Азярбайъан республикасы


 Qadınların və həddi-buluğa çatmayanların



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə31/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   27   28   29   30   31   32   33   34   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

1.18. Qadınların və həddi-buluğa çatmayanların 
əməyinin mühafizəsi
1.18.1. Əmək şəraiti ağır və zərərli olan iş yerlərində, ha-
belə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın
və həddi-buluğa çatmayanların (16-18 yaş) əməyinin tətbiqi
qadağandır.
1.18.2. Qadınların və həddi-buluğa çatmayanların Əmək
Məcəlləsində müəyyən edilmiş normalardan artıq əşyaların
qaldırılması, boşaldılması və bir yerdən başqa yerə daşınması
işlərinə cəlb olunması qadağandır (bax 1.14.2.1).
1.18.3. Hamilə və üç yaşınadək uşağı olan qadınların və
həmçinin 18 yaşına çatmamış işçilərin gecə vaxtı görülən
işlərə cəlb olunması qadağandır.
1.18.4. Səhhətinə və fizioloji vəziyyətinə (əlillik,
hamiləlik), habelə xroniki xəstəliyinə görə qadının və ya onun
ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək
funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb
edərsə və həmçinin on dörd (14) yaşına çatmamış və yaxud
on altı (16) yaşınadək əlil uşağı olan qadınlara (ərizələri
əsasında) işəgötürən natamam iş vaxtı müəyyən etməlidir.
1.18.5. Qadın əməyinin [212] uyğun olaraq əmək şəraiti
zərərli və ağır olan istehsalatlarda tətbiqi qadağandır.
1.18.6. Qadınların və həddi-buluğa çatmayanların əməyi-
nin mühafizəsinə dair digər məsələlər Əmək Məcəlləsinin
müvafiq bölməsində əks olunmuşdur.
DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR 
(ÜMUMI QAYDALAR)
1.19. Ümumi təşkilati-texniki tələblər
91


1.19.1. Dəniz neft-qaz mədən tikililərində (DNQT – DDÖ,
EYM, ÜQQ, ÖQQ) görünən yerlərdə həyəcan cədvəlləri
asılmalı və həmin cədvəllərlə obyektlərin bütün işçiləri müvafiq
jurnalda imza atmaqla tanış olmalıdır.
Bundan başqa daimi dəniz özüllərində (DDÖ), üzən
qazma qurğularında (ÜQQ) və özüqalxan qazma qurğularında
(ÖQQ) «Sağ qalmaq üçün mübarizə üzrə operativ plan»
olmalıdır. Sağ qalmaq üçün hazırlığa və mübarizəyə ümumi
rəhbərliyi DDÖ (ÜQQ, ÖQQ) rəisi həyata keçirir.
1.19.2. DNQT-də keçidləri, göyərtəni və iş yerlərini işlə
əlaqəsi olmayan əşyalarla qalaqlamaq qadağandır.
1.19.3. Müəssisə üzrə əmrlə qəza və yanğın
siqnalizasiyası vasitələrinə, qazlılığa nəzarət vasitələrinə və
xilasetmə vasitələrinə nəzarət edən və onların sazlığına cavab
verən, vəzifə təlimatlarında bu barədə qeyd aparılmış, şəxslər
təyin olunmalıdır.
1.19.4. DNQT rəisi iş üçün obyektə gəlmiş işçiləri,
müvafiq jurnalda qeyd aparmaqla (onların imzası ilə) daxili
nizam – intizam əmək qaydaları, həyəcan siqnalları və
bununla əlaqədar vəzifə borcları ilə tanış edir və həmçinin
xilasetmə qayığının nömrəsini göstərir.
1.19.5. DDÖ-nün (ÜQQ, ÖQQ) heyəti və buraya gəlmiş
şəxslər yaşayış blokundan kənarda qoruyucu dəbilqədə olmalı-
dırlar.
1.19.6. DDÖ-də (ÜQQ, ÖQQ) hər gün bu obyektdə
olanların qeydiyyatı aparılmalıdır.
DDÖ-nün (ÜQQ, ÖQQ) rəisinin icazəsi olmadan orada
olmaq qadağandır.
DDÖ-yə (ÜQQ, ÖQQ) gəlmiş şəxslərin qeydiyyatı, onların
obyektə gəlmə müddətindən asılı olmayaraq, xüsusi təyin
olunmuş şəxs tərəfindən aparılmalıdır.
92


1.19.7. Dəniz obyektlərində işləyən heyətin müəyyən
olunmuş formada tibbi kitabçaları olmalıdır və onlar vaxtaşarı
müvafiq qaydada tibbi müayinədən keçməlidirlər.
1.19.8. DNQT-ə daxil olmuş hidrometeoroloji məlumat
xüsusi təyin olunmuş şəxs tərəfindən hava haqqında məlumat
jurnalında qeyd olunmalıdır.
1.19.9. DNQT -də olarkən dənizdə çimmək, balıq tutmaq
və quş ovlamaq, spirtli içkilər qəbul etmək qadağandır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin