Азярбайъан республикасы


Elektrik alətləri ilə kəsmə və səthi təmizləmə (cilalama)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə42/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   38   39   40   41   42   43   44   45   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Elektrik alətləri ilə kəsmə və səthi təmizləmə (cilalama)
işləri
2.2.24. Elektrik alətləri (maşınları) QOST-ların və
[15,17]-nin tələblərinə uyğun olmalıdır.
126


2.2.25. Elektrik alətləri ilə (laqunda və s.) kəsmə və səthi
təmizləmə işləri görülən yerlər 10m radiusda alışan və
partlayıcı maddələrdən təmizlənməlidir. 
2.2.26. Elektrik alətləri etibarlı üsullarla yerləbirləşdiril-
məlidir. Ikiqat izolyasiyası («dvoynaə izoləüiə») olan alətlər
istisna təşkil edir.
2.2.27. Elektrik alətlərinin elektrik qida mənbələri ilə bir-
ləşdiriciləri təsadüfi açılmanı istisna etməlidir.
2.2.28. Qısa müddətli və ya hər hansı bir fasilə vaxtı
elektrik aparatları elektrik şəbəkəsindən ayrılmalıdır
(açılmalıdır).
2.2.29. Elektrik kəsmə və səthi təmizləmə alətləri ilə işlə-
yərkən intensiv şəkildə qığılcımın çıxdığını nəzərə alaraq, bu
alətlərlə işləyən işçilər yanğın təhlükəsizliyi baxımından xüsusi
fərdi mühafizə vasitələri ilə təchiz olunmalıdır.
127


2.3. Torpaq işləri
2.3.1. Torpaq işləri müvafiq layihə və işçi sənədlərə
(işlərin yerinə yetirilmə layihəsi, torpaq işlərinin
mexanikləşdirilmiş üsulla aparılması və ya xüsusi tərtib edilmiş
texnoloji xəritələr) uyğun yerinə yetirilməlidir. Göstərilən
sənədlərdə təhlükəli zonalar nəzərə alınmalıdır.
2.3.2. Işlək yeraltı kommunikasiya zonalarında torpaq iş-
lərinin aparılması bu kommunikasiyanı istismar edən
təşkilatlarla razılaşdırılmalı və əmək şəraitinin təhlükəsizliyini
təmin edən tədbirlər hazırlanmalıdır. Həmin yerlər müvafiq
işarə və ya yazıları olan lövhələrlə nişanlanmalıdır.
2.3.3. Bilavasitə fəaliyyətdə olan yeraltı kommunikasiya-
ların yaxınlığında torpaq işləri, işin rəhbərində təsdiq olunmuş
iş planı və plan-sxem olduqda, cavabdeh şəxsin nəzarəti
altında və kommunikasiya sahibi olan təşkilatın
nümayəndəsinin iştirakı ilə aparılmalıdır.
Bu işlərin aparılmasında yalnız beldən istifadə edilməlidir.
Zərbə alətlərindən (lingdən, külüngdən, pazlardan, pnevmatik
alətlərdən və s.) istifadə etmək qadağandır.
2.3.4. Əgər iş prosesində plan-sxemdə göstərilməyən
yeraltı kommunikasiya (elektrik kabeli, boru xətti, kanalizasiya
və s.) aşkar edilərsə, onda iş dayandırılmalı və bu haqda işin
rəhbərinə xəbər verilməli və eyni zamanda bu
kommunikasiyanın zədələnməməsi üçün tədbirlər işlənməli və
kommunikasiya yerləşən yerlər nişanlanmalıdır. Növbəti işlər
əlavə plan (və ya əlavələr edildikdə) və yeni plan-sxem
alındıqdan sonra işin rəhbərinin nəzarəti altında yerinə
yetirilməlidir.
2.3.5. Qaz təzahürü aşkar olunduqda torpaq işləri dərhal
dayandırılmalı, zonaya insanların daxil olmaması üçün xüsusi
nişanlar qoyulmalı və bu barədə işin rəhbəri və ya
müəssisənin rəhbərliyi xəbərdar edilməlidir.
128


Torpaq işləri apararkən partlayış qorxusu olan material
aşkar olunarsa, işlər dayandırılmalı, müvafiq təşkilatlardan
icazə aldıqdan sonra torpaq işləri yenidən davam
etdirilməlidir.
2.3.6. Işin rəhbərinin hava elektrik xətləri, kabellər və
elektrik qurğularının başqa cərəyan daşıyan hissələri
yaxınlığında işə başlamazdan əvvəl bu işlərin təhlükəsiz
şərtlərini təyin edən və təşkilatın baş mühəndisi və baş
energetiki tərəfindən imzalanmış müvafiq icazə sənədi
olmalıdır.
2.3.7. Şaquli divarlı, bərkidilməmiş, qayalıq olmayan və
donmamış qruntlarda qrunt suları səviyyəsindən yuxarıda və
yaxınlıqda yeraltı qurğular olmadıqda iri çala (hövzə) və xən-
dəklərin aşağıdakı dərinliyə qədər qazılmasına icazə verilir:
1,0m - tökmə torpaqda, qumda və iri qırıntılı qruntlarda;
1,25m - qumlu torpaqlarda;
1,50m - gilli torpaqlarda və gildə.
2.3.8. Möhkəm olmayan qruntlarda qrunt sularından yu-
xarı səviyyədə (kapilyar qalxmanı nəzərə almaqla) və ya süni
surətdə su azaldılması vasitəsi ilə qurudulmuş qruntlarda
divarları bərkidilməmiş çala və xəndəklərin qazılması dərinliyi
və divarlarının (yamaclarının) dikliyi cədvəl 3-ə uyğun
olmalıdır:
Cədvəl
3
Qruntların növləri
Yamacın sıldırımlığı (onun
hündürlüyünün doldurulmasına
nisbəti) çalanın dərinliyi, m-dən artıq
olmadıqda
1,5 3 5
Bərkidilməmiş tökmə
Qumlu və çınqıllı
1: 0,67 1:1
1:1,25
129


Qumlu torpaq
Gilli torpaq
Gil
Narın süxur çöküntüləri 
və çöküntüyə bənzər
1: 0,5 1:1
1:1
1:0,25 1:0,67
1:0,85
1:0 1:0,5
1:0,75
1:0 1:0,25
1:0,5
1:0 1:0,5
1:0,5
Qeyd:
Müxtəlif növlü qruntların laylanması (qat-qat yı-
ğılması) zamanı yamacın sıldırımlığı bütün laylar
üçün ən yumşaq qrunta nisbətən təyin edilir.
2.3.9. Xəndəklər qazılan zaman oradan çıxarılmış torpa-
ğın, tikinti materiallarının, maşın və mexanizmlərin xəndəyin
kənarı boyu yerləşdirilməsi, habelə maşın və mexanizmlərin
xəndəyin kənarı boyunca torpağın uçulma prizması zonasında
hərəkəti qadağandır.
Xəndəyin kənarından olan məsafə quru möhkəm torpaq-
larda 0,5m-dən, tökmə və nəm torpaqlarda - 1m-dən az olma-
malıdır.
Göstərilən zonada həmçinin hava elektrik ötürücü, rabitə
xətlərinin və s. quraşdırılmasına icazə verilmir.
2.3.10. Xəndəyin ətrafında maşın və mexanizmlərin
təhlükəsiz hərəkət etmələri üçün eni 4,5m-dən az olmayan
keçidlər olmalıdır.
2.3.11. Fəhlənin xəndəyə düşməsi üçün məhəccəri olan
asma nərdivan və ya eni 0,75m olan pilləkən nəzərdə
tutulmalıdır.
2.3.12. Tikinti meydanında qanovdan, xəndəkdən və yer
səthində olan boru kəmərləri üstündən keçmək üçün eni
130


0,6m, məhəccərinin hündürlüyü 1,0m olan keçid körpücükləri
quraşdırılmalıdır.
2.3.13. Torpaq işləri əl ilə görüldükdə işləyənlər
arasındakı məsafə 2m-dən az olmamalıdır.
2.3.14. Tikinti meydanında təhlükəli vəziyyət yaranarsa,
(torpağın sürüşməsi, əsasın çökməsi, elektrik xətlərinin
qırılması və s.) dərhal təhlükəli sahəni tərk etməli, işin
rəhbərinə baş vermiş hadisə barədə xəbər verməli. Təhlükəli
yerlər çəpərlənməli və ya kiçik bayraqlarla, işarələrlə və s.
nişanlanmalıdır.
2.3.15. Yerqazan maşınların işçi mexanizmlərinin
fəaliyyət zonalarında (ekskavator, buldozer, skreperlər və s.)
başqa işlərin aparılması və işçilərin olması qadağandır.
Ekskavatorun hərəkətdə olan hissələrinin fəaliyyət zonasın-
da, ekskavatorla torpaq tökülən yer arasında tək kovşlu ekska-
vator işlərkən onların 5 metrliyində işçilərin olması qadağandır.
2.3.16. Torpaq işlərini partlayışla apardıqda

19

-in və
müvafiq SNiP-lərin tələblərinə riayət edilməlidir.
131



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin