-hörüklərindən biri qırılmışdırsa, əzilmişdirsə, kanatın bir
və ya bir neçə hörüyündə tellər əzilmişdirsə;
-kanatın və ya hörüyün özəyi əzilmişdirsə;
-kanatda dalğaya və zənbiləbənzər şəkilli deformasiyalar
vardırsa, kanatın diametri artıb və ya azalmışdırsa (yerli);
-diametri 20mm-ə qədər olan kanatın bir addımında qırıl-
mış tellərin sayı bütün tellərin sayının 5%-dən çox olarsa,
diametri 20mm-dən çox olan kanatda isə qırılmış tellərin sayı
bütün tellərin sayının 10%-dən çoxdursa;
-kanatda burulma («juçok») vardırsa;
-səthi yeyilmə, korroziya nəticəsində kanatın diametri
7% və daha çox azalmışdırsa;
-kanatın xarici tellərinin diametri yeyilmə, korroziya nəti-
cəsində 40% və daha çox azalmışdırsa;
-onun üzərində yüksək temperatur şəraitində olmaq izləri
(rənginin dəyişməsi, yanıq) və ya elektrik qısa qapanması
(elektrik qövsündən ərimə) izləri vardırsa.
1.6.6. Qazma qurğularında, əsaslı və cari təmirdə,
traktor-qaldırıcıda və digər yerlərdə calanmış kanatlardan
istifadə edilməsi qadağandır.
1.6.7. Tal kanatlarının, həmçinin vışkaların, dorların qal-
dırılması üçün istifadə edilən kanatların, dartıcıların, qoruyucu
kanatların elektrik qaynağı vasitəsi ilə kəsilməsi qadağandır.
Kanatların kəsilməsini mühafizə eynəkləri (maska) tətbiq
etməklə xüsusi tərtibatdan (kanatkəsən) istifadə edərək
yerinə yetirmək lazımdır.
Dostları ilə paylaş: