Азярбайъан республикасы


DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə52/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   48   49   50   51   52   53   54   55   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR
(Tikinti – quraşdırma və təmir işləri)
2.7. Ümumi tələblər
168


2.7.1. DNQT-nin konstruksiyaları qurğuların verilmiş
nöqtəyə nəqli və istismarı zamanı

66, 67, 68, 69

-un
müəyyən etdiyi normalara və qaydalara uyğun olaraq onlara
təsir edən qüvvələrə davam gətirməlidir.
2.7.2. Quraşdırma-yığma işlərini aparmaq üçün
nümunəvi layihə aşağıda göstərilənləri özündə əks
etdirməlidir:
-iş yerlərinin və keçidlərin təşkilini;
-texnoloji əməliyyatların ardıcıllığını;
-işlərin təhlükəsizliyi üçün üsulları və tərtibatları;
-quraşdırma mexanizmlərinin təsir zonalarını və yerləş-
dirilməsini;
-ilməklənmiş blokun müxtəlif vəziyyətlərində ilməklərə
düşən qüvvələri.
2.7.3. DNQT-nin ölçüləri, «küt» şəkildə qazılacaq quyula-
rın sayı, onların arasındakı məsafə və yerləşməsi, yatağın geo-
loji quruluşu, iqtisadi amillər və quyuların texnologiyasında
əldə edilmiş nailiyyətlər nəzərə alınmaqla konkret olaraq hər
yataq üçün işlənilmiş layihəyə əsasən təyin edilir.
2.7.4. Quyuların eyni zamanda qazılması və istismarı
üçün blok-modul tipli çox radiuslu DDÖ-nün konstruksiyası,
istismar edilən quyuların quyu ağızlarının, texnoloji istismar
avadanlıqlarının və qazılan quyuların tullanışa qarşı
avadanlıqlarının aşağı yarusda, qazılan quyu ağızlarının və
qazma avadanlıqlarının yuxarı yarusda yerləşməsini təmin
etməlidir.
2.7.5. Tikiləcək DNQT-nin tikilmiş DNQT-lə estakada va-
sitəsilə əlaqəsi yoxdursa, onların arasındakı məsafə 250m-dən
az olmamalıdır. EYM-lər arasındakı məsafə 100m-dən az olma-
malıdır. 
169


2.7.6. Istismar prosesində baxış keçirmək və təmir
işlərini aparmaq üçün döşəmə altındakı metal konstruksiyalara
yaxınlaşmaqdan ötrü bütün növ qurğularda (DNQT-lərdə)
daimi keçidlər və yaxud inventar tərtibatlar (daşınan asma
nənnilər, döşəmələr) olmalıdır. Keçidlərə təhlükəsiz düşmək
üçün xüsusi qurğular (meydançalı pilləkən) nəzərdə
tutulmalıdır. Bu qurğular, EYM-də və DDÖ-də (dənizin
dərinliyi 40 metrə qədər olduqda) 2 ədəddən az olmamalı,
dərin DDÖ-rinın hər dayaq bloku üçün 1 ədəd və estakada
boyu hər 80-100m-dən bir olmalıdır.
2.7.7. DNQT-nin hər yarusu onun perimetri boyu metal
məhəccərli çəpərlə çəpərlənməlidir. Bu çəpərlər kran
gəmilərinin yan aldığı tərəfdən çıxarılıb-taxılan olmalıdır.
2.7.8. DNQT-nin tikintisi, istismarı və yaxud təmiri
zamanı bir işçinin tək olaraq hər hansı bir iş görməsi
qadağandır. Bu işləri ən azı iki işçi yerinə yetirməlidir.
2.7.9. DNQT-nin quraşdırılması (sökülməsi) zamanı onun
yanında kran gəmisi yoxdursa, qurğularda fəhlələrin istirahəti
və qızınması üçün müvəqqəti mədəni budka, iş paltarlarının
qurudulması üçün otaq, sanitariya qovşağı və qadınların şəxsi
gigiyenası üçün otaq quraşdırılmalıdır.
2.7.10. DNQT-nin tikintisi və təmiri zamanı gecə növbə-
sində iş yerləri su-toz keçirməyən projektorlar və çıraqlarla
işıqlandırılmalıdır. Projektorlar DNQT-nin döşəməsinin
səthindən ən azı 6m hündürlükdə quraşdırılmalıdır. Iş
yerlərinin işıqlandırılması 

211

-ə uyğun olmalıdır.
2.7.11. Metal konstruksiyaların quraşdırılması zamanı
qaynaq tikişlərini müvafiq vəsiqəsi olan qaynaqçılar layihədə
nəzərdə tutulmuş qaynaq materialları və avadanlığından
istifadə etməklə yerinə yetirilməlidirlər.
Qaynaqçıların soyadları və vəsiqələrinin nömrələri qəbul-
təhvil aktına əlavə edilən icraçı texniki sənədlərdə göstərilməli-
dir.
170


2.7.12. Qurğunun su üzərindəki hissələrində qaynaq
işləri, hündürlüyü 1m-dən az olmayan məhəccərli çəpəri olan
asma meydançadan və yaxud nənnidən istifadə etməklə ikinci
işçinin müşahidəsi altında yerinə yetirilməlidir. Açıq iş
yerlərində qaynaq işlərinin ancaq bu iş üçün ayrılmış bağlı
(örtüyü olan) yerdə aparılmasına icazə verilir.
2.7.13. DNQT-nin tikintisi (sökülməsi) zamanı, eləcə də
onlarda korroziyaya qarşı mübarizə işləri aparıldığı zaman, iş
aparılan sahələrdə mühafizəçi olmalıdır. Iş yerində hər bir işçi
üçün xilasetmə kəməri və kəndirdən tutacaqları olan 2-3 ədəd
xilasetmə dairələri qoyulmalıdır.
2.7.14. DNQT layihəyə tam uyğun olaraq istismara veril-
məlidir. Tikintisi başa çatmış EYM-lər və bir yaruslu DDÖ-lər,
onların üzərində texnoloji avadanlığın quraşdırılmasına qədər
dövlət nəzarət orqanlarının iştirakı ilə təyin edilmiş xüsusi ko-
missiya tərəfindən yerindəcə qəbul edilməli və qəbul təhvil
aktı ilə rəsmiləşdiriliməlidir.
Qəbul-təhvil aktına icraçı texniki sənədlər, gizli (qapalı)
işlərin aktı, dalğıc müayinəsi, eləcə də qurğunun pasportu
əlavə edilməlidir.
2.7.15. Texnoloji bloku mənzil-məişət kompleks bloku ilə
birgə olan DDÖ-də yaşayış blokunun quyu ağzına olan tərəfi,
su pərdəsi (vodyanaya zavesa) sistemi ilə təchiz edilməlidir
(yanğın təhlükəsizliyi baxımından).
2.7.16. DNQT-nin dayaq bloklarına (su üstündə və su al-
tında olan hissələr) hər il baxış keçirilməlidir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin