2.5.50. Vışkanın ayağı yuvacıqda barmaq vasitəsilə
bərkidildikdən və daimi dartıcılar quraşdırıldıqdan sonra
qoruyucu kanatlar traktorlardan açılmalıdır.
2.5.51. Dartıcıların gərilməsini vintvari dartıcı vasitəsilə
qoruyucu kanatları traktorlardan açdıqdan sonra yerinə
yetirmək lazımdır.
2.5.52. Dor (A-ya bənzər) tipli qazma vışkalarının sö-
külməsi zamanı onu üfqi vəziyyətə endirməzdən əvvəl qəbul
körpüsü sökülməli, vışkaquraşdırma mexanizminin qolu və
tellənmə blokları qurulmalıdır.
2.5.53. Dor (A-ya bənzər) tipli qazma vışkası şaquli
vəziyyətdən başmaq vintlərinin köməyi ilə çıxarılmalıdır.
Bu zaman tellənmənin tarımlığı boşalmalıdır.
2.5.54. Başmaqlar son vəziyyətə gətirildikdən sonra bar-
maqlar maili dirəyin gözcüyündən vurulub salınmalı, dor (A-ya
bənzər) tipli qazma vışkası isə öz çəkisinin təsiri altında üfqi
vəziyyətə endirilməlidir.
Əgər dor (A-ya bənzər) tipli qazma vışkası öz çəkisinin tə-
siri altında enməzsə, onda bu əməliyyat onun qabaq qoruyucu
dartıcıları ilə birləşdirilmiş traktorun köməyi ilə yerinə yetirilmə-
lidir.
2.5.55. Dor (A-ya bənzər) tipli qazma vışkası traktorun
köməyi ilə endirilən zaman qoruyucu dartıcıların gərilməsi
yavaş-yavaş, səlis və sıçrayışsız yerinə yetirilməlidir.
2.5.56. Tir üzərinə üfqi vəziyyətdə endirilmiş dor (A-ya
bənzər) tipli vışkanın sökülməsi
221
-in tələblərinə riayət edil-
məklə, quraşdırılma prosesinə əks qaydada aparılmalıdır.
Dostları ilə paylaş: