Азярбайъан республикасы


D. 1.20. Heyətə olan tələblər. Öyrədilmə və



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə32/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   28   29   30   31   32   33   34   35   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. 1.20. Heyətə olan tələblər. Öyrədilmə və
təlimatlandırma
1.20.1. Dənizdə yerləşən obyektlərdə çalışan işçilərə
əlavə olaraq aşağıdakılar öyrədilməlidir:
üzmək;
dənizdə batan adama xilasetmə üsulları;
kollektiv və fərdi xilasetmə vasitələrindən istifadə qayda-
ları;
həyəcan siqnalları üzrə davranış (hərəkət).
1.20.2. DNQT-yə (DDÖ, ÜQQ, ÖQQ) ilk dəfə gəlmiş işçi-
lərə və həmçinin bir DNQT növündən digərinə (DDÖ-dən
ÜQQ-yə və s.) köçürülmüş işçilərə əlavə olaraq həmin
obyektlərdə işlərin xüsusiyyətləri öyrədilməli, aidiyyatı jurnalda
qeyd edilməklə müvafiq təhlükəsizlik texnikası təlimatı
keçirilməli və məsul şəxsin rəhbərliyi altında onlar bir həftə
ərzində təcrübə keçməlidir.
1.20.3. Səbəbindən asılı olmayaraq 60 gündən artıq
DNQT-də işləməmiş (fasilə vermiş) işçilər, işə çıxarkən tam
həcmdə təlimatlandırılmalıdır.
1.20.4. DNQT-nin qaldırıcı qurğularında işləməyə lazımi
proqram üzrə öyrədilmiş və imtahan verərək müvafiq vəsiqə
almış şəxslər buraxılır.
93


1.20.5. Yükləmə-boşaltma işlərinə cəlb olunmuş DNQT-
nin işçiləri, ilməkçilər üçün proqram üzrə öyrədilməli, DNQT-ni
istismar edən təşkilatın ixtisas komissiyasından attestasiyadan
keçməlidir (sonda müvafiq vəsiqə almaqla).
1.20.6. Hər bir DNQT-də daxili nizam-intizam qaydaları,
yanğınların, qazneft təzahürlərinin, açıq fontanların və digər
qəzaların qarşısının alınması və ləğvi üzrə təlimatlar və
həmçinin DNQT-dən təxliyə olunma planı olmalıdır. Qeyd
olunan sənədləri DNQT-nin bütün işçiləri mükəmməl
öyrənməli və bu sənədlərin tələblərinə uyğun davranmağı
bacarmalıdırlar.
Bundan başqa DNQT-də, işlərin təhlükəsiz yerinə yetiril-
məsinə dair təlimatlar və avadanlıqların təhlükəsiz istismarı
üzrə müvafiq sənədlər olmalıdır.
1.20.7. Həyəcan siqnalları üzrə bilik və bacarıqların yox-
lanılması, müəssisənin baş mühəndisi tərəfindən təsdiqlənmiş
cədvəl üzrə hər bir növbə üçün (vaxta) ayda bir dəfə təlim və
məşğələlər keçməklə həyata keçirilməlidir.
1.20.8. DNQT heyətinin tərkibində nəfəsalma apparatla-
rında işləmək (istifadə) üçün xüsusi öyrədilmiş şəxslər
olmalıdır.
1.20.9. DNQT-də çalışan bütün işçilər (müvafiq jurnalda
qeyd olunmaqla) Dəniz gəmilərində təhlükəsizlik texnikası
Qaydalarının «Xidməti heyət işləyərkən və özünə xidmət
edərkən təhlükəsizliyin təmini» bölməsini mükəmməl
bilməlidirlər.
1.20.10. DNQT-nin heyəti və oraya ezam olunmuş
şəxslər yerinə yetirdikləri işlərə uyğun olaraq müvafiq paltar
və ləvazimatla təchiz olunmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin