1.9.5.5. Metanolun boşaldılmasından sonra tutumlar,
şlanqlar dərhal çoxlu miqdarda su ilə yuyulmalıdır.
1.9.5.6. Metanolun vurulmasında istifadə olunan boru
kəmərlərini, nasosları və şlanqları
digər mayelərin
vurulmasında istifadə etmək qadağandır.
1.9.5.7. Metanolu metanol qurğusuna vurmazdan əvvəl
onun bütün hissələrinin,
flans birləşmələrinin, siyirtmələrin,
qoruyucu klapanların, monometrlərin və digərilərinin sazlığı
yoxlanılmalıdır.
Metanol qurğusunda aşkar olunmuş nasazlıqlar dərhal
aradan qaldırılmalıdır.
Metanolun qurğuya vedrələrlə və analoji qablarla dol-
durulması qadağandır.
1.9.5.8. Metanol qurğusu yalnız
onda olan təzyiq
atmosfer təzyiqinə çatdırıldıqdan sonra, metanolla
doldurulmalıdır.
1.9.5.9. Xüsusi dayaqlar üzərində quraşdırılmış işçi
metanol çəninə qalxmaq
üçün nərdivandan istifadə
edilməlidir.
1.9.5.10. Əgər metanol tutumunda təzyiqin nəzərdə
tutulan təzyiqdən yuxarı qalxması
təhlükəsi mövcuddursa,
onun üzərində qoruyucu klapan quraşdırılmalıdır.
1.9.5.11. Metanol çəninin boru kəməri donubsa, onu
işlək sistemdən ayırdıqdan sonra
buxar və ya isti su ilə
qızdırmaq lazımdır. Açıq oddan istifadə etməklə onu qızdırmaq
qadağandır.
1.9.5.12. Metanolla işləyərkən [38, 83, 254]–ün
tələbləri yerinə yetirilməlidir.
45