Азярбайъан республикасы


 Ərazilərə, obyektlərə, binalara (otaqlara)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə10/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

1.7. Ərazilərə, obyektlərə, binalara (otaqlara) 
və iş yerlərinə olan tələblər
1.7.1. Müəssisənin ərazisi və orada qurğuların, binaların,
istehsalat obyektlərinin yerləşdirilməsi [41] –in tələbləri
nəzərə alınmaqla işlənilmiş layihəyə uyğun olmalıdır.
28


Müəssisənin ərazisi, ayrı-ayrı istehsalat obyektləri baş plan
üzrə planlaşdırılmalı, çəpərlənməli (nişanlanmalı), tikilməlidir.
1.7.2. Yeraltı kommunikasiyalar (kabel xətti, neft-qaz kə-
mərləri və s.) olan müəssisələrdə bu kommunikasiyaların müəs-
sisə rəhbərliyi tərəfindən təsdiq edilmiş faktiki yerləşmə sxemi
olmalıdır. Kommunikasiyaların faktiki yerləşməsinin layihədən
kənara çıxma halları olarsa, belə faktlar bu layihəni işləyən təşki-
latla razılaşdırılmalıdır. Yerlərdə yeraltı kommunikasiyalar xətt
boyunca və döngələrdə göstəricilərlə (reperlərlə) işarələnməlidir.
1.7.3. Boru kəmərlərinin avtomobil yolları və keçidlərlə
kəsişdiyi yerlərdə təhlükə haqqında xəbərdaredici nişanlar qo-
yulmalıdır. Belə yerlərdə boru kəmərləri müvafiq örtüklə
(kojux) örtülməlidir.
1.7.4. Bina və otaqların yanğın-partlayış və yanğın təhlü-
kəliliyi üzrə kateqoriyası bu Qaydaların 5.8.7 bəndinin
tələblərinə uyğun olaraq tikililərin layihələndirilməsi
mərhələsində layihə təşkilatı tərəfindən müəyyən edilməlidir.
1.7.5. Obyektlərdə istehsalat zərərliyi inşaat
normalarında müəyyən olunmuş həddən yüksəkdirsə, bu
zaman bu zərərliyin işçilərə təsirinin azaldılması üçün təşkilatı-
texniki tədbirlər həyata keçirilməlidir.
1.7.6. Istehsalat otaqları müvafiq SNiP, SN və yanğın
təhlükəsizliyi qaydalarına cavab verməlidir.
1.7.7. Cihazlar, aparatlar, avadanlıqlar, kommunikasiya-
lar, boru kəmərləri və s. elə yerləşdirilməlidir ki, onlara baxış
keçirmək, xidmət etmək və onları təmir etmək mümkün olsun.
1.7.8. Istehsalat obyektləri (sexlər, sahələr, qurğular və s.)
qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada istisma-
ra verilməlidir. Istehsalat otaqlarının ölçüləri [75]-ə uyğun olma-
lıdır.
1.7.9. Iş yerlərində, habelə zərərli (və ya təhlükəli) isteh-
salat amillərinin insana təsiri mümkün olan yerlərdə
xəbərdaredici nişanlar və yazılar olmalıdır. Iş yerlərində
29


təhlükəsizlik texnikası təlimatları, yanğın təhlükəsizliyi
təlimatları, həmçinin avadanlıqların, aqreqatların və s. istismar
təlimatları olmalıdır.
1.7.10. Iş yerində iş prosesinə və texnologiyasına
aidiyyatı olmayan maşın və avadanlıqların olmasına icazə
verilmir.
Iş yerləri, yollar və keçidlər mütəmadi olaraq
təmizlənməli və kənar əşyalarla qalaqlanmamalıdır.
1.7.11. Bina və obyektlərin ehtiyat çıxışı olmalıdır. Bütün
giriş və çıxışlar, dəhlizlər işçilərin təcili təxliyə olunması üçün
təmiz və boş olmalıdır. Çıxış qapıları xaricə açılmalıdır və qapı-
ların astanası olmamalıdır.
1.7.12. Bina və obyektlərin ətraf ərazisi abad olmalı və mü-
vafiq sanitar və yanğın təhlükəsizliyi normalarına cavab verməli-
dir.
1.7.13. Obeyktlərdə olan su qüllələrinin, onlara gələn və
çıxan su kəmərlərinin və digər yerüstü su kəmərlərinin qışda
donmaması üçün istilik izolyasiyası olmalıdır.
1.7.14. Binalarda, qurğularda hər hansı bir əşyanın
düşmə ehtimalı varsa, həmin yerlərdə təhlükəsizlik sərhəddi
müəyyən edilməlidir. Elektrik cərəyanı ilə vurma (xəsarətalma)
təhlükəsi olan yerlərdə də təhlükəsizlik sərhəddi müəyyən
edilməlidir.
1.7.15. Daim təhlükəli olan istehsalat ərazilərinə kənar
şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin yerlər çə-
pərlənməlidir.
1.7.16. Maşın və mexanizmlərin hərəkət edən hissələri
üçün təhlükəsizlik zonasının sərhəddi, əgər istehsalçı zavod
tərəfindən həmin avadanlıqların pasportunda və ya
təlimatında daha sərt tələblər irəli sürülməyibsə 5,0 metr
müəyyən edilir. 
30


1.7.17. Istehsal təyinatlı iş yerlərində havanın
temperaturu, nisbi rütubəti və onun hərəkət sürətinin optimal
normaları [99]-a uyğun olmalıdır.
1.7.18. Buxarların, qazların və tozların ayrılması mümkün
olan bağlı otaqlarda və həmçinin texnoloji proseslərin dəyişil-
məsi hallarında hava mühitinə daima nəzarət aparılmalıdır.
Hava mühitinin vəziyyəti haqqında məlumatlar iş yerlərində
qeyd edilməli və obyektin işinin əsas texnoloji göstəriciləri ilə
birgə dispetçer məntəqəsinə çatdırılmalıdır.
1.7.19. Binalarda və binalardan kənarda yerləşən iş yerləri,
texnoloji avadanlıqlar, yollar, keçidlər, dəhlizlər, pilləkənlər və s.
sutkanın qaranlıq vaxtı [47, 211]–ə uyğun olaraq işıqlandırılma-
lıdır.
1.7.20. Işçi işıqlandırılması ilə yanaşı obyektlərdə qəza
və təxliyə işıqlandırılması da olmalıdır. Qəza və təxliyə
işıqlandırma çıraqları müstəqil mənbədən qidalandırılmalıdır. 
Stasionar qəza və təxliyə işıqlandırma çıraqlarının
əvəzinə partayış mühafizəli akkumulyatorlu daşınma (əl)
çıraqlardan istifadə etməyə icazə verilir.
1.7.21. Ayrı-ayrı mexanizmlər arasındakı məsafə 1 m-
dən, işçi keçidlərin (proxod) eni isə 0,75 m-dən az
olmamalıdır. Səyyar və modul-bloklu qurğular və aqreqatlar
üçün işçi keçidin eni 0,5 m-dən az olmamalıdır.
1.7.22. Yanğın-partlayış təhlükəli istehsalat sahələrində
(neftin hazırlanması qurğuları, rezervuar parkları və s.) taxta
döşəmələrin tətbiqi qadağandır.
1.7.23. Aparatların, boru kəmərlərinin və s. isti səthləri
ilə insanların toxunma (yanıqalma) ehtimalı olan yerlərdə,
onların səthi izolyasiya edilməli və ya çəpərlənməlidir.
1.7.24. Boru kəmərlərinin və kommunikasiyaların avto-
mobil və keçid yolları ilə kəsişdiyi yerlərdə, onlar dayaqlar
üzərində 4,5 m yüksəklikdə quraşdırılmalıdır.
31


Bu sahələrdə boru kəmərlərində və kommunikasiyalarda
olan izolyasiya materiallarının zədələnərək düşməsinin
qarşısını alan talvarlar və ya hər hansı başqa bir qurğu
quraşdırılmalıdır.
1.7.25. Sanitar və yanğın təhlükəsizliyi qaydalarına
uyğun olaraq istehsalat obyektləri məişət və istehsalat zərurəti
üçün su ilə təmin olunmalıdır.
1.7.26. Binalarda və istehsalat obyektlərinin ərazilərində
siqaret çəkmək üçün xüsusi yerlər müəyyən edilməlidir.
1.7.27. Növbə ərzində istehsalat müəssisəsində işləyən
qadınların sayı 15 nəfərdən az olmadıqda onlar xüsusi
gigiyena otağı ilə təmin olunmalıdırlar.
1.7.28. Müəssisənin balansında olan bütün maşınların, me-
xanizmlərin, avadanlıqların və qurğuların inventar nömrəsi və pas-
portu olmalı və onlar xüsusi jurnallarda qeydiyyata alınmalıdır.
1.7.29. Yeni tikilən (quraşdırılan), yenidən qurulan, istis-
mara verilən və əsaslı təmir olunmuş obyektlərin istismara ve-
rilməsi Dövlət nəzarət orqanlarının iştirakı ilə keçməli və bu
haqqda onlara əvvəlcədən rəsmi məlumat verilməlidir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin