Азярбайъан республикасы


D 1.26.4. Qəza və fəlakət siqnalları vermək üçün



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə40/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   36   37   38   39   40   41   42   43   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D 1.26.4. Qəza və fəlakət siqnalları vermək üçün
vasitələr
1.26.4.1. Fəlakət siqnallarının verilməsi üçün gəmi,
ÜQQ, DDÖ [262]–in III hissəsində nəzərdə tutulmuş siqnal
vasitələrinə malik olmalıdır.
1.26.4.2. Gəmilərdə və DNQT (ÜQQ) məsul şəxs fəlakət
siqnallarının verilməsi vasitələrinin saz vəziyyətdə olmasına və
fəlakət siqnallarının dərhal verilməsi hazırlığına daima nəzarət
etməlidir.
1.26.4.3. Siqnal raketlərinin adamların cəmləşdiyi yerlərə
və həmçinin gəmilər və sahil tikililəri tərəfə atılması
qadağandır.
1.26.4.4. Siqnal raketləri açarla bağlanan xüsusi
yeşiklərdə (şkaflarda) saxlanılmalıdır.
Içərisində sıqnal raketləri olan yeşiklər (saxlanılan yer) istilik
mənbələrindən (atqı boruları, qazanlar, buxar və ya elektrik qız-
dırıcıları və s.) kənarda, təhlükəsiz açıq yerlərdə saxlanılmalıdır.
1.26.4.5. Kollektiv xilasetmə vasitələrində siqnal raketləri
su keçirməyən bağlamalarda saxlanılmalıdır.
1.26.4.6. Siqnal raketlərinin istifadəsi zamanı siqaret çək-
mək və açıq alovdan istifadə etmək qadağandır.
116


BÖLMƏ 2
TIKINTI-QURAŞDIRMA VƏ TƏMIR IŞLƏRI
2.1. Ümumi tələblər
2.1.1. Bu bölmədə tikinti-quraşdırma (sökmə), torpaq,
qaynaq işləri, boruların çəkilməsi, vışkaquraşdırma, təmir və
başqa köməkçi işlərə tələblər göstərilir.
2.1.2. Tikinti-quraşdırma işləri müvafiq inşaat norma və
qaydalarına (IN və Q-a), tikintidə göstərişlərə, təhlükəsizlik
texnikası üzrə təlimatlara və bu Qaydaların tələblərinə riayət
etməklə yerinə yetirilməlidir.
2.1.3. Tikinti-quraşdırma (sökmə) işləri təsdiq olunmuş
layihəyə və tikintinin yerinə yetirilməsi layihəsinin tələblərinə
müvafiq aparılmalıdır.
Iş prosesində şərait əməyin təhlükəsizliyinə təsir edən is-
tiqamətdə dəyişilərsə, onda işlərin yerinə yetirilmə layihəsində
müvafiq dəyişikliklər aparılmalıdır.
2.1.4. Təhlükəli istehsalat obyektinin tikintisinin başlan-
ğıcı, genişləndirilməsi, yenidən qurulması, texniki vasitələrinin
tamamilə yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi
haqqında qərar müəyyən olunmuş qaydada təsdiq edilmiş
lazımi sayda layihə sənədləri olduqda qəbul edilir.
2.1.5. Təhlükəli istehsalat obyektlərində avadanlıqların ti-
kintisi və quraşdırılması üzrə fəaliyyət göstərilən zaman təşki-
latlar tikinti və quraşdırma işlərinin keyfiyyətinə, həmçinin
tikinti və quraşdırma texniki bazasının və vasitələrinin
vəziyyətinə nəzarəti təmin etməlidirlər.
2.1.6. Müəyyən edilmiş qaydada müəssisə, istehsalat ob-
yektləri, qurğular və kommunikasiyaların tikilməsi üçün
ayrılmış ərazi, sanitar-mühafizə zonalarının sərhədləri nəzərə
117


alınmaqla və layihə sənədlərinin tərkib hissəsi olan baş plana
müvafiq hamarlanmalı (planlaşdırılmalı), çəpərlənməli və
tikilməlidir.
Təhlükəli istehsalat obyektlərinin tikilmə ərazisinin müha-
fizə rejimi və xarakteri tikintini aparan təşkilat, istismara veril-
dikdən sonra isə-obyekti istismar edən təşkilat tərəfindən
müəyyən edilməlidir.
2.1.7. Tikilməkdə olan və istismar edilən təhlükəli isteh-
salat obyektlərinin (quyular, nasos və kompressor stansiyaları
və s.) maddi texniki təchizat bazaları və təşkilatın istehsalat
xidmətlərinin yerləşdiyi yerlərlə bütün il boyu etibarlı nəqliyyat
əlaqəsi olmalıdır.
2.1.8. Yeraltı kommunikasiyaları (kabel xətləri, neft-qaz
kəmərləri və s.) olan müəssisələrdə, bu kommunikasiyaların
təşkilatın rəhbərliyi tərəfindən təsdiq edilmiş faktiki
yerləşməsinin icra sxemi olmalıdır. Kommunikasiyaların faktiki
yerləşməsinin layihədən kənara çıxması layihəni işləyənlərlə
razılaşdırılmalıdır.
Yerlərdə yeraltı kommunikasiyalar tras boyu və döngə-
lərdə göstəricilərlə işarə edilməlidir.
2.1.9. Nəqliyyat magistrallarının, keçidlərinin boru
kəmərləri ilə kəsişdikləri yerlərdə təhlükə haqqında
xəbərdaredici nişanlar qoyulmalıdır. Belə yerlərdə boru
kəmərlərinin əlavə mühafizəsi (örtük və s. qoyulması) müvafiq
tələblərə uyğun aparılmalıdır.
2.1.10. Istismar quyularının kənar sırasından xaricə,
həmçinin digər təhlükəli istehsalat obyektlərinin ətrafında
müvafiq ölçülərdə sanitar-mühafizə zonaları olmalıdır.
Yataqların məhsulluarında zərərli qarışıqlar olduqda bu
məhsulu çıxaran (nəql edən) təhlükəli istehsalat obyektləri və
yaxınlıqdakı ərazilər arasında, ölçüləri layihə sənədləri ilə
müəyyən edilən, bufer zonası olmalıdır.
118


2.1.11. Partlayış-yanğın və yanğın təhlükəsi üzrə
binaların və otaqların layihələndirmə kateqoriyaları
layihələndirmə mərhələsində layihə təşkilatı tərəfindən
müəyyən edilir. Binaların və otaqların ventilyasiyası və
qızdırılması Sanitar və Inşaat norma və qaydalarının
tələblərinə müvafiq aparılmalıdır.
2.1.12. Təhlükəli istehsalat obyektinin ayrı-ayrı
sexlərinin, sahələrinin və ya qurğularının istismara verilməsi
bu Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilmiş
qaydada yerinə yetirilməlidir.
2.1.13. Tikinti-quraşdırma işləri yalnız yükqaldırma me-
xanizmlərinin köməyi ilə quraşdırma işlərinin aparılması üçün
təsdiq olunmuş layihəyə müvafiq yerinə yetirilməlidir.
2.1.14. Qurğuların və avadanlıqların quraşdırılması,
sökülməsi, təmiri, habelə qazma qurğularının, vışkaların və
qazma avadanlıqları bloklarının çəkilməsi, müəssisə üzrə
verilmiş əmrlə təyin edilmiş məsul işçinin rəhbərliyi altında
aparılmalıdır.
2.1.15. Yeni tikilən buruqlara və digər istehsalat obyekt-
lərinə qabaqcadan yol çəkilməli və giriş qoyulmalı, habelə işin
aparılma layihəsinə uyğun avadanlıqları, alətləri və materialları
boşaltmaq üçün meydança hazırlanmalıdır.
2.1.16. Tikinti-quraşdırma işləri üçün təyin edilmiş mey-
dança boru kəmərləri və kabellərdən azad olmalı, yükqaldırma
mexanizmlərinin quraşdırılması və manevr etmələri üçün
kifayət etməli, ağaclardan, kollardan təmizlənməli və
düzləndirilməlidir (hamarlanmalıdır).
2.1.17. Obyektdə bir neçə tikinti-quraşdırma təşkilatı
işlədikdə təşkilatların (baş podratçı və subpodratçı
təşkilatların) qarşılıqlı əlaqələrə dair müqaviləyə müvafiq
əməyin təhlükəsizliyi üzrə tədbirlər nəzərdə tutulmalıdır.
2.1.18. Fəaliyyətdə olan müəssisə və sexin ərazisində işə
başlamazdan əvvəl sifarişçi (müəssisə) və baş podratçı, sub-
119


podratçı təşkilatın iştirakı ilə mütləq akt-buraxılış tərtib
etməlidir.
Akt-buraxılışda nəzərdə tutulmuş tədbirlərin yerinə
yetirilməsinə görə tikinti-quraşdırma təşkilatının və fəaliyyətdə
olan müəssisənin rəhbərləri məsuliyyət daşıyırlar.
2.1.19. Küləyin gücündən (sürətindən) asılı olaraq tikinti-
quraşdırma və təmir işləri [6]–nın tələbləri ilə nizamlanır.
Böyük külək tutan səthi olan konstruksiyaların quraşdırılması
və sökülməsi işləri küləyin sürəti 10 m/san olarsa dərhal
dayandırılmalıdır.
2.1.20. Quraşdırma üçün təyin edilmiş məmulat və kon-
struksiyalar elə yığılmalıdır ki, quraşdırma ardıcıllığı pozulma-
sın, onların markaları giriş və ya keçid tərəfdən asan oxunula
bilsin, quraşdırma ilgəkləri üzü yuxarı olsun.
2.1.21. Polad kanatların və ilməklərin çıxdaş edilməsi

7

-nin tələblərinə uyğun aparılmalıdır.
2.1.22. Konstruksiyaların quraşdırılmasına və
sökülməsinə başlamazdan əvvəl məsul şəxs quraşdırıcıları işin
aparılma qaydası və onların yerinə yetirilməsi zamanı
təhlükəsizlik tədbirləri ilə tanış etməlidir.
2.1.23. Quraşdırma işlərinə başlamazdan əvvəl özülün
konstruksiyasının pasport məlumatlarına və özülün cizgilərinə
uyğunluğu yoxlanılmalıdır.
2.1.24. Konstruksiyanın ilməklənməsi yükqaldırma me-
xanizmləri ilə quraşdırma işlərinin aparılması layihəsində
nəzərdə tutulmuş tələblərə müvafiq aparılmalıdır.
Konstruksiyada quraşdırma ilgəyi olmadıqda və ya zədə-
lənmiş olduqda, bu çatışmamazlıqlar araqan qaldırılmayana
qədər onların yerinin dəyişdirilməsi və quraşdırılması
(sökülməsi) ilə bağlı işlər dayandırılmalıdır.
2.1.25. Konstruksiyanı özül üzərinə endirən zaman onun
qoruyucu dartıcısı olmalıdır.
120


2.1.26. Qaldırılmış konstruksiyadan yükqaldırma mexa-
nizminin qarmağının azad edilməsi, layihədə nəzərdə tutulmuş
müvəqqəti bərkitmə ilə (quraşdırma boltları ilə, polad məftillə,
konduktorla, pazlarla) onun dayanıqlığı təmin edildikdən və ya
onu əvvəlcədən quraşdırılmış, yaxud bərkidilmiş konstruksiya
üzərinə qoyduqdan sonra yerinə yetirilməlidir.
2.1.27. Qaldırıcı kanat qaldırılmış konstruksiyadan o,
əsas və ya özül üzərinə qoyulduqdan və bərkidildikdən sonra
çıxarılmalıdır.
2.1.28. Konstruksiyanın sökülmüş elementləri dayanıqlı
vəziyyətdə yerə qoyulmalıdır.
2.1.29. Tikinti-quraşdırma (sökmə) meydançalarında
nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün
yollar mailliyi 0,04 (yəni hər 10 metrəyə 0,4m) qədər olan,
dönmə radiusu 10m-dən və eni 4,5m-dən az olmayan
keçidlərlə təchiz olunmalıdır.
Tikinti meydançalarının girişində nəqliyyat vasitələrinin
hərəkət sxemləri qoyulmalıdır, yolların kənarlarında və keçid-
lərdə isə yol hərəkəti qaydalarına uyğun yaxşı görünən işarə
və xəbərdaredici yazısı olan lövhələr olmalıdır.
Tikinti meydançalarının düz sahələrində nəqliyyat vasitə-
lərinin hərəkət sürəti 10km/saatdan, döngələrdə isə -
5km/saatdan çox olmamalıdır.
2.1.30. Texnoloji avadanlıqların, kommunikasiyaların tə-
miri, qulluğu, təmizləmə, quraşdırma, sökmə işləri, o
cümlədən çən və bu tip avadanlıqların daxilində görülən qaz-
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin