Азярбайъан республикасы


Qülləli istismar vışkalarının, dorların (eklipslərin) nəqli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə51/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   47   48   49   50   51   52   53   54   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Qülləli istismar vışkalarının, dorların (eklipslərin) nəqli
2.5.157. Qülləli istismar vışkalarının, dorların (eklipslərin)
nəqli, təhlükəsizlik tələblərinə riayət etməklə

223

-ün
tələblərinə uyğun olaraq aparılmalıdır.
2.5.158. Zavoddan qülləli istismar vışkaları, dorlar (eklip-
slər) sökülmüş vəziyyətdə, avtomobil nəqliyyatında olan bütün
tələb və qaydalara riayət edilməklə nəql edilməlidir.
2.5.159. Qülləli istismar vışkalarının, dorların (eklipslərin)
nəqli layihəsi, onun trası razılaşdırıldıqdan sonra müəssisənin
rəhbərliyi tərəfindən təsdiq edilir.
2.5.160. Layihədə aşağıdakılar nəzərdə tutulmalıdır:
-saxlayıcı traktorların və nəql edilən vışkaların, dorların
(eklipslərin) trası təyin olunmalı;
-yolun hamarlanması və yüksək gərginlikli elektrik
xətlərinin müvəqqəti açılması nəzərdə tutulmalı;
-qülləli istismar vışkalarının, dorların (eklipslərin) nəql
edilməsi üsulları;
-nəql zamanı traktorların sayı və markaları göstərilməli.
2.5.161. Qülləli istismar vışkaları, dorlar (eklipslər) əmrlə
təyin olunmuş məsul şəxsin rəhbərliyi altında nəql edilməlidir.
164


2.5.162. Qülləli istismar vışkalarının nəql trası yerüstü
tikintilərdən (binalardan, dəmiryolundan və s.) və elektrik xət-
lərinin mühafizə zonalarından vışkaların hündürlüyündən 10m
çox olmaq şərti ilə salınır (seçilir).
2.5.163. Məsul şəxs şəxsən vışkaları, dorları (eklipsləri)
nəql etməmişdən əvvəl trasın hazır olmasını yoxlamalıdır.
2.5.164. Nəql zamanı qülləli istismar vışkalarının hər
hansı bir elementi sınarsa, hərəkət dayandırılmalı və nasazlıq
aradan qaldırılmalıdır.
2.5.165. Nəql prosesi ilə əlaqədar olmayan işçilər qülləli
istismar vışkasının hündürlüyündən 10m artıq məsafədə
olmalıdırlar.
2.6. Elektrik və rabitə xətlərinin çəkilməsi
2.6.1. Elektrik xətlərinin çəkilməsi [15, 57, 154]–ün
tələblərinə uyğun aparılmalıdır.
2.6.2. Hava və kabel EVX-in və həmçinin rabitə xətlərinin
quraşdırıldığı (söküldüyü) yerlərdə digər işlərin görülməsi qa-
dağandır.
2.6.3. Dayaqlarda (dirəklərdə) naqillərin quraşdırılmasına
başlamazdan əvvəl bu işlərə rəhbərlik edən şəxs flans
birləşmələrinin, dayaq pazlarının, traversin və s. sazlığını
yoxlamaqla dayaqları (dirəkləri) nəzərdən keçirməlidir.
2.6.4. Dayaqların (dirəklərin) möhkəmliyinə və işlərin
təhlükəsizliyinə təsir edəcək və ya xətlərin istismarı zamanı
təhlükə yarada biləcək hər – hansı bir nasazlıq (qüsur) aşkar
edilərsə, nasazlıqlar aradan qaldırılana qədər naqillərin
quraşdırılması və sökülməsi qadağandır.
165


2.6.5. Naqillərin, xətti armaturların, izolyatorların və bər-
kidici detalların dayaqlara qaldırılması yalnız montaj blokları
vasitəsilə yerinə yetirilməlidir. Qaldırılan əşyaların düşə
biləcəyi zonada adamların olması qadağandır.
2.6.6. Naqilləri dayaqlara (dirəklərə) bərkidilməmiş (tarım
çəkilməmiş) vəziyyətdə gecəyə saxlamaq qadağandır.
2.6.7. Bir dirəkdə 380/220 V elektrik xətti ilə birgə radio-
translyasiya xətti (RX) çəkildikdə RX yalnız izolə olunmuş na-
qillə yerinə yetirilməlidir və onların arasındakı məsafə [15]
tələblərinə uyğun olmalıdır.
2.6.8. Bir dirəkdə hava elektrik xətti ilə birgə rabitə xət-
lərinin və kabellərinin çəkilməsi qadağandır.
2.6.9. Bir dirəkdə 380/220V yuxarı olmayan gərginlikli
elektrik xətləri ilə birgə telemexanika xətlərinin çəkilməsinə
(əgər telemexanika xətlərindən telefon rabitə xətti kimi
istifadə olunmursa) icazə verilir.
2.6.10. 1000V-dan yüksək gərginlikli elektrik xətləri qu-
raşdırılmış dirəklərdə hər – hansı bir digər xətlərin (rabitə,
telemexanika, radiotranslyasiya) çəkilməsi qadağandır.
2.6.11. 1000V-dan yüksək gərginlikli hava elektrik xətlə-
rindən yaşayış yeri olmayan sahələrədə yerə qədər, yaşayış
yerlərində yerə, binalara və tikililərə qədər olan şaquli məsafə
və bina, tikili və ağaclara qədər olan üfqi məsafə [15, 32] -nin
tələblərinə uyğun olmalıdır.
2.6.12. Kabellərin çəkilməsi, tras boyu olan müxtəlif yer-
altı kommunikasiyalar göstərilmiş, təsdiqlənmiş cizgilərə
əsasən yerinə yetirilməlidir. Trassa bölünərkən yeraltı
kommunikasiyalarla kəsişmə və yaxınlaşma yerlərinə xüsusi
diqqət yetirilməlidir.
166


2.6.13. Yeraltı güc (yüksək gərginlikli) kabellərinin rabitə
və radiofikasiya kabelləri (xətləri) və qaz xətləri ilə və s. yeraltı
kommunikasiyalarla kəsişdiyi yerlərdə kabel əllə quraşdırlımalı
və bu işlər hökmən yeraltı kommunikasiyanı istismar edən
müəssisənin nümayəndəsinin iştirakı ilə yerinə yetirilməlidir.
2.6.14. Binaların damında rabitə xətlərini və qurğularını
quraşdırarkən və onlara xidmət edərkən qoruyucu kəmər,
qaloş və ya rezin altlığı olan ayaqqabı geyməli, dama daxili
pilləkənlə, çardaqdan və xüsusi girəcəkdən, iki mərtəbəyə
qədər olan binalarda isə yanğın pilləkənləri vasitəsilə
qalxmağa icazə verilir.
Mailliyi 30
0
–dən artıq olan damlarda metal rabitə dayaq-
larının yanında çıxacaq və işçi meydançası qurulmalıdır, tol,
ruberoid, kirəmit və s. ilə örtülmüş damlarda isə maillikdən
asılı olmayaraq xidmət üçün xüsusi körpücüklər
quraşdırılmalıdır.
2.6.15. Kabeli əl ilə açarkən kabel barabanının qoyulduğu
dayaq-domkrat möhkəm dayanmalı və baraban fırlanarkən
dayaq yellənməməlidir.
2.6.16. Kabeli binanın divarları ilə çəkərkən saz nərdivan-
lardan, ayaqaltılardan və yaxud avtovışkalardan istifadə edilmə-
lidir.
2.6.17. Divarda deşik açarkən gizli çəkilmiş (suvaq altı)
elektrik naqillərinə toxunmanı istisna etmək üçün həmin yerlər
gizli çəkilmiş cərəyan xəttini müəyyən edən cihazla etibarlı
yoxlanılmalıdır.
Əgər telefon kabeli elektrik naqillərinə paralel olaraq
divarla çəkilirsə onların arasında ən azı 25 mm məsafə
olmalıdır.
Elektrik naqilləri və kabelləri ilə kəsişən yerdə telefon
xətləri izoləedici borucuqda çəkilməlidir.
2.6.18. Kabel (rabitə) quyularının daxilində güc kabelləri-
nin və qaz kəmərlərinin yerləşdirilməsi qadağandır.
167


2.6.19. Lehimləyici lampa yer səthində kabel quyusundan
ən azı 2 m məsafədə alışdırılmalıdır.
Lehimləyici lampanı alışdırmazdan qabaq onun saz olma-
sını yoxlamaq lazımdır.
Lehimləyici lampadan istifadə edərkən aşağıdakı
qaydalara riayət edilməlidir:
-lampa onun tutumunun 3/4 hissəsindən artıq olmayaraq
yanacaqla doldurulmalıdır;
-yanacaq tökülən yerin tıxacı axıra qədər kip bağlan-
malıdır;
-açıq od yanında lampaya yanacaq tökmək və
boşaltmaq, onu sökmək qadağandır;
-lampanın odluğunun nippeli vasitəsilə ona yanacaq
tökərək yandırmaq qadağandır, odluğu o vaxt çıxarmaq olar
ki, sıxılmış hava buraxılmış olsun;
-lampada hər hansı nasazlıqlar aşkar edildikdə (tutumdan
yanacaq sızması, odluğun yivindən qaz sızması, tutumun
əzilməsi və s.) təcili olaraq bu lampa ilə işləməyi dayandırmalı;
-lehimləyici lampanın partlamasının qarşısını almaq üçün
onu həddindən artıq təzyiqləndirmək olmaz;
-yanan lampanı quyunun içərisinə lehimləyici vedrənin
içərisində vermək lazımdır. Bundan qabaq qaz analizatoru
vasitəsilə quyuda qazın olub-olmaması yoxlanılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin