylaş: