1.9.1.2. Işçi zonada zərərli qazlara nəzarət, onların təhlü-
kəlilik dərəcəsindən asılı
olaraq qüvvədə olan normativ
sənədlərin [99] tələblərinə müvafiq təşkil olunmalıdır.
1.9.1.3. Yol verilən qatılığı (YVQ) məlum olmayan zərərli
maddələrin (kimyəvi reagentlərin) tətbiqi qadağandır.
1.9.1.4. Müvafiq fərdi mühafizə vasitələri olmayan
şəxslərin zərərli maddələrlə işləməsi qadağandır.
1.9.1.5. Hər bir idarə
və müəssisədə əmrlə kimyəvi
reagentlərin saxlanılması, işlənilməsi və lazımi qaydada sənəd-
ləşdirilməsi üçün cavabdeh şəxs təyin olunmalıdır.
1.9.1.6. Zərərli maddələr və kimyəvi reagentlər qüvvədə
olan müvafiq normativ sənədlərin tələblərinə cavab verən an-
barlarda saxlanılmalıdır.
1.9.1.7. Zərərli maddələri daşıyan nəqliyyat vasitələri
xüsusi xəbərdaredici yazılarla təchiz olunmalıdır.
1.9.1.8. Zərərli maddələr saxlanılan
anbarlar siqnal və
avtomatik yanğınsöndürmə sistemləri ilə təchiz olunmalı, ilkin
yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
1.9.2. Qələvi və turşularla əlaqəli işlər
1.9.2.1. Qələvi və turşularla işləyərkən avadanlıqların,
boru kəmərlərinin və armaturların flans birləşmələri örtüklə
bağlanmalıdır.
1.9.2.2. Qələvi və turşuların
səviyyəsini ölçən qurğular
elə quraşdırılmalıdır ki, işçilərin tutumun üstünə qalxması
istisna olunmuş olsun.
1.9.2.3. Qələvi və turşular saxlanılan tutumlara dövri ola-
raq baxış keçirilməlidir. Bütün aşkar olunmuş qüsurlar dərhal
aradan qaldırılmalıdır.
39
1.9.2.4. Kaustik sodanı əl ilə bölmək (xırdalamaq) qada-
ğandır. Onu xüsusi tutumda buxara verməklə yumşaltmaq la-
zımdır.
1.9.2.5. Kaustik sodanı buxara verərkən,
işçilərin
qələvinin sıçrantılarından (damcılarından) və ya buxardan
yanıq almaması üçün, barabanın altına verilən buxarı ehtiyatla
buraxmaq lazımdır.
1.9.2.6. Qələvinin buxara
verilməsini müşahidə etmək
üçün, buxarın verilməsini dayandırmadan barabanı əymək
qadağandır.
1.9.2.7. Barabanların buxara verilməsi üçün onların
tutuma qaldırılması mexanikləşdirilməlidir.
1.9.2.8. Müxtəlif qatılıqlı turşuların, onların saxlanıldığı
tutumlarda qarışdırılması qadağandır.
1.9.2.9. Ammonyak, qələvi və turşu məhlullarının hazır-
lanmasından əvvəl tutumların, boru kəmərlərinin, ventillərin,
siyirtmələrin sazlığı yoxlanılmalıdır.
1.9.2.10. Sulfat turşusunu su ilə qarışdırmaq üçün
turşunu suyun üzərinə yavaş-yavaş tökmək lazımdır.
1.9.2.11. Qələvi, ammonyak və ya turşu dərinin üzərinə
düşərsə, dərhal həmin yer yetərincə su ilə yuyulmalı,
neytrallaşdırıcı vasitələrlə işlənməli və tibb məntəqəsinə
müraciət olunmalıdır.
1.9.2.12. Ammonyakın 25% sulu məhlulu ilə işlər görü-
lərkən qələvilərə tətbiq olunan eyni
təhlükəsizlik tələblərinə
riayət olunmalıdır.
1.9.2.13. Qələvi, turşu və göz üçün təhlükəli digər mad-
dələrlə işləyərkən mühafizə eynəyindən istifadə olunmalıdır.
Eynəksiz işləmək qadağandır.
Dostları ilə paylaş: