meydançaların, çəpərlənmələrin mövcudluğunu və sazlığını
şəxsən yoxlamalıdır.
1.11.10. Işə başlamazdan əvvəl bu işlərə məsul şəxs
işçiləri işlərin yerinə yetirilməsi üsul və qaydalarına, mühafizə
vasitələrindən istifadə qaydalarına və zərərçəkmişlərə ilk tibbi
yardım göstərilməsinin üsul və qaydalarına dair
təlimatlandırmalıdır.
1.11.11. Qaz təhlükəli işlərdə zərbədən qığılcım əmələ
gətirməyən metaldan hazırlanmış alətlərdən istifadə
olunmalıdır.
Iş yerini işıqlandırmaq üçün 12V gərginlikli partlayışdan
mühafizəli daşınma çıraqlardan (fənərlərdən) istifadə olun-
malıdır.
1.11.12. Qazlı sahəyə (və ya qaynaq işləri aparılan yerə)
girməyə yalnız bu işlərə məsul rəhbərin icazəsindən sonra yol
verilir.
1.11.13. Otaqlarda, xəndəklərdə, bağlı yerldərdə, quyu-
larda (çalalarda) qaz təhlükəli işlər aparılan zaman təbii və ya
süni ventilyasiya yolu ilə etibarlı hava mübadiləsi təmin
olunmalıdır.
1.11.14. Partlayış təhlükəli otaqlarda və otaqlardan
xaricdə (açıq yerlərdə) yerləşən partlayış təhlükəli qurğularda
odlu işlərin (lehimləmə, qaynaq işləri və s.) və həmçinin
qığılcım əmələ gəlməsi ilə müşayiət olunan (elektrik sınaqları,
Dostları ilə paylaş: