a) görüləcək işlərin xarakteri, baş verə biləcək təhlükəli
hallar və təhlükəsizlik tədbirləri;
b) qurğuların və quyu ağzının birləşmə sxemləri və ingi-
bitorların vurulmasının texnoloji rejimi;
c) qəza halları baş verərsə, görüləcək tədbirlər.
1.10.1.27. Işlərin təhlükəsizliyini təmin etmək üçün ingi-
bitoru vurmazdan əvvəl avadanlıqların, mexanizmlərin, siqnal,
nəzarət-ölçü cihazlarının və başqa qurğuların saz olmasını
yoxlamaq lazımdır.
1.10.1.28. Vurucu aqreqatı quyuağzı armatura birləşdir-
dikdən sonra basqı xəttinin germetikliyi reagent
vurulmamışdan əvvəl su ilə gözlənilən işçi təzyiqdən 1,5 dəfə
artıq təzyiqlə sınanmalıdır.
1.10.1.29. Ingibitor verilən zaman basqı xəttində əks
klapan, bağlayıcı qurğu, quyuağzı armaturda isə manometr ol-
malıdır. Əks klapan, bağlayıcı qurğu və manometr dozator na-
sosunda da qoyulmalıdır.
1.10.1.30. Ingibitoru quyuya vurarkən işçilərin quyu ağ-
zında və basqı xəttinin yaxınlığında dayanması qadağandır.
1.10.1.31. Ildırım çaxan zaman ingibitorun boşaldılması,
doldurulması və quyuya vurulması dayandırılmalıdır.
1.10.1.32. Ingibitorları quyuya vurarkən onların buxarla-
rının və qazlarının qurğuların yerləşdiyi sahədə və quyu
ağzında yol verilən qatılığı (YVQ) sanitariya normalarından çox
olmamalıdır. Qazların qatılığı səyyar qaz analizatoru ilə
ölçülməlidir. Qazların qatılığı YVQ-dən çoxdursa, onların
azaldılması üçün tədbirlər görülməlidir.
1.10.1.33. Ingibitorla işləyən zaman bu Qaydaların və
həmçinin [8, 9, 291]-in tələblərinə əməl olunmalıdır.
Dostları ilə paylaş: