Азярбайъан республикасы


 Qaydaların şamil olduğu sahələr



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə2/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

1.1. Qaydaların şamil olduğu sahələr, 
əhatə dairəsi və məqsədi
1.1.1. Bu Qaydalar neft, qaz və qazkondensat
quyularının qazılması, yataqlarının işlənilməsi, neftqazçıxarma
sənayesinin istehsalat və texnoloji proseslərinin
layihələndirilməsi, qurğu, avadanlıq, alət və nəzarət-ölçü
cihazlarının (NÖC) konstruksiya edilməsi, bu işlərin görülməsi
üçün kadrların hazırlanması ilə məşğul olan mülkiyyət
formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlara, o
cümlədən Azərbaycan Respublikasının ərazisində və Xəzər
dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda
fəaliyyət göstərən AR DNŞ-in tabeliyində olan yerli neft-
qazçıxarma müəssisələrinə şamil edilir.
1.1.2. Əməyin təhlükəsizliyi üzrə normativ sənədlərə 5
ildə bir dəfə və həmçinin yeni texnoloji proseslər, qurğular,
maşın və aparatlar tətbiq edildikdə yenidən baxılmalıdır.
1.1.3. Bu Qaydalarda əksini tapmamış məsələlər üzrə
müvafiq normativ-texniki və rəhbər sənədlər rəhbər
tutulmalıdır.
1.1.4. Bu Qaydalar qüvvəyə mindikdən sonra razılaşdır-
maq və təsdiq üçün müvafiq təşkilatlara təqdim olunmuş
obyektlərin, texnika və texnologiyaların layihələri bu
Qaydaların tələblərinə uyğun olmalıdır.
1.1.5. Avadanlıqlara (işlənilən və alınan), texniki
vasitələrə və texnologiyalara (o cümlədən Respublikaya
xaricdən gətirilmiş) olan təhlükəsizlik tələbləri Bu Qaydalar
təsdiq olunduğu andan qüvvəyə minir.
6


1.1.6. Bu Qaydalarda hər-hansı bir dəyişikliklərin və on-
lara əlavələrin edilməsi, mütəxəssislər tərəfindən müvafiq
təkliflərə baxıldıqdan, lazımi qaydada razılaşdırıldıqdan və
təsdiqləndikdən sonra həyata keçirilir.
1.2. Qaydaların pozulmasına görə məsuliyyət
1.2.1. Müəssisələr obyektin layihələndirilməsi, tikintisi, is-
tismarı, konservasiyası və ləğvi mərhələlərində bu Qaydaların
tələblərinə əməl etmədiklərinə görə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
1.2.2. Bu Qaydaların tələblərini pozmuş müəssisə rəhbəri
və mütəxəssislər, o cümlədən layihə, konstruktor və elmi-təd-
qiqat müəssisələrinin işçiləri Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
1.2.3. Işçilər yerinə yetirdikləri işin təhlükəsizlik
tələblərinə əməl etmədiklərinə görə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin