Азярбайъан республикасы


Boru kəmərlərinin quraşdırılması, xəndəyə



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə44/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   40   41   42   43   44   45   46   47   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Boru kəmərlərinin quraşdırılması, xəndəyə 
buraxılması və torpaqlanması 
2.4.38. Quraşdırma meydançası çəpərlənməli, mümkün
olmadıqda müvafiq nişan və yazılarla qeyd edilməlidir.
Çəpərləmə üçün yığılıb-sökülən inventar çəpərlər tövsiyə
edilir.
Avadanlığın nəql edildiyi yollarda xəbərdaredici nişanlar
qoyulmalıdır.
2.4.39. Torpaq əsas (özül) kifayət qədər möhkəm olma-
dıqda (onun üzərində kranın işləməsi üçün) o, bərkidilməli və
ya xüsusi döşənəcək qurğusundan (altlıqlardan) istifadə
edilməlidir.
2.4.40. Boruların, armaturların, materialların və avadan-
lıqların hamarlanmış və bərkidilmiş meydançada yığılması
üçün onların öz-özünə yerdəyişməsinin qarşısını alan tərtibat
nəzərdə tutulmalıdır.
2.4.41. Boru kəmərini xəndəyə yerləşdirməzdən əvvəl,
borudüzən kranın kanatlarının, bloklarının, əyləc qurğularının
və s. vəziyyəti yoxlanılmalıdır.
2.4.42. Boru kəmərini xəndəyə buraxmazdan əvvəl iş ic-
raçısı və ya usta xəndəyi nəzərdən keçirməli, divarların
vəziyyətini yoxlamalı və zəruriyyət olduqda təhlükəsizlik
tədbirləri (etibarlı olmayan yerlərdə torpağın uçulmasının
qarşısının alınması, maili yamacların düzəldilməsi və ya
xəndəyin divarlarının bərkidilməsi) görməlidir.
2.4.43. Boru kəməri xəndəyə buraxılan (endirilən) zaman
torpağın uçulması baş verərsə, uçulmuş torpaq boru
kəmərinin altına xəndəyə köndələn (onu etibarlı saxlayan)
yataq qoyulduqdan sonra təmizlənməlidir.
137


2.4.44. Boru kəmərinin qaldırılması, təmizlənməsi, izolya-
siyası, buraxılması (endirilməsi) və xəndəyə düzülməsi zamanı
borudüzən kranların maşinistlərinin işləri uzlaşdırılmalıdır. Işin
aparılmasına cavabdeh şəxs boru kəmərinin əyriliyinin rəvanlı-
ğına, mexanizmin bərabər yüklənməsinə, boru kəmərinin
qaldırılma hündürlüyünə, mexanizmlərlə borudüzən kranın
hərəkət edən hissəsi (qolu) arasındakı məsafəyə nəzarət
etməlidir.
2.4.45. Borulara çirk və kənar əşyaların düşməməsi
üçün, onların baş hissəsi bağlanmalıdır (çexol, örtük).
Boruların sürütləyərək daşınması qadağandır.
2.4.46. Istismarda olmuş boru kəmərlərinin və armatur-
ların quraşdırılmasına yalnız onlarda texnoloji məhsulların ol-
madığını təsdiq edən və işin aparılmasına icazə verən akt
olduqda başlamaq olar.
2.4.47. Quraşdırılan boru kəmərində, hətta qısa müddətə
belə alətlərin, materialların, xüsusi geyimlərin və digər
əşyaların qoyulması qadağandır.
2.4.48. Borular qaynaq edilməzdən və yığılmazdan əvvəl
onların daxili səthi torpaqdan, çirkdən, qardan, buzdan və
digər əşyalardan təmizlənməlidir.
Qaynaq edilmiş boru yığımı xəndək boyu uzadılmalıdır
(düzülməlidir).
2.4.49. Boruları (boru yığımını) mailliyi 3
0
-dən artıq olan
(xüsusən də xəndək tərəfə) sahədə xəndək boyu yığanda,
boruların altına dayaqlar qoyulmalı və ya torpaq prizması
qurulmalıdır. Köndələn maillik 6
0
-dən artıq olduqda borular
torpağa basdırılmış lövbərlərə (sütunlara) bağlanmalıdır.
2.4.50. Hər bir qaynaq aparılmış yerdə qaynağı aparmış
qaynaqçının damğası olmalıdır. Damğa boruların birləşmə ye-
rindən 100-150mm məsafədə yuyulub getməyən rənglə
vurulur. Bir birləşmə yerini bir neçə qaynaqçı qaynaqlayan
halda həmin yerin briqadada işləyən qaynaqçıların sayı qədər
138


damğası olmalı, yaxud bütün briqadaya məxsus olan bir
damğası olmalıdır.
2.4.51. Boruların qaynaq edilməsi işləri qurtardıqdan
sonra boru kəmərinin ucları (daxilinə qar, torpaq,çirk və s.
düşməmək üçün) qapayıcılarla etibarlı bağlanmalıdır.
2.4.52. Qaynaq birləşməsinə nəzarət tikinti-quraşdırma
təşkilatları tərəfindən həyata keçirilməlidir.
2.4.53. Əməliyyat üzrə qaynaq birləşməsinin
yoxlanılması iş icraçısı tərəfindən yerinə yetirilməlidir.
Yoxlamanın nəticələri qaynaq jurnalında qeyd edilməlidir.
2.4.54. Boru kəmərləri istismara buraxılmazdan əvvəl işçi
təzyiqdən 1,25 dəfə artıq təzyiqlə möhkəmliyə sınanmalı və
kipliyə (germetikliyə) yoxlanılmalıdır. 
2.4.55. Boru kəməri o vaxt möhkəmliyə və kipliyə (ger-
metikliyə) görə sınaqdan keçmiş hesab edilir ki, sınaq zamanı
boru kəmərində sınaq təzyiqi altında hər iki göstərici dəyişməz
qalsın, işçi təzyiq altında isə heç bir sızma aşkar edilməsin.
Boru kəmərinin möhkəmliyə pnevmatik üsulla sınaqdan
keçirilməsi zamanı 6 saat ərzində təzyiqin 1% aşağı
düşməsinə yol verilir.
2.4.56. Möhkəmliyə və kipliyə (germetikliyə) sınanmanın
bütün üsullarında təzyiqi ölçmək üçün məsafədən idarə
olunan (distansion) «Nəzarətçi» tipli cihazlardan və ya
mühafizə zonasından kənarda qoyulmuş, sınaq təzyiqinin 4/3-
nə yaxın təzyiqin, həddi şkalalı və dəqiqlik sinfi 1,5-dən aşağı
olmayan, pasportu olan, yoxlanılmış, plomblanmış
manometrlərdən istifadə edilməlidir.
2.4.57. Boru kəmərlərinin möhkəmliyə və kipliyə (germe-
tikliyə) sınanmasının aparılma qaydası, işin ardıcıllığını və
yerinə yetirilmə üsullarını, sızmanın aşkar edilməsi metod və
vasitələrini, həmçinin yanğından mühafizə və təhlükəsizlik
texnikası tədbirlərini nəzərdə tutan təlimatla müəyyən edilir.
139


2.4.58. Mühafizə zonası zəruri sayda nəzarət postları ilə
təmin edilməlidir.
Boru kəmərlərində təzyiqin qalxması zamanı mühafizə
zonasında adamların olması qadağandır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin