Gərginlikli bolt birləşməsi və onun hesablanması Ə gər işçi qüvvə təsir etməzdən qabaq hissələri yığarkən boltda müəyyən baçlanğıc gərilmə qüvvəsi yaranarsa, belə bolt birləşməsinə gərginlikli bolt birləşməsi deyilir. Məsələn, yığma prosesində müəyyən təzyiq altında işləyəcək qurğuların flans boltları möhkəm bərkidilməlidir ki, işçi təzyiq yarandıqda qurğunun hermetikliyi pozulmasın: yığma zamanı qaykanı (5) burduqda bolyun oxu boyu
müəyyən Fb qüvvəsi yaranır. Bu qüvvə boltu dartıb flansı sıxır. Daxili təzyiqdən boltun oxu boyu əlavə qüvvə yaranır. Bolt dartılır, flans birləşməsinin sıxılması azalır. Bu halda əsasən iki şərtin ödənilməsi nəzərdə tutulur: 1.Kiplik şərti 2.Möhkəmlik şərti.
Əgər boltun sərtliyini C1 , flansın sərtliyini isə C2 ilə işarə etsək, onda birləşməni yığarkən boltu dartan qüvvə:
(187)
flansı sıxan qüvvə isə
(188)
olacaqdır. 3 cisminin müvazinət şərtinə əsasən yazarıq:
(189)
Qurğu işləyərkən daxili təzyiq P0– dan 3 cisminə işçi qüvvə Fi təsir edir. Bolt əlavə olaraq λi qədər dartılır, yığılma zamanı sıxılan flans isə λi qədər boşalır Onda 3 cismini müvazinət tənliyini aşağıdakı kimi yaza bilərik:
(190)
Digər tərəfdən deformasiyaların birgəliyi şərtindən: