boşaltma zamanı təhlükəsizliyi təmin edən xüsusi vasitələrlə
təchiz olunmuş konteynerlərdə yerinə yetirilməlidir.
Kran gəmisinin kabinəsi DNQT-nin yük boşaldılan mey-
dançasından aşağıda yerləşdikdə, konteynerləri boşaldarkən
həmin meydançada, krançıya siqnal vermək üçün işçi (fəhlə)
olmalıdır. Həmin işçi təhlükəsiz yerdə dayanmalı, krançını və
konteynerin (yükün) boşaldılmasını görməlidir.
1.21.10. Təhlükəli yüklər (yanan və partlayış təhlükəli
maddələr, zəhərli və aşındırıcı maddələr və s.) saz və germetik
bağlı tutumlarda (qablarda) daşınmalı və yüklənib-
boşaldılmalıdır.
Belə təhlükəli yüklər bu məqsədlər üçün xüsusi olaraq
təchiz olunmuş gəmilərlə daşınmalıdır.
1.21.11. Estakadada daşınan yüklər, estakadanın keçid
ölçülərindən (avtomobilin enindən) kənara çıxmamalıdır.
1.21.12. Yuyucu məhlul DNQT-yə bağlı çənlərdə və ya
məhlulötürücü borularla nəql edilməlidir.
1.21.13. Estakadada yükdaşıyan avtomobillə işçiləri daşı-
yan avtomobil qarşılaşdıqda, yol (keçid) işçiləri daşıyan avto-
mobilə verilməlidir.
Dostları ilə paylaş: