Азярбайъан республикасы


 Qurğular, avadanlıqlar, mexanizmlər və



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə5/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

1.5. Qurğular, avadanlıqlar, mexanizmlər və
alətlər
1.5.1. Yenidən işlənilmiş, modernləşdirilmiş və təkmilləş-
dirilmiş qurğuların, avadanlıqların və alətlərin işlənilməsi və is-
tifadə edilməsi AzDƏMTTETI tərəfindən sənaye təhlükəsizliyi
ekspertizası aparıldıqdan sonra və Azdövdağtexnəzarət Komi-
təsinin icazəsi ilə həyata keçirilməlidir.
1.5.2. Qurğuların, avadanlıqların, mexanizmlərin,
alətlərin, nəzarət ölçü cihazlarının istismarı

180

-ə müvafiq
tərtib edilmiş istismar üzrə təlimatlara uyğun yerinə
yetirilməlidir. Xaricdə istehsal olunmuş qurğu, avadanlıq və
alətlər istehsalçı firmaların texniki sənədlərinə uyğun olaraq
istismar edilməlidir.
1.5.3. Texnoloji sistemlər, onların ayrı-ayrı elementləri,
avadanlıqlar təhlükəsiz istismarı təmin edən zəruri tənzimləmə
vasitələri ilə və bloklayıcılarla təchiz edilməlidir.
1.5.4. Partlayış təhlükəli texnoloji əməliyyatların, bütün
iş rejimlərində nəzərdə tutulmuş son yol verilən
parametrlərdən kənaraçıxma hallarında partlayış təhlükəli
mühitin və digər qəza hallarının yaranmasının qarşısını alan və
prosesin təhlükəsiz dayandırılmasını və ya təhlükəsiz
vəziyyətə keçirilməsini təmin edən avtomatik tənzimləmə və
qəzaların qarşısını alan sistemləri olmalıdır.
1.5.5. Təhlükəli istehsalat obyektlərində istifadə olunan
yükqaldırma maşın və mexanizmlərin görünən yerində
(oxunan) yükqaldırma qabiliyyəti, növbəti, texniki yoxlamanın
tarixi göstərilməlidir. Təzyiq altında işləyən qablarda, buxar
qazanlarında icazə yerilən təzyiq, növbəti texniki yoxlamanın
tarixi və qeydiyyat nömrəsi göstərilməlidir.
1.5.6. Avadanlıq, onun normal işini təmin edən,
istehsalçı zavodun layihəsinə və quraşdırma (istismar) üzrə
14


təlimatlarının tələblərinə uyğun olaraq möhkəm özül
üzərində qoyulmalıdır.
1.5.7. Partlayışyanğın təhlükəli sistemlər üçün (istismar
prosesində titrəyişə məruz qalan avadanlıqlar və boru
kəmərləri) layihədə titrəyişi azaldan, avadanlıqların
yerdəyişməsini (qəzaya səbəb ola biləcək), dağılmasını və
kipliyinin pozulmasını istisna edən tədbirlər nəzərdə
tutulmalıdır.
1.5.8. Yenidən quraşdırılmış, təkmilləşdirilmiş
(modernləşdirilmiş), əsaslı təmir edilmiş avadanlıqların
istismara buraxılması müəssisənin əmrinə əsasən həyata
keçirilməlidir.
1.5.9. Quraşdırma, texniki yoxlama və ya istismar
zamanı avadanlıqda texniki istismar və təhlükəsizlik
qaydalarının tələblərinə uyğunsuzluq aşkar edilərsə, o,
istismardan çıxarılmalıdır. Onun istismarına, aşkar edilmiş
çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra icazə verilir.
1.5.10. Avadanlığın konstruksiyasında dəyişiklik, bu ava-
danlığı istehsal və layihə edən təşkilatın və onun istehsalına
icazə vermiş Dövlət orqanının razılığından sonra edilə bilər.
Modernləşdirilmiş avadanlığın istifadəsinə sənaye təhlükəsizliyi
ekspertizasının müsbət rəyi olduqda icazə verilir.
1.5.11. Işləyənlər üçün təhlükə mənbəyi olan
avadanlığın elementləri, tərtibatlar, hissələr, bəndlər, habelə
çəpər və mühafizə qurğularının səthləri müvafiq siqnal
rəngində olmalıdır.
1.5.12. Avadanlıqların (aparatlar, boru kəmərlərinin mü-
vafiq hissələri və s.) işə salınması və dayandırılması zamanı
texnoloji sistemdə partlayış təhlükəli qarışıqların, habelə hidrat
əmələ gəlməsinin və ya mayelərin donmasının qarşısını almaq
üçün tədbirlər (təsirsiz qazla üfürülmə, üfürülmənin səmərəli
olmasına nəzarət və s.) nəzərdə tutulmalıdır.
15


1.5.13. Avadanlığın gərginlik altına düşə bilmə ehtimalı
olan metal hissələrində mühafizə yerləbirləşdirilməsi ilə birləş-
dirilmək üçün görünən konstruktiv element nəzərdə
tutulmalıdır. Bu elementin yanında «Yer»in rəmzi işarəsi təsvir
edilməlidir.
1.5.14. Avadanlığın xarici səthinin və istilikdən izolə örtü-
yünün temperaturu, tətbiq olunan ən çox partlayışyanğın təhlü-
kəli məhsulun öz-özünə alışma temperaturundan çox olmama-
lıdır. 
Istismar zamanı konstruksiyanın elementlərinin və boru
kəmərlərinin səthlərinin temperaturu 45
0
C-dən artıq olarsa,
həmin yerlər çəpərlənməli və ya xidmət heyətinin təmasda
olma ehtimalı olan sahələr istilikdən izolə olunmalıdır.
1.5.15. Nasos və ya kompressorların vurucu və sorucu
boru kəmərlərində qoyulmuş bağlayıcı, kəsici (ayırıcı) və
qoruyucu qurğular nasosa (kompressora) maksimum
yaxınlaşdırılmalı, xidmət üçün rahat və təhlükəsiz olan zonada
yerləşdirilməlidir.
1.5.16. Boru kəmərlərində quraşdırılmış bağlayıcı arma-
turlarda (siyirtmələrdə, kranlarda) «Açıqdır» və «Bağlıdır»
vəziyyət göstəriciləri olmalıdır.
Quyularda, kameralarda və ya xəndəklərdə (qanovlarda)
yerləşdirilmiş bağlayıcı armaturun quyuya və ya xəndəyə (qa-
nova) xidmət heyəti üzvlərinin düşmədən
(enmədən)armaturun açılmasına (bağlanmasına) imkan verən
rahat intiqalı olmalıdır.
1.5.17. Mərkəzdənqaçma
nasoslarının

kompressorların vurucu boru kəmərlərində əks klapan və ya
nəql edilən maddələrin əks (geriyə) istiqamətdə
yerdəyişməsinin qarşısını alan digər qurğu, lazım gələrsə
qoruyucu klapan da nəzərdə tutulmalıdır.
1.5.18. Tezalışan və yanar mayelərin vurulması üçün isti-
fadə edilən nasoslar (onların iş parametrlərinin pozulması haq-
16


qında) xəbərdaredici siqnalverici vasitələrlə təchiz
edilməlidirlər. Təhlükəsiz iş parametrlərinin son həddi texnoloji
reqlamentlər və avadanlıqların istismarı üzrə təlimatlarla
müəyyən edilməlidir.
1.5.19. Stasionar texnoloji boru kəmərləri quraşdırıldıq-
dan, habelə qaynaqlama tətbiq etməklə təmirdən sonra kipliyə
sınanılmalıdır. Korroziya və temperatur prosesləri nəzərə alın-
maqla sınanılmanın dövrülüyü və şərtləri layihə ilə müəyyən
edilir. Sınanma təzyiqi işçi təzyiqdən 1,25 dəfə artıq olmalıdır.
1.5.20. Bucurqadların, kranların və digər yükqaldırma
mexanizmlərinin yükqaldırma məhdudlaşdırıcıları, habelə
yükün və mexanizmin öz-özünə hərəkətinə imkan verməyən
etibarlı əyləc qurğuları və təsbitləyiciləri olmalıdır. Bu tələblər
əl talına (bucurqadına) şamil edilmir.
1.5.21. Avadanlıqların, mexanizmlərin dəstində işin ra-
hatlığını və təhlükəsizliyini təmin edən, tezyeyilən və tez-tez
dəyişdirilən hissələri və bəndləri yenisi ilə əvəz etmək üçün
xüsusi tərtibat və ya qurğular nəzərdə tutulmalıdır.
1.5.22. Maşın və avadanlıqların bərkidici bənd və hissələ-
rində öz-özünə açılma (boşalma) və ayrılmaların qarşısını alan
tərtibatlar (əks qaykalar, şplintlər, pazlar və b.) olmalıdır. Isti-
fadənin zəruriliyi və tərtibatların tipləri layihə konstruktor
sənədləri ilə müəyyən edilir.
1.5.23. Qurğular, avadanlıqlar, mexanizmlər, alətlər
nasaz vəziyyətdə və ya təhlükəsizlik quruluşları (bloklayıcı,
təsbitləyici, siqnalverici tərtibat və cihazlar) nasaz olduqda,
habelə işçi parametrləri pasportdakından fərqli olduqda
onların istismarı qadağandır.
1.5.24. Avadanlığın təmiri yalnız onu elektrik
şəbəkəsindən açdıqdan, qalıq təzyiqini buraxdıqdan, hərəkət
edən hissələr dayandırıldıqdan və təsadüfən onları hərəkətə
gətirən ağırlıq qüvvəsi və ya digər amillərə qarşı tədbirlər
17


görüldükdən sonra aparılmalıdır. Işəsalma qurğusunda mütləq
«Işə salmayın, adamlar işləyir» plakatı asılmalıdır.
1.5.25. Qazma, neft-mədən avadanlıqları, həmçinin
energetik qurğular və polad konstruksiyalar dövri olaraq,
dağıdıcı olmayan üsulla [255, 256]–ya uyğun sınaqdan
(defektoskopiya) keçirilməlidir.
1.5.26. Avadanlıqların, alətlərin, polad konstruksiyaların
siyahısı və sınaqdan keçirilmə müddətləri Azdövdağtexnəzarət
Komitəsi ilə razılaşdırılmaqla, onları istismar edən təşkilat tərə-
findən müəyyən edilməlidir.
1.5.27. Avadanlıqların, alətlərin, nəzarət ölçü cihazlarının
istismardan çıxarılması qərarı fiziki yeyilmə göstəricisi, korrozi-
ya və ya defektoskopiyanın nəticələri nəzərə alınmaqla qəbul
edilməlidir. 
Avadanlıqların istismardan çıxarılma meyarı (ölçüsü) onu
işləyən və ya istehsalçı müəssisə tərəfindən müəyyən edilir və
istismar üzrə olan təlimatda nəzərə alınır.
1.5.28. Texniki quruluşların, avadanlıqların və qurğuların
təhlükəsiz istismar müddətinin artırılması mümkünlüyünün
təyini üzrə işləri ekspert təşkilatı yerinə yetirir.
1.5.29. Təhlükəli istehsalat obyektlərində istifadə edilən
istismar avadanlıqlarının, alətlərin və polad konstruksiyaların
sertifikatlaşdırılması müəyyən edilmiş qaydada həyata keçirilir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin