rəhbərlik etmək üçün həmin sahələr üzrə müvafiq təhsili olan
(mütəxəssis) və təhlükəsizlik texnikası üzrə bilikləri yoxlanılmış
şəxslər buraxılırlar. Bu tələb həmçinin xarici ölkələrdən olan
mütəxəssislərə də aiddir.
1.4.7. Fəhlə peşələri üzrə
işləyən ali və orta ixtisas
təhsilli mütəxəssislərin, o cümlədən ali və orta ixtisas təhsil
müəssisələrinin praktikantlarının, sərbəst olaraq işə
buraxılması üçün, fəhlə peşələri üzrə müvafiq vəsiqələri
olmalıdır.
1.4.8. Əsas peşələrin fəhlələri,
tələb olunan səviyyədə
öyrədildikdən, iş yerində təcrübə keçdikdən, bilikləri
yoxlanıldıqdan, istehsalat təlimi keçdikdən sonra və müəyyən
işlərin yerinə yetirilməsi hüququnu verən vəsiqəsi olduqda
onlara sərbəst işləməyə icazə verilir.
1.4.9. Kompleks briqadaların işçilərinin (işin
xüsusiyyətinə görə bir neçə peşə üzrə iş görən)
müvafiq
ixtisasları (kvalifikasiyası) olmalı və həmçinin əsas və əlavə
(əvəzçi) peşələr üzrə icazəsi olmalıdır.
1.4.10. Müəssisənin işçiləri fərdi mühafizə vasitələrindən
(FMV) təyinatı üzrə düzgün istifadə etməyi bacarmalı, həyəcan
siqnalları üzrə hərəkət (davranış) qaydalarını bilməli və
bədbəxt hadisələr zamanı xəsarətalanlara həkiməqədər ilk
yardım etməyin üsul və qaydalarını
mükəmməl bilməli və
onları tətbiq etməyi bacarmalıdır.
1.4.11. Işçilərin təhlükəsiz iş görülməsinə dair biliklərinin
yoxlanılması hər il keçirilməlidir.
Yeni texnika, texnologiya, avadanlıq və ya təhlükəsizlik
texnikası qaydaları tətbiq edildikdə, həmçinin xəsarətalmaya
səbəb olmuş və ya olmamış fövqəladə hadisə baş verdikdə
müvafiq işçilərə təhlükəsizlik texnikası üzrə növbədənkənar
təlimat keçirildikdən sonra onların bilikləri yoxlanılmalıdır. Bu
haqda müvafiq jurnalda qeydlər aparılmalıdır.
12
1.4.12. Müəssisələrdə işçilər vaxtaşırı olaraq (Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş
müddətdə) yerinə yetirdikləri işlər və peşələr nəzərə alınmaqla
tibbi müayinədən keçməlidirlər.
1.4.13. Elektrik qurğuları və avadanlıqlarına xidmət edən
işçilər «Istehlakçıların elektrik qurğularının texniki istismar Qay-
daları»nda və «Istehlakçıların elektrik qurğularının istismarında
təhlükəsizlik texnikası Qaydaları»nda nəzərdə tutulmuş həcmdə
və müddətdə təlimatlandırılır və onların bilikləri yoxlanılır.
1.4.14. Elektrotexnoloji qurğulara xidmət edən və elekt-
rikləşdirilmiş aqreqatları işə salan və açan (dayandıran) və
həmçinin elektrik alətləri ilə işləyən
işçilər təhlükəsizlik
texnikasına dair müvafiq təlimat keçməli və onların elektrik
təhlükəsizliyi üzrə ən azı II qrupu olmalıdır.
Köməkçi avadanlıqların (transformatorlar, tezliyi dəyişən-
lər, mühafizə-açıcı quruluşları və s.) şəbəkəyə qoşulmasını və
açılmasını qrupu III-dən az olmayan elektrotexniki heyət
yerinə yetirməlidir.
1.4.15. Qazanxanalara, yükqaldırıcı kranlara, təzyiq altın-
da işləyən qablara və digər spesifik avadanlıq və qurğulara xid-
mət edən işçilər müvafiq Qaydaların tələblərində nəzərdə tutul-
duğu həcmdə və müddətdə təlimatlandırılır və bilikləri yoxlanı-
lır.
1.4.16. Neft, qaz və qaz - kondensat quyularının qazılması
və istismarı, layihələndirilməsi və tikintisi, neft, qaz və qaz -
kondensatın nəqli və saxlanılması ilə məşğul olan müəssisələrin
və həmçinin yardımçı müəssisələrin rəhbərlərinin və mühəndis-
texniki işçilərinin bu Qaydaların və bununla yanaşı müvafiq nor-
mativ sənədlərin tələblərini bilmələrinə dair bilikləri yoxlanılma-
lıdır.
Biliklərin yoxlanilması [36] uyğun aparılmalıdır.
13