2.5.6. Qazma qurğularının quraşdırılması küləyin orta illik
istiqaməti nəzərə alınmaqla, quyu ağzına nisbətən dizellərin
işlənmiş qazlar boruları külək tutmayan tərəfə yönəldilməklə
aparılmalıdır.
2.5.7. Qurğuların, binaların, otaqların, köməkçi obyektlə-
rin tikilməsi üzrə işlər, tikintidə əmək şəraitinin təhlükəsizliyini
reqlamentləşdirən normativ sənədlərin tələblərinə müvafiq
olaraq yerinə yetirilməlidir.
2.5.8. Mədəni budka və digər köməkçi otaqlar, quraşdırı-
lacaq vışkanın layihə hündürlüyündən 10m-dən az olmayan
məsafədə yerləşdirilməlidir.
2.5.9. Qurğuların və avadanlıqların quraşdırılması, sökül-
məsi, təmiri, həmçinin onların çəkilməsi (hərəkət etdirilməsi)
məsul işçinin rəhbərliyi altında aparılmalıdır.
2.5.10. Quraşdırma-sökmə işlərində fasilə zamanı quraş-
dırılan avadanlığın bəndlərini asılı vəziyyətdə saxlamaq qada-
ğandır.
2.5.11. Qazma və istismar qurğularının sökülməsi yalnız
qurğunun elektrik avadanlıqlarının istismarına cavabdeh olan
işçidən kabellərin və hava elektrik ötürücü xətlərinin
gərginliyin verilməsi mümkün olan hər bir tərəfdən xətdən
açılması haqqında yazılı təsdiqedici əsas olduqdan sonra
yerinə yetirilməlidir.
2.5.12. Vışkaquraşdırıcılar briqadasının iş obyekti daim
ikitərəfli (çağırış vəziyyətində olan) radio və ya telefonla təmin
edilməlidir.
Dostları ilə paylaş: