1.8.1.3. Yüklərin və yükləyici mexanizmlərin anbarların
rampalarında saxlanılmasına yol verilmir. Rampaya boşaldılmış
materiallar anbarda işin sonunadək yığışdırılmalıdır.
1.8.2. Asan alışan və yanar maye anbarları
1.8.2.1. Anbarların quruluşu qüvvədə olan norma və qay-
daların tələblərinə cavab verməlidir.
1.8.2.2. AAM və YM açıq anbarları istehsalat sexləri və
yaşayış məntəqələrinə nisbətən aşağı səviyyəli meydançalarda
yerləşdirilməlidir. Meydançaların qəza zamanı
mayenin
axmasının qarşısını alan bəndi olmalıdır.
1.8.2.3. Anbar otaqlarının daxili taxta konstruksiyaları
odadavamlı tərkiblə işlənməlidir.
1.8.2.4. Qablaşdırılmış neft məhsulları saxlanılan anbar-
larda çəlləklər zərbə almamalı, tıxacları yuxarı olmaqla
ehtiyatla yığılmalıdır. Anbarlarda bilavasitə neft məhsulları ilə
doldurma işlərinin aparılması və qablaşdırılma materiallarının
və taralarının saxlanılması qadağandır.
1.8.2.5. Boşaltma və doldurma boru xətlərinə və dayaq-
larına müntəzəm baxış keçirilməli və onların profilaktiki təmiri
aparılmalıdır. Boşaltma-doldurma qurğularında
aşkar olunan
sızma dərhal aradan qaldırılmalıdır. Əgər bu mümkün deyilsə,
boşaltma qurğusunun nasaz hissəsi bağlanmalıdır.
1.8.3. Kimyəvi maddələr anbarı
1.8.3.1. Anbarın xidməti heyəti kimyəvi maddələrin və
reaktivlərin saxlanılması üzrə təhlükəsizlik tələblərini bilməlidir.
33
1.8.3.2. Anbarlarda kimyəvi maddələrin ən xarakterik xü-
susiyyətləri (oddan təhlükəli, zəhərli, kimyəvi aktiv və s.) gös-
tərilməklə onların yerləşdirilmə planı işlənilməlidir.
1.8.3.3. Eyni fiziki-kimyəvi və yanğın
təhlükəli
xüsusiyyətli kimyəvi maddələr bir yerdə saxlanılmalıdır.
Bu məqsədlə anbarlar bir-birindən yanmayan bütöv
divarlarla (arakəsmələrlə) izolə edilmiş ayrıca otaqlara
bölünməlidir.
1.8.3.4. Kimyəvi maddələr anbarlarında kimyəvi maddələ-
rin saxlanılması ilə əlaqəsi olmayan işlərin aparılması qadağandır.
1.8.3.5. Güclü təsiredici
zəhərli maddələrin
saxlanılmasına, yalnız onlar üçün mövcud olan xüsusi
qaydalara ciddi riayət edilməklə yol verilir.
1.8.3.6. Kimyəvi maddələrlə bağlı
işlər səliqəli
aparılmalıdır ki, qablaşdırma materialı zədələnməsin.
Içərisində kimyəvi maddə olan hər bir taranın yazısı və
ya adı göstərilən birkası olmalıdır.
1.8.3.7. Hava, su, yanar maddələrlə kontaktda olarkən
öz-özünə alışmaya meylli və ya partlayış təhlükəli qarışıq
əmələ gətirə bilən kimyəvi reaktivlər, bu tip kontaktda olma
imkanı, həmçinin həddən artıq yüksək temperatur və mexaniki
təsir tam istisna olmaqla xüsusi şəraitdə saxlanılmalıdır.
Güclü təsirə malik oksidləşdiricilər (maqnezium-xlorat,
kalsium xlorat-xlorid, hidrogen piroksid və s.) digər kimyəvi
maddə və reaktivlərdən tam izolə edilməklə saxlanılmalıdır.
1.8.3.8. Kimyəvi maddələrin çəkilib qablaşdırılması xüsusi
otaqlarda aparılmalıdır. Dağılmış və ətrafa səpələnmiş maddələr
təcili yığışdırılmalı və zərərsizləşdirilməlidir. Qablaşdırma mate-
rialları (kağız, yonqar, lif, pambıq) xüsusi otaqlarda saxlanıl-
malıdır.
1.8.3.9. Yanğın zamanı əriyə bilən kimyəvi maddələr sax-
lanılan otaqlarda ərintinin sərbəst axmasının qarşısını alan
qurğu (bortlar, panduslu kəndarlar) nəzərdə tutulmalıdır.
34
1.8.3.10. Şüşə qablar, çəlləklər, reaktivli barabanlar açıq
meydançalarda hər birində 100 ədəddən çox olmayan qruplar
halında yerləşdirilməli və bu qruplar arasındakı məsafə 1m-
dən az olmamalıdır. Hər bir qrupda məhsul yalnız müəyyən
növ üzrə saxlanılmalı və bu da uyğun işarəli yazılarla qeyd
olunmalıdır. Meydançalar yaxşı hamarlanmalı və səddlərlə
çəpərlənməlidir. Açıq meydançalardakı
reaktiv dolu şüşə
qablar günəş şüalarının təsirindən qorunmalıdır.
1.8.3.11. Azot və kükürd turşusunun saxlanılmasında on-
ların taxta, çubuq və digər üzvü mənşəli maddələrlə təmasda
olmasının qarşısı alınmalıdır.
1.8.3.12. Turşular saxlanılan anbarlarda,
təsadüfən
tökülən turşunun dərhal neytrallaşdırılması üçün hökmən hazır
təbaşir, əhəng və ya soda məhlulu saxlanılmalıdır. Turşuların
saxlanılma yerləri nişanlanmalıdır.
1.8.3.13. Yükləmə-boşaltma işlərində istifadə olunan av-
tonəqliyyatın işin sonunda anbarların ərazisində saxlanılması
qadağandır.
Dostları ilə paylaş: